KAMİL FAMİL OĞLU: "SƏNİN ÜÇÜN" (Şeirlər) Ədəbiyyat » Poeziya 29 октября 2025 48 0 1 2 3 4 5 Məhərrəmov Kamil Famil oğlu - 08 sentyabr 1993-cü ildə Azərbaycanda dogulmuşdur.Dünyaya gəlişi vətənindən, yurdundan, elindən ayrı düşdüyü ilə təsadüf etdiyindən vətənə çox baglı biridir.1999-cu ildə Rusiyada birinci sinifə gedib. Orta təhsilini Rusiyanın bir sıra böyük şəhərlərində, o cümlədən, Volqaqrad və Sankt-Peterburqda alıb.2011-ci ildə tam orta məktəbi bitirib.2011-2013-cü illərdə hərbi xidmət borcunu yerinə yetirib.2015-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (indiki Azərbaycan İdman Akademiyasına) daxil olub.Beş il qiyabi təhsil alıb.Təhsil illərində ədəbiyyat və incəsənətlə dərindən tanış olub.Boş vaxtlarında şeir yazır.Həmin şeirlərdən bir neçəsini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzQARDAŞDüşünməkmi yalan dedim,Dediklərim düzdür qardaş.Bu olanlar yıxdı məni,Ürəyimi üzdü qardaş.Nə agırmış taleh daşım,Fikirdən agarıb başım.Il keçdikcə artıq yaşımÇatıb sanki yüzə qardaş.Kamil üzmə sən özünü,Olanlara yum gözünü.Hər yetənə də sözünü,Vur səhvini üzə qardaş.SƏNİN ÜÇÜNNə bəzəyib qaşın-gözün,Naza çəkir hər an özün.Gözəlliyə necə dözüm?Yaranmısan mənim üçün.Bu nə işvə bu nə nazdı?Demə eşqin mənə azdır?Mənim kefim sənlə sazdıYaranmısam sənin üçün.Dediklərim olmaz yalan,Mənəm yalnız sənə qalan.Varmı mənim tək dolanan,Yaranmışam sənin üçün.GEDƏCƏKBal kimidir dodagın,Doymaq olmur dadından.Xəlvəti öpüş aldım,Heç çıxmır ki yadımdan.Hələ zülfün demirəm,Gözəlliyə tay olmaz.Sanki göydən enibdirYerdə belə ay olmaz.Bu gözəlin baxışı,Məni dəli edəcək.Mən bilmədim bu mələk,Yanımdan tez gedəcək.QƏLBİMƏHər baxanda şəklinə,Xəyallarım qarışır.Ürək səni düşünür,Həsrətindən alışır.Axtarıram hər yanı,Çarə yoxdur dərdimə.Heç özümdə bilmirəm,Necə girdin qəlbimə? ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.