Hər şözün demiş, son sözünü deməmiş müəllim Regionlar, Məktəblər, UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar 21 апреля 2024 2365 0 1 2 3 4 5 Müəllim, bu adın mənası dərin, Onun hər ürəkdə bil, yeri vardır. Odur ilhamçısı gənc nəsillərin Fikri, düşüncəsi bir ilk bahardır. Müəllim - ifadəsini işlədəndə gözümün önündə canlanan obraz var. Bu günlərə qədər səsini eşitdiyim, hər kəlməsinidə, hər sözündə bir hikmət duyduğum, sözün əsl mənasında, əvəzolunmaz müəllim - Elmira muəllimə. Təəssuflər olsun ki, 16 mart 2024-cü ildə eşitdim ki, Elmira müəllimə özünün və onu sevənlərin arzulamadığı şəkildə - tək-tənha dünyasını dəyişib. Bu xəbər hər birimizi kədərləndirdi, çünki hər zaman qonaqlı-qaralı, qapısı hər kəsə açıq olan, daim gülər üzü ilə tanımadığı insanları belə evinə müsafir kimi dəvət edən insan son sözünü deməyə yanında kimsəsi olmadan dünyasını dəyişib. Allah ona rəhmət eləsin!Elmira muəllimə son sözünü deməyə ehtiyac duymadığı üçün çətin məqamında heç kimə xəbər etmədi. Amma o, sözünü demiş, qəlbləri fəth etmiş, minlərlə şagirdin sevimlisinə, əvəzolunmaz şəxsiyyətinə çevrilmiş müəllim idi. Onun görkəmində cidiyyət də var idi, sevinc də. O sevinc onun insanlara, xüsusilə də, sagirdlərinə olan sevgisi idi. Şagirdləri onu hava, su, qida kimi, hətta deyərdim ki, analarından da çox sevirdilər. Sənətinin, peşəsinin vurğunu, işinin peşəkarı idi. Sinif onun üçün Cənnət bağındakı pərilərlə söhbət etməkdən başqa bir şeyə bənzəmirdi. Öyrədirdi, əzizləyirdi, sevindirirdi, sevinirdi, lazım gələrsə, dərs zamanı öyrətmək üçün danlaq da edərdi, amma dərsin sonunda - tənəffüsdə uşağı yanına çəkib bağrına basar, öpər, sevgisini bildirərdi.Odur ki, dərs prosesində bas verən cidiyyətin sonunda əvəzsiz bir sevgi olacağını duyan şagird küsmürdü, incimirdi. Onun dərs dediyi ibtidai siniflərdə hər tərəfli istedadlı şagirdlər yetişirdi. Əsas fənlərin bilicisi olan müəllimənin gözəl şəkil çəkmək musiqisi ilə nəğmə oxumaq qabiliyyəti də var idi.IX sinfi bitirib Pedaqoji Texnikuma daxil olmuş, oranı bitirdikdən sonra İsmayıllı şəhərindəki 3 saylı tam orta məktəbdə pioner baş dəstə rəhbəri (vaxtilə orta məktəblərdə belə bir vəzifə var idi) işləmişdir. Bu illərdə uşaqlarla işləmə bacarığı, rayon tədbirlərində öyrətdiyi uşaqların nailiyyətləri onun əməyinə böyük qiymətlər verdirmidir. Bütün Pribaltika ölkələrinə səyahət şansı qazanmış, orada böyük iş təcrübəsi toplamışdır, jurnallara abunə olmuş, həm gəzərək, həm də oxuyaraq muəllim-psixoloq kimi yetişmişdir. Sonralar Pedaqoji Universitetdə qiyabi təhsil alaraq ibtidai siniflərdə dərs deməyə başlamışdır. Bu illərdə o təkcə uşaqları deyil, müəllimləri, eyni zamanda, valideynləri də öyrətmişdir.Mən onunla 2006-cı ildə İsmayıllıdakı 5 saylı tam orta məktəbdə rastlaşmışam. Qarşıma çıxan hər kəsə salam vermək adətim olduğu üçün məktəbə gəldiyim ilk günlərin birində dəhlizdə çiyninə ağ örpək salmış xanıma - Elmira muəlliməyə salam verdim, tanış deyildim, üzümə baxıb salamımı aldı və gülümsədi, maraq və sevgi ilə baxaraq məni süzdü, hətta aralandıqdan sonra mənim hansı istiqamətə getdiyimi izlədiyini də sezdim.O, müəllimlər otağına gec-gec gələrdi, demək olar ki, təsadüfən. Tənəffüs zamanı sinifdə uşaqların yanında olardı. Jurnalı da götürməyə sinif nümayəndəsini göndərərdi. Onun iş üsullarına heç kim irad tutmazdı, müdaxilə etməzdi. Məktəb direktorumuz o zamanlar İsmayıllı Təhsil Şöbəsinin müdiri işləmiş Fərman Bəşirov idi. Pediəoji şuralarda da Elmira müəllimənin tövsiyyələri, pedaqoji iradlarını hamı səmimiyyətlə qəbul edərdi.Bir gün müəllimlər otağına gəldi və üzünü mənə tutaraq:- İlhamə müəllimə, 4-cü, 5-ci saatlar mənim dərslərimi əvəz edə bilərsinizmi? Üzürlü səbəbdən icazə almışam. İstərdim uşaqlarla siz məşğul olasınız. Əslində, o saatlarda mən evə gedərdim, çünki dərs saatlarım 2-ci, 3-cü dərslər olardı.- Böyük məmnuniyyətlə, - dedm.- Belə də bilirdim, - dedi və gülümsədi.3-cü saat bitən kimi jurnalı qoyub Elmira müəllimənin sinifinə getdim. Sanki sinifdə uşaq yox idi. Qapını açanda gördüm şagirdlər oturub, bir neçəsi isə lovhədə verilmiş təmsilin bədii rollarını söyləyirlər. Məni görəndə belə davam etdilər. Onun uşaqları tam sərbəst, azad idilər. Çünki hər an, hər vaxt bu sinfə müəllim, valideyn, DHM-ri gəlib rahatlıqla oturar, tez- tez acıq dərslər kecirilərdi.Dərsin necə gəlib keçdiyini duymadım, çünki qruplar şəklində bölünmüş uşaqlar öz rollarını bədii şəkildə söylədilər və qrupların qiymətləndirmələrini aparıb lövhədə yazdılar. Gündəliklər stolun üstünə qoyuldu, mən humanist qiymətləndirilmiş gündəlikləri imzaladım.Ailə qurmamışdır. Kiçik yaşından ev işlərində, qayğılarında anasına yardımçı olmuş bütün diqqətini işinə yönəltmiş, hətta halal zəhməti ilə bir kişinin tikə bilməyəcəyi zövqlə böyük həyətyanı sahəsi olan ev tikdirmişdi. İlk vaxtlar müəllimlərin bəziləri xəstəliyi ilə əlaqədar ailə qurmadığını söyləmişdilər, sonralar ürəklənib soruşduğumda əmin oldum ki, o, ömrünü anasının, əzizlərinin qayğılarına sərf edib. Ciyərparələrindən birini övladlığa götürüb, onun təlim-tərbiyəsi, təhsili ilə məşğul olub, ona ali təhsil alması üçün hər şəraiti yaradıb. Onu evlendirib, nəvəsi də olub. Ona anasının adını qoyub. Onu nəvəsi ilə birgə görəndə yaz aylarında qaranquşların yeni bala çıxardığı anı xatırlamamaq qeyri-mümkün idi. Bu sahədə də öz təhsilinin və psixoloji təcrübəsinin nəticəsindən yararlanmışdı. Onun böyütdüyü övlad təlim-tərbiyəsi, davranışı, təhsili ilə də fərqlənirdi.Xatirəri bölüşmək bəzən insanı sevindirir, bəzən də məyus edir. Bəli, belə istedadlı, peşəkar, məsuliyyətli, millətinin övladları üçün cəfakeslik və fədakarlıqla çalışan insanlara dəyər vermək, sağlığında onlarin potensialından, bilik və bacarığından istifadə etmək üçün istənilən şəraiti yaratmaq lazım idi. Elmira müəllimənin 2003-cü ildə 65 yaşı tamam oldu. Amma o enerjisi tükənməyən 5 cavan müəllimin gücü ilə işləməyə qadir olan müəllim olduğunu halda onu təqaüdə çıxarmaq istədilər. Bir il muqavilə ilə razılıq alındısa da, 2-ci il 66 yaşında təqaüdə çıxartdılar. Mənə elə gəlir ki, elə o gündən müəllimənin ömrünü əlindən aldılar. Düzdür, ömrünün son anlarına kimi o, təmmənasiz olaraq çoxsaylı uşaqların savadlanması üçün evində dərs keçdi, psixoloji problemli uşaqlarla da məsgul oldu. Amma kollektivdən və başa vurmadığı sinifdən ayrılmaq çətin oldu. Adi hallarda məktəbə gələrkən quş kimi uçurdu, məktəbdən gedəndə sanki ayaqları onu geri - məktəbə çəkirdi.Elmira müəllimənin pedoqoji fəaliyyəti məni o qədər qane etmişdi ki, qızım 6 yaşında olanda onu məktəbə qoymadım ki, Elmira muəllimənin sifinə düşsün. Qızım həm müəllimə, həm də ikinci anası olaraq onu sevdi. Bu sevgini sözlə ifadə etmək olmaz. Yalnız onu deyə bilərəm ki, onun ölüm xəbərini eşidən günü zəng etmişdi, mənim yaşarmış gözlərimi görəndə nə olduğunu soruşdu, bir anlıq susdum, amma özümü saxlaya bilməyib, - Elmira müəllimə dünyasını dəyişib, - soylədim.- Ay ana, niyə?.. Sözlərini eşitdim, telefon yerə düşdü, qızımın hıçqırıqlı ağlamaq səsini eşidirdim. Mən ona “həyatın qanıunudur” - söylədikcə o, ağlamağa davam edirdi. Onu da deyim ki, qızımın bu şəkildə ağlamağını ilk dəfə görürdüm. Bu şagirdin ilk müəlliminə olan böyük sevgisindən idi.Şərəfli ömür sürmüş, qayğıkeş müəlliməni təkcə qızım deyil, bütün şagirdləri sevir. Hər il bayram gunlərində, yay tətillərində müxtəlif ölkələrdən hədiyyə ilə gələn şagirdlərin axınını görəndə tükənməz sevginin nəyə qadir olduğunu duyurdum.Mənim də həmkarım olan, sonralar dost, rəfiqə və ana kimi qəbul etdiyim, sözün əsl mənasında, xanımliğa layiq olan insana yazdığım sözlər bu oldu:- Uşaqların sevimlisi, gözəl, əvəzedilməz müəllimə, qayğıkeş Ana, zəhmətkeş qadın, doğmaları ucun həyatını, ömrünü fəda edən, insan, Allah rəmət eləsin, ruhun sad olsun, Allah o dünyada rahatlıq versin! Amin!Gəlin, alqış deyək, dostlar ürəkdən.Əsl müəllimtək yaşayanlara!Şeirimlə gül dəstə bağlayıram mən.Bu adı şərəflə daşıyanlara!İlhamə SABİRQIZI, Azərbaycan dili və ədəbiyyatı müəllimi,EYUDER müəllimlər cəmiyyətinin üzvü,ZiM.Az-ın şöbə müdiriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.