BAHAR AĞABƏY QIZI (1957)

BAHAR AĞABƏY QIZI  (1957) Umarova Bahar Ağabəy qızı
- 1957-ci il aprelin 15-də Qəbələ rayonunun Bum kəndində dünyaya göz açıb.
1974-cü ildə Bum orta məktəbini bitirib.
7 il Qənnadı Fabrikində işləyib, fabrik bağlandıqdan sonra şirniyyatçı kimi fəaliyyət göstərib, kasmetika sirkətlərində calisib.
Ailəlidir, iki övladı, iki nəvəsi var.

Bahar xanım həm də gənc yaşlarından seirlər yazır.
Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə dərc olunub.

Biz də Bahar xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

İlhamə SABİRQIZI,
ZiM.Az




HEYDƏR BABA

Heydər baba, düşmən bizə zor etdi,
Torpağımı tapdaq etdi, gor etdi.
El-obamı ellər içrə xar etdi,
Heydər baba, dağ dərəni aşsana,
El- obana ümid yolu açsana.

Bilməz oldun xalqın necə haldadır,
Elin, oban indi yaman dardadır.
İgidlərin indi qana-qandadır,
Heydər baba, el-obanı yığsana,
İgidlərə arxa, hayan dursana.

Heydər baba, heç xəbərin oldumu,
Namərd mərdi söylə belə qovdumu.
Mərd oğullar duruxuban durdumu,
Müdrik babam, yol göstərib yozsana,
Yatmış xalqı hay salıb oyatsana.

Heydər baba, diləyisən diləyi,
Qoy xalqının birgə vursun ürəyi.
Düşmənləri birgə əzsin biləyi,
Ey ustadım, sən bir öyüd yazsana,
Doğru yolu, düzü bir anlatsana.

Heydər baba, bir anlığa dönsəydin,
Xəyanəti bu zilləti görsəydin.
Öz xalqına sən bir öyüd versəydin,
Bəlkə xalqın bir-birinə bağlana,
Düşmənlərə zəfər çala, şadlana.


SƏN EY HEYDƏR OĞLU

Sən ey Heydər oğlu İlham, möhkəm dur,
Yumub yumruğunu daim möhkəm vur.
Sən aslan biləkli, şir ürəklisən,
Çaqqal-çuqqal sənin önündə əsir.
Azəri oğlusan, odlar oğlusan,
Babək, Koroğlular yadigarısan.
Odur ki, çəkərək misri qılıncı,
Yürü ,düşmən üstə zəfər bizimdir.
Qəhrəman igidlər yetirən torpaq,
Yetirmiş sənintək igid ərənlər,
İgidlik dastanın yaz, Heydər oğlu.
Qızıl hərflərlə tarixə düşsün,
Azərbaycan oğlu, sən ey türk oğlu!
Qələbə, qələbə sevinci yaşat!
Elinə, obana əzizlərinə!..


SÖZ BAZARI

Eşitdim bir bazar açıblar təzə,
Bura gələn gəlib söz alıb-satır.
Biri sözü kəsir, təzə söz atır.
O biri bu sözü göydə tutaraq,
O biri tərəfə fırladıb atır.
Sordum haradadır bu bazar görən?
Dedilər necədə geridə qalmısan.
İndi üç yaşında uşaq da bilir,
İnternet adında söz bazarını.
Burda satan ancaq bircə söz satır,
Girdim bu bazara çıxa bilmədim.
Biri ulduz falı açıb bazarda,
Biri fincan falı, biri kart falı.
Biri söz oynadıb söz alıb-tutur,
Hərə başqa cürə fırıldaq qurur.
Bu bazar sehirli bir bazar imiş,
Dünyanın hər yerin gəzə bilərsən.
Bir az səriştən olmasa, inan,
İtib-batıb elə orda qalarsan.
Bu söz bazarından çıxa bilməzsən.


QƏRƏNFİL

Sərvi boylu, gözəl gözlü, Qərənfil,
Şikəstə könlümün avazı, Qərənfil.
Aşıqlar çalaraq sazı, Qərənfil,
Qoşarlar hüsnünə sözü, Qərənfil.

Sən elə gözəlsən, elə qəşəngsən,
Elə bil göylərdən enmiş mələksən.
Gözəllər içində seçmə gözəlsən,
Adınsa güllərin rəmzi, Qərənfil.

Saçını üzünə pünhan tökərsən,
Güləndə könlümə sevda əkərsən.
Qaşını oynadıb çəkib gedərsən,
Səni necə salım razı, Qərənfil.
Olasan könlümün avazı, Qərənfil.


QƏLƏBƏ BİZİMDİR

Biz Azərbaycan Türküyük,
Alovdan don geyinərik,
Qarabağa yürüyərik,
Od olub, od püsgürərik,
Düşmən başını əzərik.

Biz qanadlı qartallarıq,
Zirvələrdən şığıyarıq.
Düşmənə qan uddurarıq,
Ana yurdu qoruyarıq,
Yeni tarixlər yazarıq.

Biz şanlıyıq, şöhrətliyik,
İlhamlıyıq, Heydərliyik,
Ərdöğanlar nəsilliyik.
Koroğlular, Babəklərik,
Ana torpaq həsrətliyik.

Od püskürüb od olarıq,
Dağı-daşı yandırarıq.
Yağı düşməni qovarıq,
Ana yurdu qoruyarıq,
Zəfər təbilin çalarıq.

Biz ürəyi yaralıyıq,
Ana yurddan aralıyıq.
Düşmənləri paralarıq,
Leş-leş üstdə qalalarıq
Qanla Qələbə yazarıq.

Otuz ildi gözləmişik,
Çox igidlər itirmişik.
Yanar odlarda bişmişik,
Zirehdən don geyinmişik,
Ermənini əzəcəyik.

Qarabağı alacağıq,
Qana batıb Ana torpaq.
Qələbəni çalacağıq,
Azərbaycan bayrağını,
Qarabağa asacağıq.


SEVGİYLƏ BƏZƏYƏK
BİZ BU DÜNYANI

Dünya gözəlliklə dolu dünyadı,
Hər yanı çəməndi, dərədi, dağdı.
Üç payı sulu dənizdi çaydı,
Bir payı quruya, torpağa qaldı.

Su ilə torpağın gözəl təması,
Günəşin nuruyla ayın işığı.
Yamyaşıl meşəsi, çəməni, bağı,
Allahım yaradıb gözəl cahanı.

Kim sevməz söyləyin bu gözəlliyi,
Bu gözəl diyarı, bax bu dünyanı.
Sevək sevgi dolu bu gözəlliyi,
Sevgiylə bəzəyək biz bu dünyanı.

Dünya bəxtimizə düşən məkandı,
Güllü çəmənləri könül alandı.
Baharın ürəyi hələ cavandı,
Dünyaya bağlıdı, elə bağlıdı.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: