Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edib

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edib 2025-ci il dekabrın 19-da Bakıdakı Nizami Kino Mərkəzində “AnewZ” Beynəlxalq Televiziyasının araşdırma seriyasından olan “The Oligarch's Design” sənədli filminin rəsmi nümayişi keçirilib.

ZiM.Az xəbər verir ki, təqdimatda Milli Məclisin deputatları, Azərbaycanın televiziya kanallarının, informasiya agentliklərinin, media subyektlərinin rəhbərləri və ictimai-siyasi şəxslər iştirak ediblər.


“AnewZ” Beynəlxalq Televiziyasının icraçı direktoru Rüfət Həmzəyev sənədli ekran əsəri barədə məlumat verib. Onun sözlərinə görə, bu təkcə sənədli filmin premyerası deyil, həm də “AnewZ Investigations” platformasının rəsmi başlanğıcıdır. Bu sənədli film beynəlxalq araşdırma jurnalistikasının bütün istiqamətlərini özündə ehtiva edən ekran işidir.

"The Oligarch’s Design” layihəsinin çəkilişləri bu ilin yanvar ayından etibarən 8 ölkədə həyata keçirilib və istehsal prosesi 10-11 ay davam edib. Filmin hazırlanması prosesinə 100-ə yaxın jurnalist, prodüser, operator, montajçı və tədqiqatçı cəlb olunub.

Qeyd edilib ki, sənədli filmin əsas bölmələrindən biri Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib bölgəyə köçməsi və tanınmamış separatçı rejimin siyasi müstəvisində fəaliyyətə başlaması prosesinə həsr olunub. Bu proseslər Azərbaycan, Ermənistan və Ukraynada aparılmış araşdırmalar və müsahibələr, həmçinin deputatlar, prokurorlar, regional ekspertlər və jurnalistlərin təhlilləri əsasında təqdim olunur.

Həmçinin diqqətə çatdırılıb ki, “AnewZ Investigations” platforması vasitəsilə kanal uzunmüddətli araşdırma jurnalistikasını dərinləşdirməni, yoxlanılmış məlumatlara əsaslanan yanaşmanı, hesabatlılığı və güc mexanizmlərinin ictimai diqqətdən kənarda necə fəaliyyət göstərdiyinin daha dərindən anlaşılmasını prioritet kimi müəyyənləşdirir.

“AnewZ” Beynəlxalq Televiziyasının baş redaktoru Qay Şoun çıxışında filmin 4 əsas istiqamətdən ibarət olduğunu deyib:

“Birinci fəsil maliyyə arxitekturasına həsr olunub. Araşdırmalar Böyük Britaniya, Litva və Amerika Birləşmiş Ştatlarında aparılıb və “Troyka” sistemi çərçivəsində ofşor strukturlar, vasitəçi banklar və “qabıq” şirkətlərin fəaliyyəti araşdırılır. İkinci fəsil xeyriyyəçilik və humanitar təşəbbüslər mövzusuna fokuslanır. Çəkilişlər əsasən Böyük Britaniyada, qismən isə Ermənistanda aparılıb. Bu fəsil xeyriyyə narrativlərinin elit siyasi və mədəni mühitlərlə necə kəsişdiyini beynəlxalq legitimlik və reputasiyanın hansı mexanizmlərlə formalaşdığını nümayiş etdirir. Üçüncü fəsil Ukraynada müharibə şəraitində hazırlanıb. Rusiyanın genişmiqyaslı işğalı fonunda logistika sanksiyaları və maliyyə şəbəkələrini təhlil edir. Bu hissə sahə reportajına təhlükəsizlik yanaşmasına və siyasətçilərlə analitiklərin birbaşa şahid ifadələrinə əsaslanır. Dördüncü və son fəsil yenidən Cənubi Qafqaz regionuna qayıdır. Azərbaycan və Ermənistanda aparılan çəkilişlər xarici maliyyə və siyasi mexanizmlərin regional səviyyədə siyasi və təhlükəsizlik mühitinə real təsirlərini ortaya qoyur”.

O qeyd edib ki, bütün fəsillər demək olar ki, eyni prinsiplərlə hazırlanıb. Film sübut və kontekst təqdim edir. Lakin nəticələri diktə etmir.

Sonra qonaqlar “The Oligarch’s Design” sənədli filmini izləyiblər.

Film xeyriyyəçilik, maliyyə arxitekturası və dəqiqliklə qurulmuş narrativlər vasitəsilə siyasi təsirin necə formalaşdırıla biləcəyini araşdırır.

Bundan başqa, filmdə “Aurora Foundation” mövzusuna da toxunulub. Uzun illər ərzində dünyanın müxtəlif ölkələrindən tanınmış şəxslərin iştirak etdiyi platformanın nümayəndələri ilə müsahibələr aparılıb.

Araşdırma “OSINT” məlumatlarına (açıq mənbələr üzrə kəşfiyyat), eləcə də əvvəlki beynəlxalq araşdırmaların nəticələrinə əsaslanır. Həmin araşdırmalarda ofşor strukturlar vasitəsilə milyardlarla dolların dövriyyədən keçdiyi “Troika Laundromat” maliyyə şəbəkəsi təsvir olunub. Beynəlxalq araşdırma təşkilatlarının dərc etdiyi materiallar filmin faktoloji əsasının tərkib hissəsini təşkil edir.

Bir sözlə, "AnewZ Investigations" platforması tərəfindən hazırlanmış və böyük zəhmət bahasına başa gəlmiş "The Oligarch's Design" sənədli filmi - erməni milyarderi Ruben Vardanyanın əsl simasının açılması və Beynəlxalq aləmdə tanıdılması baxımından olduqca çox böyük əhəmiyyətə malikdir.
Yaradıcı heyətə yeni-yeni uğurlar arzulayırıq!..


Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edibMÜŞFİQ BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-da Gürcüstanda hazırlanmış “Dostluğun siması” sənədli filminin və “Hey ...

AMEA-da Gürcüstanda hazırlanmış “Dostluğun siması” sənədli filminin və “Hey ...

Elm, Humanitar elmlər, "Zirvə"
QƏNİRƏ PAŞAYEVA DÜNYASINI DƏYİŞİB

QƏNİRƏ PAŞAYEVA DÜNYASINI DƏYİŞİB

Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da “Vandalizm” sənədli filminin təqdimat mərasimi keçirilib

AzTU-da “Vandalizm” sənədli filminin təqdimat mərasimi keçirilib

AzTU, QHT
AzTU-da “Qarabağ əcdadlarımızın mirasıdır” sənədli filmi nümayiş olunub

AzTU-da “Qarabağ əcdadlarımızın mirasıdır” sənədli filmi nümayiş olunub

AzTU
MOSKVA ŞƏHƏRİNDƏ İKİ DƏFƏ SOVET İTTİFAQI QƏHRƏMANI, TANK QOŞUNLARI GENERAL- ...

MOSKVA ŞƏHƏRİNDƏ İKİ DƏFƏ SOVET İTTİFAQI QƏHRƏMANI, TANK QOŞUNLARI GENERAL- ...

"Elm və Təhsil", Rusiya, Diaspora

"DANIŞAN QAYALAR" filminin təqdimatı olub

QHT, Müşfiq Borçalı

"Cəsur Kəşfiyyatçı” filmi

Qarabağ, Tv, Müşfiq Borçalı
AzTU-da Milli Qəhrəman Çingiz Qurbanov haqqında çəkilən filmin təqdimatı ol ...

AzTU-da Milli Qəhrəman Çingiz Qurbanov haqqında çəkilən filmin təqdimatı ol ...

Əsas xəbər, AzTU
Fransanın Arkaşon şəhərində Azərbaycan günlərinə start verilib

Fransanın Arkaşon şəhərində Azərbaycan günlərinə start verilib

Avropa, Diaspora
Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitabının təqdimatı keçirilib

Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitabının təqdimatı keçirilib

İctimai elmlər
Mətbuat Şurasının təşəbbüsü ilə sənədli filmin təqdimatı keçirilib

Mətbuat Şurasının təşəbbüsü ilə sənədli filmin təqdimatı keçirilib

MEDİA
“Vətən birdir – Azərbaycan”

“Vətən birdir – Azərbaycan”

QHT
“Vətən birdir – Azərbaycan”

“Vətən birdir – Azərbaycan”

QHT
“Məişət zorakılığına qarşı mübarizə təşəbbüslərinə dəstək” layihəsinin icra ...

“Məişət zorakılığına qarşı mübarizə təşəbbüslərinə dəstək” layihəsinin icra ...

QHT
AzTU-da “Fitnə” adlı sənədli filmin nümayişi olub

AzTU-da “Fitnə” adlı sənədli filmin nümayişi olub

AzTU
“Yeni Yurd” Xurşudbanu Natəvan adına mükafatı alimlərə təqdim etdi

“Yeni Yurd” Xurşudbanu Natəvan adına mükafatı alimlərə təqdim etdi

"Zirvə"

"FENOMEN NURİDƏ QURBANOVA" adlı bədii-sənədli filmin çəkilişi başa catıb

Mədəniyyət, "Şərqin səsi", Şou
“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib

“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib

Elm

"Biznesmen" Filminin Qala gecəsi

Azərbaycan, Mədəniyyət, Arxiv, Ramiz Abdullayev
“Biznesmen” filminin Qala gecəsi

“Biznesmen” filminin Qala gecəsi

---
Rəy yazın: