SƏDAQƏT NADİR (İLHAM PƏRİSİ): BAYATILAR

SƏDAQƏT NADİR (İLHAM PƏRİSİ): BAYATILAR Əzizinəm, yalandır,
Təsəllilər yalandır,
Ömrü viran olanın,
Bağrı odla yanandır.

Əzizinəm, o gəlsin,
Yollarımı bəzəsin,
Allah yazan taleyim,
Onunla gözəlləşsin.

Ürəyin öz ritmi var,
Şairin söz ritmi var
Onun baxışlarında
Gözlərimin ritmi var.

Əzizinəm, gül olsun,
Onunla hər gün olsun,
Yarımın söz aləmi
Söhbəti mənli olsun.

Mən aşiq, dağ-qayadan,
Ağlar gözlər əzadan,
Kaş bir də sarsılmasın
Ailə doğmasından.

Əzizinəm, yaz məni,
Şeirinə yaz məni,
Canın, nəfəsin olum,
Əbədi sevim səni.

Əzizinəm, dolan gəz,
Biz tərəfdən dolan gəz,
Mən olmayan yerlərin,
Həndəvəri keçilməz.

Əzizim, şadlıq olsun,
Toy olsun, bayram olsun,
İnsanların həyatı,
Ömrü firavan olsun.

Əzizinəm, bu dağlar,
Bizi səslər bu dağlar,
Getdiyimiz yerlərin,
Gözəlidir bu dağlar.

Əzizim, şah yarıma,
Ellər heyran ağlıma,
Onla, mənlə bu dünya,
Bizlə catar dadına.

Mən aşiq, öz yarıma,
Ömrümə, həyalıma,
Yadlar bunu anlayar,
Eşq aşiqdir halıma.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: