Professor Salidə Şərifova X Türk Kültürü Konqresində məruzə etmişdir Elm » Humanitar elmlər 13 октября 2025 38 0 1 2 3 4 5 2025-ci il oktyabrın 8-11-da Türkiyə Cümhuriyyətinin baş kəndi Ankara şəhərində keçirilən, dünyanın müxtəlif ölkələrindən 30-a yaxın, Türkiyədən isə 70-ə yaxın alim və ekspertin iştirak etdiyi “10. Uluslararası Türk Kültürü Kongresi”ndə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, AMEA-nın professoru Salidə Şəmməd qızı Şərifova təmsil etmişdir. Salidə Şərifova konqresin ilk günü “Edebiyat ve kültür” bölümündə “Güntay Gencalp'ın «Yağız karıncalar» adlı eserinde Azerbaycan «küçük roman» geleneği ile modern epik fantezi edebiyatın özelliklerinin karışımı” adlı məruzəsini səsləndirmişdir.Məruzə böyük maraqla qarşılanmışdır.Sevimli həmkarımız, dəyərli alimiz, çox hörmətli Salidə Şərifovanı ürəkdən təbrik edir və ona şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.