“HAQQ İNCƏLƏR, ÜZÜLMƏZ”

“HAQQ  İNCƏLƏR, ÜZÜLMƏZ” Şıxlı şəcərəsi, Şıxlı nəsli. Tarix boyu Azərbaycanın iqtİsadi-siyasi-elmi-mədəni həyatında iştirak etmiş, Azərbaycanın iqtiqbalı, istiqlalı, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda çalışmış, adları Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış mötəbər bir nəsil. 1918-ci ildə Azərbaycan Xalq Demokratik Cumhuriyyətinin ordusunun yaranmasında müstəsna xidmətləri olan topçu generalı Əliağa Şıxlınskini kim tanımır?! Silaha sarılıb Qarabağda azğınlaşmış erməni daşnaklarının üsyanını yatızdıran, Azərbaycan torpağını yadelli işğalçılardan qorumaq üçün bütün hərbi biliyini, istedadını, bacarığını ortaya qoyan Əliağa Şıxlınski, onun qardaşı oğlu, “Müqəddəs georgi”, “Müqəddəs Vladimr” ordenləri ilətəltif edilmiş Rüstəm Şıxlınski, Gəncə Quberniya Katibi Mamay bəy Şıxlınski, Azərbaycan əəbiyyatı xəzinəsinə Azərbaycanın gerçək tarixini güzgü kimi özündə əks etdirən romanlarını tövhə vermiş İsmayıl Şıxlı.. Əcdadları müqəddəs bir nəsilə “şıxlar”a bağlanan bu şəcərədən yüzlərlə elm, mədəniyyət insanları, qəhrəman hərbiçilər, eyni zamanda siyasi xadimlər çıxmışdır. Əlbəttə, bu barədə çox danışmaq olar, lakin mövzumuz bilavasitə, sadəcə sözün düzünü danışdığına görə insanlığa sığmayan bir şəkildə Rusiya OMON-u tərəfindən həbsə alınan bu pak nəəslin nümayəndəsi Şahin Şıxlınski haqqında olacaq.

Şahin Şıxlınski - 1966-cı il fevralın 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində dünyaya gəlib. 1995-ci ildə Yekatirinburqda Ural Dövlət Huquq Akademiyasını əla qiymətlərlə bitirib, elmi dərəcə alaraq aspirantura təhsilini başa vurub. 1984-1986-cı illərdə Sovet ordusunda xidmət edib. Hərbi xidmətdən qayıtdıqdan bir neçə il sonra biznesmen kimi fəaliyyətə başlayıb. Bununla yanaşı qəlbən öz xalqına bağlı olduğu üçün Rusiyada yaşayan azərbaycanlıların rihanının yüksəlməsi üçün çalışıb, imkanı daxilində əlindən gələn köməyi edib. Bu səbəbdən də təsadüfü deyil ki, 2004-cü ildə Ümumrusiya Azərbaycan Konqresinin (UAK) Federal Dairəsi üzrə sədri seçilib. 2007-ci ildən etibarən isə Avropa Azərbaycanlıları Konresinin vitse-prezidentidir.

Daim xalqının taleyini düşünən Şahin Şıxlınski Hacı Zeynalabdin Tağıyevin, Murtuza Muxtarovun “müqəddəs xeyriyyçilik” yolunu tutaraq bir xeyriyyəçi kimi həm Azərbaycanda, həm Rusiyada ad çıxarıb. Yekatirinburqda azərbaycanlı məktəblilər üçün şənbə məktəbləri, mədəni tədbirlər və ictimai aksiyalar təşkil edib. Qardaş Türkiyədə zəlzələ baş verəndən sonra zəlzələdən zərər çəkmiş insanlara humantar yardım aksiyaları da onun təşəbbüsü ilə həyata keçirilib. Şahin Şıxlınskinin xeyirxah əməlləri doğma vətənindən də heç vaxt yan keçməyib. Doğulub boya-başa çatdığı İkinci Şıxlı kəndində avtovağzal kompleksi inşa etdirərək xalqının xidmətinə verib. Yüksək mənəvi keyfiyyətləri, nəcib sifətləri Azərbaycan Dövlətinin Rəhbəri Cənab İlham Əliyev tərəfindən də heç vaxt diqqətsiz qalmayıb. Belə ki, 2002-ci ildə bu mötəbər şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilib.

Şahin müəllim hal-hazırda Rusiya və Azərbycanın ictimai həyatında nüfuzlu bir şəxs kimi diaspora rəhbəri və bacarıqlı bir iş adamı kimi fəaliyyətdədir.

Lakin Azərbaycanda yaxşı bir zərb-misal var;,-Mərdiməzar olmasaydı, bağ çəpəri neylirdi?. Şahin müəllimin əməlisaleh işləri göz qabağındadır və onu tanıyan bütün vətənpəvər insanlar onu sevir, onun saleh əməllərini yüksək qiymətləndirirlər. Fəqət gözləri deyil, mənəviyyatları kor insanlar da var ki, onun xeyriyyəçiliyini, xalqına təmənnasız xidmətini sanki görmür, qan püskürən hansı bir dövlətəsə köləlik eləyib özləri başdan ayağa eyib olduqları halda eyibsizlərdə eyib axtarır. Təbii ki, tapa bilməyib həmin insanların ünvanına internet səhifələrində, yaxud başqa informasiya vasitələrində böhtan yağdırırlar.
O ki, qaldı əsrlərlə Azərbaycanın yeraltı, yerüstü sərvətlərini mənimsəyib, özünə qarşı haqsızlıqlar, ədalətsizliklər törədən, işğalçılıq siyasəti aparan Rusiya dövlətinə, Ukraniya ilə savaşda uğursuzluq üstündən uğursuzluğa düçar olandan sonra biyabırçı məğlubiyyətini Rusiyada yaşayan, özü də Rusiyanın ictiami-siyasi-mədəni həyatında heç bir xalqın göstərə bilmədiyi fəallıqlar göstərən azərbaycanlılara qarşı rəzilliklər törətməyə başlamışdır. Günahsız xalqının kütləvi həbsinə, heç bir səbəb olmadan insanlarının öldürülməsinə, işgəncə verilməsinə sadəcə olaraq öz etirazını bildirən Şahin Şıxlınski qəfildən Rusiya OMON-u tərəfindən saxlanılır və avtomobilinin qapısını açıb düşmək istərkən, guya müqavimət göstərirmiş kimi, bir neçə OMON-çu tərəfindən sanki əlində bomba bir ərazini partladacaq bir terrorist kimi heç bir mədəniyyətə, ədəbə sığmayan yırtıcı heyvanlar kimi qollarını qararaq yerə yıxırlar, özü də çığır-bağır salaraq həbs edib aparırlar.

Rusiya mediyası bu iyrənc əmələ cürbəcür rəng verərək Şahin Şıxlınskini günahkar çıxarır və Rusiya mətbu orqanlarında bir nəfər belə haqsevər insan tapımır ki, OMON-un bu hərəkətini sadəcə olaraq tənqid etsin və hətta bəzi mətbu orqanları bunu OMON-un qəhrəmanlığı kimi qələmə verir. Ən dəhşətlisi isə budur ki, qaniçən dövlətlərin köləsinə çevrilmiş, bəzi rəhmətlik İsmayıl Şıxlı demişkən; “Sapı özümüzdən olan baltalar”, ağızlarını şeytan yoluna qoyaraq istər Şahin Şıxlınski istərsə də başqa günahsız həbsə alınıb işgəncələr verilən azərbaycanlılar haqqında böhtan arxasınca böhtan yağdırırlar. Müqəddəs Qurani-Kərimin “Tin” (əncir) surəsində Uca Allah buyurur: “Biz insanı ən gözəl biçimdə yaratdıq, sonra isə onu rəzillərin rəzili edərik”.

Təbii ki, Uca Allah burda haqq itirən, çörək itirən, yaltaq, vətənsatan, xalqına qarşı xain bir mövqe tutub, başqalarına təmənnasız köləlik eləyən insanları nəzərdə tutur ki, Uca Yaradan onları elə rəzil edir ki, onlar məhz hər normal şəxsin gözündə rəzalət təcəssümü kimi ad çıxarırlar.
Şahin Şıxlınski kimilər isə Azərbaycan xeyriyyəçilik tarixinə adlarını qızıl hərflərlə yazırlar və daim hər şeyə düzgün qiymət verən insanlar tərəfindən ən gözəl şəkildə yad edilirlər. Çünki gördüyü hər bir iş haqqa xidmət edir. Haqq isə incələr üzülməz.


VÜQAR ƏHMƏD
Filologiya elmləri doktoru, professor

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
QƏNİRƏ PAŞAYEVA - ÜRƏKLƏRDƏ YAŞAYAN, XATİRƏLƏRƏ ÇEVRİLƏN BİR QƏRİB ÖMRÜN YO ...

QƏNİRƏ PAŞAYEVA - ÜRƏKLƏRDƏ YAŞAYAN, XATİRƏLƏRƏ ÇEVRİLƏN BİR QƏRİB ÖMRÜN YO ...

UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
Şahin Babayev Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub

Şahin Babayev Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub

Rəsmi Xəbərlər, Təbriklər
Bayram Qaralov:

Bayram Qaralov: "ŞAHİN"

Başkeçid
31 Mart - azərbaycanlılara qarşı törədilən soyqırımı aktı

31 Mart - azərbaycanlılara qarşı törədilən soyqırımı aktı

UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan və Türkiyə universitetlərinin Xocalı soyqırımına həsr olunan ort ...

Azərbaycan və Türkiyə universitetlərinin Xocalı soyqırımına həsr olunan ort ...

AzTU, Turan

"AİLƏMİZDƏ YEGANƏ MÜĞƏNNİYƏM"

Mədəniyyət, "Elm və Təhsil"
Borçalıda doğulub Rusiyada yaşayan, amma qəlbi daima Azərbaycanla döyünən N ...

Borçalıda doğulub Rusiyada yaşayan, amma qəlbi daima Azərbaycanla döyünən N ...

Borçalı, Rusiya, Diaspora
ƏLİ KAZIMOV VƏ

ƏLİ KAZIMOV VƏ "MOSKVA ŞƏHƏR QƏRB İNZİBATİ DAİRƏSİ AZƏRBAYCANLILARIN MİLLİ ...

"Elm və Təhsil", Rusiya, Diaspora
Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə dair qərara etiraz edir

Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə dair qərara etiraz edir

Borçalı, Rusiya, Diaspora
Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Rusiya, Diaspora
Qazaxıstanda yaşayan soydaşlarımız Rusiyanın ədliyyə nazirinə müraciət edib

Qazaxıstanda yaşayan soydaşlarımız Rusiyanın ədliyyə nazirinə müraciət edib

Orta Asiya, Rusiya, Diaspora
Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa, Rusiya, Diaspora
Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Rusiya, Diaspora
Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Rusiya, Diaspora
Diaspor rəhbəri və iş adamı Qazaxda avtovağzal inşa etdirib

Diaspor rəhbəri və iş adamı Qazaxda avtovağzal inşa etdirib

Regionlar, Rusiya, Diaspora
Qubernatorun müşaviri Vaqif MƏMİŞOV:

Qubernatorun müşaviri Vaqif MƏMİŞOV: "Azərbaycanla Rusiya münasibətlərinin ...

Ağbulaq, Rusiya, Diaspora
31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR!..

31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR!..

Əsas xəbər, Azərbaycan
Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

Əsas xəbər, ŞƏHİDLƏRİMİZ, Azərbaycan
Rövşən RZAYEV:

Rövşən RZAYEV: "Rusiyanın televiziya aparıcıları hərbçilərdən daha aqressi ...

Qarabağ, Siyasət
Birinci Xanım - Mehriban Arif qızı Əliyeva

Birinci Xanım - Mehriban Arif qızı Əliyeva

Prezident
Rəy yazın: