İNKLÜZİV TƏHSİL CƏMİYYƏTƏ YARARLI İNSANLARIN YETİŞİB TƏHSİL ALMASI YÖNÜMÜNDƏ APARILAN XİDMƏTDİR Təhsil, "Elm və Təhsil", Köşə yazılar 12 сентября 2024 1499 100 1 2 3 4 5 Təhsil xalqın rifahı və cəmiyyətin inkişafı üçün vacib və mühim vasitədir. Bu yönümdə aparılan layihələrin də məqsədi təhsil sisteminin hər bir kəsə əlçatan və faydalı olması prinsipini əldə rəhbər tutur. Faydalı təhsil uğurlu gələcəyin təminatıdır. Müasir cəmiyyət öz inkişaf xəttini modern dünyanın tələb və təkliflər fonunda qurduğu bir dövrdə təhsil və ictimai şüurun inkişaf xətti hər zaman aktual mövzu olaraq gündəmdədir. İnsan cəmiyyəti günü-gündən inkişaf etdikcə yeni nailiyyətlər elm, təhsil və iqtisadiyyatda öz təzahürünü tapır. Bu baxımdan hər bir cəmiyyət öz təhsili və təhsildə qazandığı nailiyyətləri ilə formalaşır,milli-mənəvi dəyərlərin, insani keyfiyyətlərin fonunda inkişaf edir. Cəmiyyətimizdə təhsil sahəsində artıq yeni düşüncə və yanaşma tərzi formalaşmış və yeni tədbirlər planı işlənib hazırlanır. Müasir cəmiyyətdə ictimai həyata daha çox insan qazandırmaq və hər kəsin cəmiyyətdə özünü yararlı hiss etməsi baxımından bir çox layihələr hazırlanır və məqsədyönlü işlər görülür.Uşaqlar cəmiyyətin aparıcı qüvvəsidir. Onların həyat tərzi, inkişaf və təhsili vacib olan tədbirlər planının həyata keçirilməsini tələb edir. Sağlam gələcək, sağlam cəmiyyət sağlam uşaqlar yetişdirmək yönündə formalaşa bilər. Lakin cəmiyyətdə bu və ya başqa səbəblərdən müxtəlif patologiyalarla doğulan və sağlamlıq imkanları məhdud olan uşaqlar da var.Belə uşaqların cəmiyyətdən təcrid olunması təbii ki xoşagələn hal deyil və yolverilməzdir. Cəmiyyət və təhsil məhz belə fiziki və əqli qüsurlarla doğulan uşaqları cəmiyyət üçün yararlı fərdə çevirməli və onları həyata yenidən qazandırmalıdır.Bu gün artıq təhsil sahəsində istifadə olunan anlayışlardan biri də inklüziv təhsil anlayışıdır.İnklüziv təhsil (fr. inclusif — "özünə daxil edən", lat. include — "daxil edirəm") — ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesidir Bu, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını təmin edir.İnklüziv təhsil uşaqların müstəqil bir fərd olduğunu və təhsil zamanı onların hər birinin öz ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə yönəlib. İnklüziv təhsil tədris zamanı müxtəlif ehtiyacların ödənilməsinə yönəlmiş yanaşmaların formalaşdırılmasına çalışır.İnklüziv təhsil istər sağlam, istərsə də əlillərin bərabər təhsil alma hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur.İnklüziv təhsil uşaqların fiziki,psixi,intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq onların öz həmyaşıdları ilə məktəbdə,eyni sinifdə təhsilə cəlb edilməsidir. Əlilliyi olan uşaqların digər sağlam həmyaşıdları ilə birlikdə təhsili arzuolunan və səmərəli tədris formasıdır. Çünki sağlam uşaqlarla eyni əlilliyi olan uşaqların olması təhsil işçilərindən fərdi diqqət və yanaşma tələb edir .Bu isə özü-özlüyündə fərqlilik və məsuliyyətin artması deməkdir. Və inklüziv təhsil olan siniflərdə aparılan müşahidə nəticəsində belə qərara gəlmək olur ki,belə siniflərdə qayğı,diqqət,hörmət və mərhəmət hissi daha gözəl formalaşır.Bu isə uşaqların düşüncə tərzində onlardan fərqli olan sağlamlıq imkanları məhdud həmyaşıdlarını qəbul edib onlarla ünsiyyəti normal şəkildə formalaşdırmaq imkanı yaradır.Və beləliklə sosial yönümdən mərhəmətli və ayrıseçkiliyə yol verməyən ədalətli cəmiyyətin qurulması baş verir. Birləşmiş Millətlər Təşkilatının (BMT) “Əlillərin hüquqları haqqında” Konvensiyası əlilliyi olan şəxslərin təhsil hüquqlarının bir çox tərəflərini əhatə edir və inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğunu təşviq edir. Eynilə, BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 28-ci maddəsi hər bir uşağın təhsil hüququnu tanıyır və bərabər imkanlar əsasında bu hüququn həyata keçirilməsi dəstəkləyir. Adıçəkilən maddə bildirir ki, təhsil uşağın şəxsiyyətinin, istedadının, əqli və fiziki bacarığının inkişaf etdirilməsi, insan hüquqlarına və əsas azadlıqlara, azad cəmiyyətdə sülh, dostluq, anlaşma, tolerantlıq və bərabərlik içində həyata, ətraf mühitə hörmət tərbiyə edilməsinə yönəldilməlidir. Bu əsasda, əlilliyi olan uşaqların əlilliyi olmayan uşaqlarla birlikdə təhsilə cəlb edilməsi xüsusilə nəzərə alınır. Bundan başqa, BMT-nin Dayanıqlı İnkişaf Məqsədi 4 hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsilin təminatını vurğulayır.Milli qanunvericilikdə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməyi və onların təhsili üçün maneəsiz mühit yaratmağı əsas məqsəd kimi qəbul edir.RAMİLƏ ƏLİYEVA,"ZiM.Az"-ın Baş redaktoru,“Zirvə” və “Zəfər” mükafatlarıı laureatıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.