AMEA-da “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib Humanitar elmlər, "Zirvə", Ədəbi əlaqələr, Turan, Asiya, Orta Asiya, Müşfiq Borçalı 17 декабря 2024 76 0 1 2 3 4 5 2024-cü il dekabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasında “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada keçirilən konfransda AMEA Rəyasət Heyətinin üzvləri, Türkiyə, Pakistan, Çin, Hindistan, Cənubi Koreya, Vyetnam, Özbəkistan, Qazaxıstan və başqa ölkələrdən gəlmiş tanınmış alimlər, ədəbiyyat, mədəniyyət və elm xadimləri, KİV nümayəndələri iştirak ediblər.Konfransdan öncə tədbir iştirakçıları Asiya xalqlarının ədəbiyyatına dair AMEA-da işıq üzü görmüş nəşrlərdən ibarət sərgiyə baxış keçiriblər. ZiM.Az xəbər verir ki, tədbirdə giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransın uzun zaman diqqətdən kənarda qalmış Asiya ölkələri ədəbiyyatı ilə bağlı Bakıda keçirilən ilk beynəlxalq elmi konfrans kimi tarixi əhəmiyyət daşıdığını bildirib. Keçmiş sovetlər birliyi dönəmində Qərb ölkələrinin ədəbiyyatı, mədəniyyəti və siyasətinin daha çox öyrənildiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, həmin dövrdə ictimai fikirdə bir Asiya boşluğu yaranmışdı. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə Asiya ölkələri ilə bağlı silsilə tədqiqatların aparıldığını diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli bu məqsədlə AMEA-da Asiya ədəbiyyatını öyrənən ayrıca şöbənin yaradıldığını, Ədəbiyyat İnstitutunda Çin Mərkəzi, Pakistan Ədəbiyyatı Mərkəzi, Mehmet Akif Ərsoy Mərkəzi, Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzi, eləcə də Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzinin fəaliyyətə başladığını söyləyib. Qeyd edib ki, bütün bunlar Asiya ölkələrini əhatə etsə də, Akademiyada Qərb ədəbiyyatının tədqiqi də davam etdirilir, həmçinin alimlər Afrika ədəbiyyatını öyrənməkdə də maraqlıdırlar. Ədəbiyyat İnstitutunda Dünya ədəbiyyatı və komparativistika şöbəsinin də fəaliyyət göstərdiyini söyləyən AMEA rəhbəri sözügedən şöbədə Qərb, Avropa və Amerika ədəbiyyatları ilə bağlı tədqiqatların aparıldığını diqqətə çatdırıb. Bundan başqa, o, Ədəbiyyat İnstitutunda Türk xalqları ədəbiyyatı və Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələri şöbələrinin fəaliyyət göstərdiyini qeyd edib.AMEA rəhbəri yaxın günlərdə UNESCO-nun mənzil-qərargahında Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin 950 illiyi çərçivəsində AMEA tərəfindən üç cilddə Azərbaycan dilində çap olunmuş sözügedən kitabın təqdimatının keçirildiyini xatırladıb. Onun sözlərinə görə, “Divanü lüğat-it-türk” əsərinin UNESCO-da təqdimatı Asiya ədəbiyyatının UNESCO zirvəsinə qaldırılması deməkdir. Bu, həmçinin UNESCO zirvəsindən AMEA nəşrinin təqdimatı kimi böyük əhəmiyyətə malikdir. Akademik İsa Həbibbəyli AMEA-nın beynəlxalq əlaqələrindən də bəhs edərək bildirib ki, AMEA ilə Çin İctimai Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyası arasında Anlaşma Memorandumu, eləcə də AMEA ilə Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqavilələri imzalanıb. AMEA-nın qardaş Türkiyənin, Qazaxıstanın və Özbəkistanın onlarla universiteti ilə əməkdaşlıq etdiyini söyləyən alim Akademiyanın Vyetnam ilə əməkdaşlıqda da maraqlı olduğunu bildirib. Akademiya rəhbəri son illərdə AMEA-nın dünyanın ən nüfuzlu elmi qurumları olan Beynəlxalq Elmi Şuraya, Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına, həmçinin Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasına və Avrasiya Universitetlər Birliyi kimi akademik qurumlara üzv seçildiyini xatırladıb. Akademik İsa Həbibbəyli eyni zamanda Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının Filippinin paytaxtı Manila şəhərində keçirilmiş Baş Assambleyasının iclasında iştirak və çıxış etdiyini bildirib. Çıxışının sonunda AMEA prezidenti Azərbaycan ədəbiyyatını, mədəniyyətini, ölkəmizi Asiya xalqlarına daha dərindən tanıtmaq, sözügedən sahələrin tədqiqatçıları ilə yaxından tanış olmaq və gələcəkdə ortaq layihələr formalaşdırmaq baxımından konfransın önəmini qeyd edib, beynəlxalq tədbirin işinə uğurlar arzulayıb. Akademik İsa Həbibbəyli vurğulayıb ki, yeni təmasların və dostluqların yaranması, yeni əməkdaşlıqların formalaşması və elmi əlaqələrin dərinləşməsi baxımından platforma rolunu oynayacaq bugünkü beynəlxalq konfrans həm də Avrasiya sintezi yaratmaq imkanlarına malikdir.Daha sonra Asiya Elmlər Akademiyası və Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Najeeba Arif, Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutunun direktor əvəzi professor Lu Yusong, Vyetnam Hanoy Universitetinin əməkdaşı Nguyen Van Çien, Özbəkistanın Fərqanə Dövlət Universitetinin Ədəbiyyatşünaslıq kafedrasının müdiri professor Mənzurə Jurayeva, Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universitetinin əməkdaşı Janakul Sametova, Hindistanın Camiə Milliyə İslam Mərkəzi Universitetinin Xarici Dillər Departamentinin əməkdaşı dosent Nouşad, Yaponiyanın ölkəmizdəki səfirliyinin attaşesi İvasaki Takamasa və Monqolustanın Azərbaycandakı fəxri konsulu Könül Əlizadə çıxış edərək konfransın Asiya ölkələri arasında elmi əlaqələrin genişlənəcəyinə töhfə verəcəyini biliriblər. Tədbirdə Cənubi Koreyanın Seul Milli Universitetinin Koreya dili və ədəbiyyatı kafedrasının professoru Bang Min-Ho “Şərqi Asiya diskursu və Koreya ədəbiyyatının yeni gələcəyi”, Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutunun direktor əvəzi professor Lu Yusong “Çin ədəbiyyatının xalq mərkəzli təbiəti; təkamül və missiya”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədli “Asiya ədəbiyyatında doğu-batı diskursu: Koreya, yapon və əfqan romanları konteksində” mövzusunda məruzələrlə çıxış ediblər.Konfrans öz işini “Türk xalqları ədəbiyyatı”, “Müqayisəli ədəbiyyatşünaslıq”, “Şərqi Asiya xalqlarının ədəbiyyatı”, “Cənubi Asiya xalqlarının ədəbiyyatı” seksiyaları ilə davam edib.* * *Seksiya iclaslarında Asiya xalqları ədəbiyyatının problemlərinə və mərhələlərinə, şəxsiyyətlərinin yaradıcılığına həsr olunmuş ümumilikdə 50-ə yaxın məruzə dinlənilib. “Türk xalqları ədəbiyyatı” adlı I seksiya iclasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini fil.f.d., dosent Mehman Həsənli “Rollan Seysenbayevin “Qaçış” romanında 1930-cu illər qazax reallıqlarının təsviri”, Özbəkistanın Fərqanə Dövlət Universitetinin Ədəbiyyatşünaslıq kafedrasının müdiri professor Mənzurə Jurayeva “Mahmud Xoca Behbudi yaradıcılığında Səfərnamə janrı”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi fil.f.d., dosent Aygün Bağırlı “Berdibek Sokpakbayevin “Mənim adım Kojadır” əsərində qazax həyatının əksi”, Özbəkistan Milli Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunin böyük elmi işçisi Dr. Gülnaz Səttarova “Çolpanın “Tufan” şeiri haqqında (Anadolunun müzəffər ordularına həsr edilən şeir)”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan fil.f.d., dosent Töhfə Talıbova “Türkmən ədəbiyyatının zirvəsi Məhtimqulu Fəraqi”, Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universitetindən Dinara Aşimova və Nurcamal Kospaganbetova “Qazaxıstanda sinxron tərcümənin əhəmiyyəti”, Abay Qazax Milli Pedaqoji Universitetindən Zhanakul Sametova və Aisulu Alzhanova “Orta Asiya xalqlarında “Oyanış dövrü” poeziyasında 4 oxşarlıqlar”, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologıya İnstitutundan Müqabil Məmmədov “XIX-XX əsr uyğur ədəbiyyatına dair”, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutundan Günay Novruzova “XX əsrdə Çində Uyğur maarifçiliyi”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Seyidnisə Lətifli “Kemel Tokayev detektivinin təşəkkülü və inkişaf xüsusiyyətləri”, Bakı Dövlət Universitetindən Sənurə Səmədova “Azərbaycan və qırğız bədii nəsrində tarixi mühit və şərti metaforizm (İsa Muğannanın “Məhşər” və Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu” əsərləri kontekstində)” və Abay Qazax Milli Pedaqoji Universitetindən Almas Naymanbayev “Oyanış dövründə Qazax-Azərbaycan poeziyasının oxşarlıqları və xüsusiyyətləri” mövzusunda məruzələrlə çıxış ediblər.“Müqayisəli ədəbiyyatşünaslıq” adlı II seksiya iclasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini Eynulla Mədətlinin “Səfəvi və Muğal dövlətlərinin əməkdaşlığında türk-İslam mədəniyyəti və sufi poeziyası”, Türkiyənin Çanakkale Onsekiz Mart Universitetindən Prof. Dr. Ömer Solakın “Uluslarüstü Planda Edebiyat Çalışmaları: Mukayeseli Edebiyat”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan dos. Cavidə Məmmədovanın“Türk və Koreya mifoloji düşüncəsində ortaq xüsusiyyətlər”, Çanakkale Onsekiz Mart Universitetindən Tuba Has və Kocaeli Universitetindən Ümmügülsüm Irmakın “İki Kültür, İki Kadın: Söyüdlü Arx ve Sinekli Bakkal Romanlarında Kadınlık Temsilleri”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan f.ü.f.d. Dilarə Əliyevanın “Şərq-Qərb ədəbiyyatlarının kəsişməsi: universallıq, əlaqələr və təsirlər”, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutundan Sevinc Nuriyevanın “Şumer-Azərbaycan (türk) ədəbi əlaqələrinin müqayisəli öyrənilməsi məsələləri”, BDU-nun doktorantı İlahə Səfərzadənin “Azərbaycan və qırğız ədəbiyyatında müharibə qadını və ortaq azadlıq problemi (İsa Hüseynovun “Tütək səsi” və Çingiz Aytmatovun “Cəmilə” povestləri əsasında)”, Latviya Universitetinin Asiyaşünaslıq kafedrasının müdiri Kaspars Klavinsin “Orta əsrlər Azərbaycan və Avropa buddist ədəbiyyatında heçlik anlayışları”, Bakı Dövlət Universitetindən İlahə Əhmədovanın “Yapon və Azərbaycan nəsrində magik realizm (Haruki Murakaminin “Sahildə Kafka” və Zahid Sarıtorpağın “Qarğa marşrutu” romanları əsasında)” və Azərbaycan Texnologiya Universitetindən İlahə Qurbanovanın “Şərq fəlsəfəsinin XVIII əsr ingilis düşüncəsinə təsirinin xəritələşdirilməsi” mövzusunda məruzələri dinlənilib.“Şərqi Asiya xalqlarının ədəbiyyatı” adlı III seksiya iclasında isə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan f.ü.f.d. Gülnar Yunusova “Haruki Murakami romanlarında bədii məzmun və təhkiyə xüsusiyyətləri”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan f.ü.f.d. Nərmin Cahangirova “Ba Jin yaradıcılığının ideya istiqamətləri”, Azərbaycan Dillər Universitetindən f.ü.f.d. Turan Kərimli “Kazuo İşiquro yaradıcılığında Asiya həyatı və mədəniyyətinin bədii əksi (“Dəyişən dünyanın rəssamı” romanının materialları əsasında)”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Nərgiz Kərimova “Çin və Azərbaycan mədəniyyəti sivilizasiyaların toqquşması fonunda”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Leyla Həsənzadə “Na Do-hyang yaradıcıllğında romantiz və realizmin bədii əksi”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Lamiyə Nəsirova “Monqolların gizli tarixi” əsərində Çingiz xan obrazı: ideal qəhrəman konsepsiyası”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Sübhan Məmmədov “Rahimidin Zaharinin həyat və yaradıcılığı” və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan f.ü.f.d. Leyla Ramazanova “Müasir İndoneziya ədəbiyyatında pələng arxetipi (“Pələng adam” romanı əsasında)” mövzularında çıxışlar ediblər.Beynəlxalq konfransında IV seksiyası isə Cənubi Asiya xalqlarının ədəbiyyatına həsr olunub. Bu seksiyada Vyetnamın Hanoy Universitetindən Nguyen Van Çien “Vyetnam və italyan xalqlarının ədəbiyyat və həyat tərzinə müqayisəli yanaşma”, Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutundan Huang Xiangyi “Cəmiyyət və sənət: Zamanın inikası”, AMEA A.A.Bakıxanova adına Tarix və Etnoqrafiya İnstitutundan t.ü.f.d. Mübariz Ağalarlı “Əfqanıstanın Qarabağlı Azərbaycanlıları: Mədəniyyəti və tarixi”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan f.e.d. Bəsirə Əzizəliyeva “Məhəmməd İqbal və Azərbaycan ədəbiyyatı”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan f.e.d. Salidə Şərifova “Rabindranat Taqorun bədii yaradıcılığının janr xüsusiyyətləri və problematikası”, Hindistanın Camiə Milliyə İslam Mərkəzi Universitetindən Nouşad MK “Cənubi Hindistanda İslam ədəbi ənənələri: Mappila ədəbi hərəkatı”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Könül İsgəndərova “Pakistanda ingilisdilli yazıçılar”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Leyla Primova “İndu Sundaresanın “Kölgə Şahzadə” romanında Şahzadə Əurəngzəbin hakimiyyət uğrunda mübarizəsinin bədii əksi”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Sevda Məmmədova “Vyetnam ədəbiyyatının inkişaf mərhələləri” və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan f.ü.f.d. Müşfiq Çobanov “Mixeil Cavaxişvilinin yaradıcılığında Azərbaycan və gürcü xalqlarının dostluğu və millətlərarası münasibətlərin bədii inikası” mövzusunda məruzələrlə çıxışlar ediblər. Daha sonra beynəlxalq konfransın bağlanış mərasimi olub. Bağlanış mərasimində çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədrinin müavini akademik Teymur Kərimli tədbirdə bir çox Asiya xalqlarının aparıcı elm və təhsil mərkəzlərinin nümayəndələrinin iştirakının təqdirəlayiq olduğunu bildirib, seksiya iclaslarındakı məruzələrin geniş mövzuları əhatə etdiyini bildirib. Qeyd edib ki, uzun illər sonra Bakıda ilk dəfə Asiya ölkələri ədəbiyyatı ilə bağlı belə mötəbər bir tədbirin keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun, eləcə də Asiya xalqlarının dövlətimizə olan münasibətinin göstəricisidir. Akademik Teymur Kərimli tarixi beynəlxalq konfransın növbəti illərdə Asiya xalqları arasında ədəbi, mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcəyini söyləyərək tədbirə yekun vurub.Konfransın sonunda məruzəçilərə TƏŞƏKKÜR BƏLGƏləri təqdim olunub və xatirə üçün foto-şəkillər çəkilib. * * * P.S.: 16 dekabr 2024-cü ildə Bakıda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "ASİYA XALQLARI ƏDƏBİYYATI: ƏNƏNƏLƏR VƏ MÜASİR TENDENSİYALAR" mövzusunda keçirilmiş Beynəlxalq elmi konfransda Azərbaycan Texniki Universitetinin əməkdaşı, "Ziya" və "Zirvə" İnformasiya Mərkəzlərinin rəhbəri, "Ziya" qəzetinin, "ZiM.Az" və "Ziya.info.Az" saytlarının Baş redaktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmlər doktorluğu üzrə doktorantı, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Müşfiq Borçalı (Çobanov) da iştirak etmiş, onun "Mixeil Cavaxişvilinin yaradıcılığında Azərbaycan və gürcü xalqlarının dostluğu və millətlərarası münasibətlərin bədii inikası" mövzusunda elmi məruzəsi böyük maraqla qarşılanmış və o, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tərəfindən TƏŞƏKKÜR BƏLGƏSİ ilə tətif edilmişdir. Bəlkəni Müşfiq Borçalıya Beynəlxalq Konfransın yekununda "Cənubi Asiya xalqlarının ədəbiyyatı" seksiyasının moderatoru, Vyetnam Respublikasının tanınmış alimi, Hanoy Universitetinin professoru Nguyen Van Çien təqdim etmişdir.Biz də Redaksiya Heyətimiz adından hörmətli Müşfiq müəllimi ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.