AZADƏ VƏFADAR QIZI ƏLİYEVA (1983) Səhiyyə, Başkeçid 16 января 2025 27 0 1 2 3 4 5 Əliyeva Azadə Vəfadar qızı - 1983-cü ildə qədim Borçalı mahalının Başkeçid bölgəsində, indiki Gürcüstanın indiki Dmanisi rayonunun cənnət guşəsi olan Səfərli kəndində anadan olmuşdur. 1990-cı ildə Səfərli kənd məktəbinin I sinifinə getmişdir. Həmin ərəfələrdə Gürcüstanda baş verən milli münaqişələrin kəskin həddə çatmasına görə minlərlə soydaşımız kimi, Vəfadar Əliyevin ailəsi də 1992-ci ildə Bakı şəhərinə köçmüşdür.Azadə Əliyeva Bakı şəhəri Suraxanı rayonunun 150 nömrəli məktəbində təhsilini davam etmişdir. 1999-cu ildə həmin məktəbin məzunu olmuşdur. Tibb sahəsinə böyük həvəsi və marağı olduğu üçün 2000-ci ildə imtahan verib Loğman Tibb Kollecinin mamalıq şöbəsinə daxil olmuşdur. 2002-ci ildə oxuduğu kolleci müvəffəqiyyətlə bitirmişdir. 2003-cü ildə Bakı şəhərinin məhşur klinikalarının biri olan Mərkəzi klinik xəstəxanasında çalışmağa başlamışdır.Azadə xanım Klinikada işlədiyi müddət ərzində tibb işçiləri arasında xüsusi hörmət qazanmışdır. Bundan başqa xəstələrlə gözəl münasibət və insani rəftarlığına görə də hamının sevimlisinə çevrilmişdir.Ümumiyyətlə sağalan xəstələrin həyatında həkimlərlə bərabər tibb bacılarının da böyük və əvəzsiz əməyi olur. Çünki xəstələrin uğurlu müalicəsi həkim tapşırığına əsasən prosedur əməliyyatların vaxtlı-vaxtında, düzgün ampulada şəfqət bacılarının sayəsində uğurlanır. Bu düzgünlük də xəstələrin sağalması deməkdir.Mərkəzi Klinikanın ginekologiya şöbəsinin tibb bacısı Azadə xanım sevimli peşəsinə həmişə qayğı və hörmətlə yanaşmışdır.Normal Türk ailələrində ailə dəyərləri hər şeydən, hətta vəzifəsindən və sevdiyi peşəsindən asılı olmayaraq hər zaman üstün tutulub. Azadə Əliyeva da ailə qurarkən xanımı olacağı bir bəy əfəndinin istəyinə görə öz razılığı ilə sevimli peşəsindən azad olub. İndi o bir gözəl ailənin xanımıdır. Göyərçin kimi bir cüt qız övladı böyüdür.Azadə, arzu edirəm ki, həyatın bütün şirinliyi və gözəllikləri səninlə addımlasın. Amin.Sevgül SƏFƏRLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.