Zəlimxan Şərifov “Dostluq.İnfo.Az” saytının redaktoru təyin olunub Gürcüstan » Zalqa 27 августа 2026 24 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Tanınmış qələm sahibi və ictimai xadim, “Borçalı” qəzetinin və “Borcali.org” saytının redaktoru Zəlimxan Şərifov elə bu günlərdə həm də “Dostluq” İnformasiya Agentliyinin və “Dostluq.İnfo.Az” saytının da redaktoru təyin olunmuşdur.Şərifov Zəlimxan Mehralı oğlu - 2 aprel 1954-cü ildə qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Barmaqsız (indiki Zalqa) rayonunun Culuxlu (indiki Tezis) kəndində anadan olmuş, 1961-ci ildə doğma kəndindəki ibtidai məktəbdə I sinfə getmiş, 1971-ci ildə Marneuli şəhərində orta məktəbi bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universitetinə) daxil olmuş, 1975-1977-ci illərdə Stavropol diyarında hərbi xidmət borcunu şərəflə yerinə yetirmişdir. Hərbi xidmətini başa vurduqdan sonra ali təhsilini davam etdirmiş, Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunu (indiki Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti - AzMİU) bitirmişdir. Müxtəlif dövlət və rəhbər vəzifələrdə çalışmış, o cümlədən, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Baş İdarəsində mühəndis, tikinti idarəsində həmkarlar təşkilatının sədri və s. müxtəlif vəzifələrdə işləmişdir. 1984-1986-cı illərdə əmək fəaliyyətindən ayrılmadan Bakı Ali Partiya Məktəbində təhsil almış və həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1993-cü ildən “Qayğı” Konsorsiumunda rəhbər vəzifələrdə işləmiş, daha sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində idarə rəisi vəzifəsində çalışmışdır. 2005-ci ildə “Borçalı-İnşaat” MMC-ni təsis etmişdir. 2019-cu ildə təqaüddə çıxdıqdan sonra isə “Borçalı Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin üzvü kimi ictimai fəaliyyətini davam etdirmiş, “Borçalı” qəzetinin və “Borcali.org” saytının redaksiyasında ictimai əsaslarla müxbir, daha sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. Bu ilin may ayında isə “Borçalı” qəzetinin və “Borcali.org” saytının redaktoru təyin olunmuşdur.Ailəlidir: bir oğlu, iki qızı və üç nəvəsi var.Elə bu günlərdə isə Zəlimxan Şərifov “Borçalı” qəzetinin və “Borcali.org” saytının redaktoru vəzifəsində saxlanılmaqla, eyni zamanda, “Dostluq” İnformasiya Agentliyinin və “Dostluq.İnfo.Az” saytının da redaktoru təyin olunmuşdur. Biz də Redaksiya Heyətimiz adından çox hörmətli Zəlimxan müəllimi yeni vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..MÜŞFİQ BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.