TƏHSİL ORDUMUZUN ŞƏRƏFLİ ƏSGƏRLƏRİ, DƏYƏRLİ MÜƏLLİMLƏRİMİZ, PEDAQOQLARIMIZ Məktəblər, "Elm və Təhsil", Köşə yazılar 6 октября 2024 1192 100 1 2 3 4 5 RAMİLƏ ƏLİYEVA,“Zirvə” və “Zəfər” mükafatlarıı laureatı5 oktyabr - Beynəlxalq Müəllimlər günüdür!..."Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir" - deyib türk dünyasının ulu öndəri Mustafa Kamal Atatürk.Doğrudan da belədir. Müəllim bir memar kimi əvəzsiz əsərlər yaradır. Amma heç bir əsərinin üzərinə öz imzasını qoymur. Amma yaratdığı əsərlər canlı bir xatirəni, əvəzsiz bir zəhmətin bəhrəsini ruhunda, əməlində, fəaliyyətində daşıyır.Müəllim əməyi hər sahədə öz dəyərli izini qoyur. Bütün peşələrin memarıdır, müəllim peşəsi. Onun ömründən pay götürür yetişdirdiyi fidanlar. Onun davranışı, onun baxışı, onun verdiyi bilik,savad və təhsil hər bir şagird üçün örnək və nümunəyə çevrilir. O, qəlbinin odundan pay verir öz yetirmələrinə. Bəzən haqsızlıqla qarşılaşır. Bəzən anlaşılmır onun mövqeyi. Bəzən təhsil sahəsində bir körpüyə çevrilir, qınağa çevrilir valideyn və təhsil müəssisəsi arasında. Bəzən təhsil sistemində olan xoşagəlməyən bütün halları onun üzərinə yıxırıq,onu günahlandırırıq. O, isə hər zaman təmkinli olmağa çaışır,öz müəllim mövqeyini qoruyur və qaranlıqları aydınlığa çıxaran bir işığa çevrilir. Təhsil bir millətin gələcəyi, bir xalqın rifahı, bir cəmiyyətin sütunudur hər zaman.Bir xalqı məhv etmək üçün onu təhsildən, elmdən uzaq etmək yetərlidir. Odur ki, bizə elmin qapılarını açan, bizim təlim-tərbiyə sahəsində yolumuzu işıqlandıran, təhsil işçilərinin hər birinin zəhməti danılmazdır. Məktəbdə təhsil alan hər kəs ziyalı ola bilmir. Amma məktəbdə təhsil alan hər kəs insan olmağı, insan qalmağı öyrənir.44 günlük müharibədə torpağın harayına çatıb onun köməyinə yetişən. canını qurban verən məhz yaxşı valideynlərin böyüdüb boya-başa çatdırdığı və yaxşı müəllimlərin yetişdirdiyi gənclər idi.Təhsil ordusu hər zaman həyat məktəbi üçün insan yetişdirməyi bacarmalıdır. Və məhz o insanlar hansı sahədə olursa olsun dövlətin,millətin qürur mənbəyi olub onun adını yüksəklərə qaldırır.Kitablar arasında itib-batan, şagird və tələbələrinin uğurları ilə qanadlanıb uçan, öyrənən və öyrədən, hər kənddə, hər şəhərdə, hər ölkədə,hər uğurda,hər müvəffəqiyyətdə əməyi olan şərəfli bir peşədir,müəllim peşəsi.Peşəsinin məsuliyyətini dərk edib haqqını verən bütün müəllimlərin peşə bayramını təbrik edirik.Zehni əməyini, qəlbinin duyğusunu gözünün nurunu öz şagird və tələbələrindən əsirgəməyən bütün müəllimlərin ömrü bərəkətli, zəhməti, əməyi faydalı olsun hər zaman.Bizim elm və təhsil yollarımıza öz nurunuzla işıq saçdığınız üçün sizlərə minnətdarıq, dəyərli müəllimlərimiz, elm və təhsil işçilərimiz.MÜƏLLİM ÖMRÜQayğıyla, sevgiylə zəhmətlə dolu,Coşqun bir ümmandır, müəllim ömrü.Kövrək qədəmlərin, titrək qəlblərin,Sirrini duyandır,müəllim ömrü.***Hər şagirddə ürəyinin odu var,Hər sahədə zəhmətinin dadı var.Çıraq olar, qaranlığa nur saçar,Aşkardır, əyandır,müəllim ömrü.***Ömür yolu coşub daşan bir dəniz,Hər kəlməsi məna dolu tər-təmiz.Gah yorular, gah incilər şübhəsiz,İnləyən kamandır,müəllim ömrü.***Bilik verər, yol göstərər hər zaman,Söz-söhbəti çox dəyərli bir insan.Paylaşar sevgisin heç usanmadan,Nağıldır, dastandır, müəllim ömrü.***Kədəri də ,sevinci də gözəldir,Bilikləri faydalıdır, özəldir.Ürəklərdə özünə taxt düzəldir,Qəlblərə sultandır, müəllim ömrü.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.