Gülzar Şərifova: "Bizim xoşbəxt analar" Poeziya, Tiflis 18 декабря 2025 90 100 1 2 3 4 5 İnsanTəkcə bizim əsrdəNeçə tufan olubdur,Kim bilir yer kürəsiNeçə dəfə boşalıb,Neçə dəfə dolubdur.Boranlar yer üzündənİnsanlığın iziniKəsə bilməyib yenə.Ey insan, əzəl gündənMən heyranam sənin buGücünə, qüdrətinə.Sən zamanla ucaldınƏlçatmaz səmalara.Əməyinlə qovuşdunBu əbədi bahara.Sən zamanla böyüdün,Zamanla yaşa doldun.Ey zamanın övladı,Sən zamanın özündənDaha qüvvətli oldun!Bizim xoşbəxt analarMən yazmaq istəmirəmÖtən günlərimizdən,Acı göz yaşlarınıYada salmayıram mən.Mən yazmaq istəmirəmÇəkdiyiniz dərd-qəmi,Çünki çoxdan qurumuşGözlərinizin nəmi.Gülür şən üzünüzəSəadətlə xoş bahar;Nə qədər xoşbəxtsinizBu gün siz, ey analar!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.