MARVİL NƏRİMAN OĞLU SÜLEYMANOV (1965) Gürcüstan » Başkeçid 16 января 2025 29 0 1 2 3 4 5 Süleymanov Marvil Nəriman oğlu - 1965-ci ildə qədim Borçalı mahalının Başkeçid rayo-nundakı (indiki Gürcüstanın indiki Dmanisi rayonundakı) Səfərli kəndində dünyaya gəlmişdir. 1972-ci ildə I sinifə getmiş, 1982-ci ildə Səfərli orta məktəbini əla qiymətlərlə bitirib. Elə həmin ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. 1983-1985 -ci illərdə SSRİ Ordu sıralarında xidmət edib. 1989-cu ildə təhsil aldığı Universiteti bitirib. Bakının Buzovna qəsəbəsində yerləşən "BAPO" ya (Bakı Aqreqat İstehsalat Birliyi "İqlim") işə düzəlib. Həmin müəssisədə "Mühəndis proqramlaşdırıcı" vəzifəsinə təyin edilib. Daha sonra Moskva şəhərinə köçüb. Uzun müddət özəl sektorda çalışıb. Dünyada dəyişməz xarakterli, zəmanənin əks təsir edə biləcəyi. bir qrup insanlar var. Hansı ki, onlar haqqında hamı bir mənalı fikirlər söyləyir. Məsələn:- Dünya malında gözü olmayıb.- Yol gedən yorulmayıb.- Qonşu olan inciməyib.- Öz əməyi ilə dolanıb.- Paxıllıq bilməyib.- Öz əməyinə Əlhəmdülillah deyib.- Kiminsə bostanına daş atmayıb.- Kiminsə şəxsiyyətinə xələl gətirməyib.Bəli! İndi haqqında məlumat verdiyimiz Marvil Nəriman oğlu da belə halal adamlardan biridi və onların sıralarındadı.Yaşadığımız bu mürəkkəb zəmanə onun nə yolunu dəyişdi.Nə kredosuna mənfi təsir etdi. İşində saflıqla çalışdı. Halallıqla yaşadı. İIndi də həyatına beləcə davam edir.Marvil Süleymanov ailəlidir. Öz elinin ləyaqətli qızlarından biri olan Sülhiyyə Rafiq qızı ilə ailə qurub. Onların Məhəmməd adlı bir oğlu var.Məhəmməd Marvil oğlu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunudur.Biz də "Borçalı" nəşriyyatı adından Marvil Nəriman oğluna can sağlığı, ailəsinə hər zaman hüzurlu həyat arzulayırıq.Sevgül SƏFƏRLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.