Dilin öyrənilməsi qrammatika dərsliyindən başlayır Arxiv-ZİRVƏ.İNFO, Humanitar elmlər, ADPU, Tiflis, Borçalı, Bolus, TDPİ-nin Azərbaycan bölməsi, Arxiv, Mədəd Çobanov 29 мая 2025 25 0 1 2 3 4 5 Professor Mədəd Çobanovun orta məktəblərin yuxarı sinifləri üçün yazdığı "Azərbaycan - Türk dili" (X və XI sinif üçün dərsliklər, Tbilisi, 1992, 1993) dərsliyi haqqında yazılmış və mətbuatda çap olunmuş rəylərdən parçalar:"Ölkəmizin daxilində orta məktəb şagirdləri kitab sarıdan korluq çəkdiyini görəndə gözlərimin önünə respublikamızdan kənarda, xüsusilə Gürcüstan Respublikasında yaşayan soydaşlarımız gəlir... Məhz bu baxımdan filologiya elmləri doktoru, professor M.N.Çobanovun Gürcüstanın "Qanatleba" /Maarif/ nəşriyyatında çap etdirdiyi "Azərbaycan (Türk) dili" dərslikləri /X-XI siniflər üçün/ diqqəti cəlb edir. Hər iki kitabın biri digərini tamamladığı üçün onlar haqqında fikirlərimizi birlikdə bildirmək istəyirik...Hər iki kitab Gürcüstan Respublikası Təhsil Nazirliyində təsdiq edilib.Bu əsərlərin meydana çıxması obyektiv zərurətdən doğulmuşdur. Belə ki, Gürcüstandakı orta məktəblərdə rus dilinə ayrılan saatlar azaldılanda filologiya elmləri doktoru, professor Mədəd Çobanovun şəxsi sə'yi, milli qeyrəti və vətəndaşlıq borcu nəticəsində X və XI siniflərə "Azərbaycan (Türk) dili" dərsi salınmışdır. Lakin, ilk növbədə Gürcüstan Təhsil Nazirliyində onun qarşısına belə bir şərt qoyulmuşdu: proqram və dərslik hazır olmasa həmin saatlar ləğv ediləcək. /O dövrdə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin X-XI siniflərində "Azərbaycan dili" dərsləri keçilmirdi.!!!-Red./. Odur ki, M.Çobanov çox qısa vaxtda proqram və dərslik yazıb çap etdirmişdir...X sinif üçün nəzərdə tutulmuş "Azərbaycan - Türk dili" dərsliyində, əsasən savad tə'limi ilə bağlı problemlər öz əksini tapmışdır... Burada maraq doğuran cəhətlərdən biri sözün sətirdən-sətirə keçirilməsinin elmi izahıdır. Çünki orta məktəblərimiz üçün Azərbaycan dilinə aid yazılan kitablarda sözün sətirdən-sətirə keçirilməsinin sadə yolu göstərilir. Lakin müəllif sözün sətirdən-sətirə keçirilməsi qaydaları üzərində dayanır və bunu üç mühüm prinsiplə əlaqələndirir: 1. heca vahidliyi prinsipi; 2. söz kökü vahidliyi prinsipi; 3. qrafik vahidliyi prinsipi."Azərbaycan - Türk dili" kitabının əsas məziyyətlərindən biri də əməli yazılar haqqında ilk dəfə sistemli mə'lumatın verilməsi və əməli yazılara aid müxtəlif səpgili nümunələrin kitabda öz əksini tapmasıdır. Aydın bir həqiqətdir ki, orta məktəbi bitirən şagirdlərin 90-95%-i ərizə, arayış, müqavilənamə, protokol, xasiyyətnamə, tərcümeyi-hal və s. yaza bilmirlər.Məhz bu baxımdan kitabda əməli yazılara aid verilən nümunələrin şagirdlərin ehtiyacını ödəyəcəyinə zərrəcə şübhə yeri qalmır. Orta məktəb təcrübəmə istinad edərək qeyd etmək istəyirəm ki, orfoepiyaya dair mə'lumatın verilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Çünki orta məktəb şagirdləri orfoepik normanı mənimsəməkdə çətinlik çəkirlər... Orta məktəb şagirdlərinin əksəriyyəti savadlı yaza bilmirlər... Bunları nəzərə alan professor Mədəd Çobanov yazı, orfoqrafiya haqqında şagirdlərə kitabında ətraflı mə'lumat verir..."Filologiya elmləri doktoru, professor İbrahim Bayramov, /Dilin öyrənilməsi qrammatika dərsliyindən başlayır, "Təhsil" qəzeti, N:21/52/, 17 sentyabr, 1993-cü il/.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.