BİNNƏT ŞƏMBƏT OĞLU ƏHMƏDOV (1956-2010) Başkeçid, UNUTSAQ, UNUDULARIQ!.... 16 января 2025 30 0 1 2 3 4 5 Əhmədov Binnət Şəmbət oğlu - 1956-cı il sentyabrın 7-də qədim Borçalı mahalının Başkeçid elində, indiki Gürcüsranın Dmanisi rayonundakı Səfərli kəndində dünyaya gəlmişdir. 1973-cü ildə Səfərli kənd orta məktəbini bitirmişdir. İki illik əsgəri xidmətini Moskva şəhərində başa vurmuşdur. O, hərbi xidməti dövründə əsgər tərkibindəki hüquqşünaslıq fakultəsiniə daxil olmuşdur. Hüquqşünaslığı müvəffəqiyyətlə bitirdikdən sonra yenidən təhsilini davam etdirmiş, 1986-cı ildə akademik təhsilini başa çatdırmışdır.Əsgərlikdə ikən işə başlayan, həyat yollarını nizam-intizamla addımlayan, ömrünü şərəflə yaşayan, şərəfli peşə fəaliyyətli Əhmədov Binnət polkovnik rütbəsinə yüksəlir.Binnət Şəmbət oğlu öz kəndinin gözəl qızlarından biri olan Afayat Nəriman qızı ilə ailə qurub. İki qız, iki oğul atası olan Binnət Əhmədov səadət dolu bir həyat yaşayır.Ömür-gün yoldaşı Afayat Əhmədova da akademik təhsilli hüquqşünasdır.Qızları Samirə Binnət qızı - dŕ. akuşer-gnikoloq, Esmiralda Binnət qızı isə dr. kardioloqdur.Oğulları Fərid Binnət oğlu və Ruslan Binnət oğlu - MQİMO MİD Beynəlxalq İnstitutunun məzunudur.Əhmədov Fərid Binnət oğlu və Əhmədov Ruslan Binnət oğluSəfərli kəndinin qürur yeri... Elin-obanın, millətin fəxri oğlu.Gözəl ailə başçısı... Ziyalı övladlar atası…Moskva kimi mürəkkəb bir şəhərdə kök atan, şəhərin sayılan, seçilən vətəndaşı... Polis polkovniki Əhmədov Binnət Şəmbət oğlu 2010-cu il yanvarın 4-də... Ömrünün işıqlı bir vaxtında... Xalqın polis keşikçisi fəaliyyətinin çiçəkləndiyi dövründə qəflətən vəfat etmişdir… Bakı şəhərində II Fəxri Xiyabanda dəfn edilmişdir… Məkanı cənnət olsun...Sevgül SƏFƏRLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.