
2009-2015-ci illərdə Moskvadakı 2 saylı poliklinikada akuşer-gnikologiya şöbəsinin müdiri olub.
2015-ci ildən bəri isə "Ana və uşaq" Klinikasının müdiri vəzifəsində çalışır.
Hörmətli Samirə xanım! Yaxşı ki, varsan. Yaxşı ki, Varımızsan.
Çünki Həkim - insanın SAĞLIQ Anasıdır. Həkim - insanın yaşam dayağıdır. Yaxşı həkim - insanın ikinci həyatıdır.
Dr. Samirə Binnət qızı Evlərə - sevinc bəxş edən, ailələrə -körpə gülüşü, valideynlərə - taleyinin ən qiymətli hədiyyəsini -"İnqə"sini bağışlayan peşənə alqış deyirəm. Özünü ürəkdən alqışlayıram. Çünki sən insanları sevindirə bilən bir xəstəxanada çalışırsan. Sən - xəstəxanaların ən yaxşısında, ən gözəlində müdirsən. Sən - elə bir xəstəxanada çalışırsan ki, evdən çıxanda "xəstəxanaya gedirəm" - deyənlər ürəkli-ürəkli. Sevincək gəlir sənin klinikana. Sonra da min bir sevinc içində qayıdır evinə.
Çalışdığın məkan da özün kimi gözəldi. Adı da möcüzəli və cəlb edicidir. "Ana və uşaq"! Dünyanın ən gözəl sözüdür Ana! Və Uşaq! Analar - uluslarımızın davamçılarıdır. Analar - həyatımızdır. Analar - canımız, qanımız, nəfəsimizdir. Analar - ömrümüzə ömür bağışlayan qüdrətdir. Analar - ilk tərbiyə məktəbimizdir.
Uşaqlar - bizdən sonrakı yurdumuzun-yuvamızın bahar gözəlliyidir.
Uşaqlar - adımızı, sanımızı daşıyan, yaşadan varislərimizdir.
Uşaqlar - gələcəyimizi inkişaf etdirən varlığımızdır.
Əziz Samirə xanım. Sən (ərk edərək, “sən” deyirəm, axı sən mənim özümünküsən.) Anaların və uşaqların Sağlığını və sağ-lamlığını qoruyan doktorsan. Bunu hamımız bilirik ki, Sağlam Ana - sağlam uşaq deməkdir. Sağlam Uşaq - sağlam gələcək, sağlam dövlət deməkdir. Xəstə Ana sağlam uşaq böyüdə bil-məz. Xəstə Uşaq - sağlam düşüncəli Vətəndaş ola bilməz.
Sağlıqsız uşaq - həm Ailənin, həm də Dövlətin yedəklədiyi yük-dür. Gözəl doktorum, sənin kimi həkimlərin sayəsində Analar - sağlam, uşaqlar da qüsursuz doğulur. Var olun.
Həyatını sağlamlıqla addımlayanlar. Sağlıqlı ömür yaşayanlar hər zaman Səni hörmət və sevgi ilə xatırlayırlar. Tibbi bilgilərini, praktiki təcrübəsini xalqın və millətin sağlamlığına həsr edən Samirəcan, sənə işlərində müvəffəqiyyətlər, şəxsi həyatında isə səadət dolu uğurlar arzulayıram.
Sevgül SƏFƏRLİ,
ZiM.Az
.