EMİN ELSEVƏR - 85

EMİN ELSEVƏR - 85 YUBİLEYİNİZ MÜBARƏK,
ƏZƏZ və HÖRMƏTLİ EMİN ELSEVƏR!..


Fevralın 13-də Gürcüstanda yaşayıb-yaradan dəyərli ziyalımız, çox hörmətli el ağsaqqalımız, uzun illər Tiflis radiosunun Azərbaycan şöbəsinə rəhbərlik etmiş təcrübəli qələm sahibi, respublika mətbuatında imzasına tez-tez rast gəldiyimiz əməkdar jurnalist, istedadlı yazıçı və təcrübəli tərcüməçi Emin Elsevərin 85 yaşı tamam olur.


Emin Elsevər (Emin Abdulla oğlu Mahmudov) - 1940-cı il fevralın 13-də qədim Borçalı mahalının əsrarəngiz guşələrindən olan Başkeçid elində, indiki Gürcüstanın indiki Dmanisi rayonundakı Gəyliyən kəndində dünyaya göz açıb. Natamam orta təhsilini doğma kəndində alıb, sonra isə qonşu Qızı-lkilsə kəndindəki orta məktəbi bitirib. 1957-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (sonralar bir müddət S.S.Orbeliani adına, hazırda isə İlya adına olan TDPU-nun) Azərbaycan şöbəsinə daxil olub. 1962-ci ildə ali məktəbi bitirib, Qardabani rayonunun Qaracalar kəndindəki orta məktəbdə müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1963-cü ildən o, həm də Gürcüstan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyası ilə də əməkdaşlıq edib. Jurnalistikaya olan böyük həvəsi onu ikinci ali təhsil almağa vadar edib. 1963-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsində qiyabi təhsil alıb.
1967-ci ildən isə taleyini Gürcüstan radiosunun Azərbaycan dilində verilişlər redaksiyası ilə bağlayan E.Mahmudov əvvəlcə tərcüməçi, sonra redaktor, böyük redaktor işləyib. 1988-ci ildə radionun ictimai-siyasi verilişlər redaksiyası baş redaktorunun müavini, bir qədər sonra isə Azərbaycan dilində verilişlər redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunub. O, bu vəzifədə uzun müddət şərəflə çalışıb.
Elə buna görə də, Gürcüstan hökuməti Emin Mahmudovu Gürcüstan Teleradio Korporasiyasındakı uzun illik fəaliyyətinə görə “Ləyaqət” medalı ilə təltif edib.
Onu da qeyd edək ki, məhz Emin Elsevərin təşkilatçılığı və aparıcılığı ilə 2003-cü ilin sentyabrında Acarıstan Muxtar Respublikasında ilk dəfə olaraq Azərbaycan dilində televiziya verilişi hazırlanmış və efirə yayımlanmağa başlamışdır. Nəinki Acarıstanda və ya Gürcüstanda, ümumiyyətlə Azərbaycandan kənarda - xarici ölkələrdə Azərbaycan dilində efirə verilən bu ilk 30 dəqiqəlik televiziya verilişi dünyanın 76 ölkəsində yayımlanmaqla qısa bir vaxtda ən populyar informasiya xarakterli veriliş kimi böyük nüfuz qazanmışdır. Təəssüflər olsun ki, Emin müəllimdən asılı olmayaraq həmin verilişin ömrü uzun olmamış, cəmi 9 ay sonra, bütün televiziya kimi, Azərbaycan redaksiyasının da fəaliyyəti dayandırılmışdır. Bu - bir ildən də qısa olan dövrü Emin müəllim yaradıcılıq baxımından öz həyatının ən məhsuldar və ən mənalı dövrü hesab edir.
Bədii yaradıcılığa orta məktəb illərindən başlayan E.Elsevərin ilk hekayəsi 1962-ci ildə Qarayazıda (indiki Qardabanı rayonunda) nəşr olunan «Samqori» qəzetində işıq üzü görmüş, sonrakı illərdə hekayə, novella, oçerk, resenziya və elmi-publisistik yazıları, gürcü dilindən bədii tərcümələri Azərbaycan və Gürcüstan dövri mətbuatında, xüsusilə də «Sovet Gürcüstanı» (indiki «Gürcüstan»), «Azərbaycan gəncləri», «Ədəbiyyat və incəsənət», «Ziya», «Təhsil», «Şərqin səsi», «Regionpress», «Sözün işığı» qəzetlərində, «Qarapapaq» və «Meydan» dərgilərində, «Çeşmə» (1980), «Dan ulduzu» (1987, 1989, 1990), «Ədəbi Gürcüstan» (2007) və s. almanaxlarda, ədəbi-bədii toplularda çap olunmuşdur. O, indi də dövrü mətbuatda müntəzəm olaraq çıxış edir.
Emin Elsevərin (Mahmudovun) tərcümə yaradıcılığı xüsusilə qiymətlidir. Onun tərcümə etdiyi İlya Çavçavadzenin “Nikoloz Qostşabaşvili” (“Gürcüstan” qəz., 17.09.1987), Nodar Dumbadzenin “Arzu” (“Dan ulduzu”, 1987) hekayələri oxucular tərəfindən maraqla qarşılanıb.
Emin Elsevərin tanınmış klassik və müasir gürcü nasirlərindən tərcümə etdiyi və “Ərmağan” adı altında 1991-ci ildə Tbilisinin “Merani” nəşriyyatında nəşr etdirdiyi hekayələr və novellalar toplusunu oxuduqda isə bir daha onun tərcümə sahəsində kifayət qədər təcrübə və səriştə qazandığına əmin oluruq.
Kitaba M.Cavaxaşvilinin “Çəkməzi Qabo”, “Çançura”, G.Qamsaxurdianın “Camu”, “Qadın südü”, T.Qoqoladzenin “Əks-səda” və s. əsərləri daxil edilib. Bu əsərlərdə həyat gerçəkliyi aydındır və onların əksəriyyətinin süjet xəttini Azərbaycan mövzusu təşkil edir, azərbaycanlıların həyat və məişəti məhəbbətlə əks olunur. Əlbəttə, belə klassik gürcü sənət əsərlərini Azərbaycan dilində “danışdırmaq” tərcüməçidən gərgin iş və istedad tələb edir.
E.Elsevər bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlmişdir. Ədəbiyyatşünas alim və tərcüməçi Şurəddin Məmmədlinin “Gürcüstan” qəzetinin 25 iyul 1991-ci il tarixli sayında dərc olunmuş “Gürcü ədəbiyyatından daha bir ərmağan” sərlövhəli məqaləsində deyildiyi kimi: “Onun tərcümələrinin dili aydın, obrazlı, təhkiyəsi rəvandır.”
Onu da qeyd edək ki, jurnalist Merab Beradzenin yazdığı və 1998-ci ildə Tbilisidə dörd dildə nəşr etdirdiyi “Con (Malxaz) Şalikaşvili” kitabını da, eləcə də, Osiko Qvarişvilinin «İosif Stalin və məşəqqətli 37-ci il» kitabını və «Verən ələ zaval yoxdur» hekayələr silsiləsini də Azərbaycan oxucularına məhz Emin Elsevər çatdırmışdır. O, həmçinin İ.Çavçavadzenin «Otar öyünün dul qadını» (2008) povestini və Cabua Amirecibelinin məşhur «Data Tutaşxia» (2010) romanını da böyük ustalıqla dilimizə çevirmiş və hər iki əsəri ayrıca kitablar şəklində çap etdirmişdir.
2003-cü isə istedadlı qələm sahibi, yazıçı və jurnalist Emin Elsevərin “Yadigar şəkil” adlı daha bir kitabı Tbilisidə nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir. (Tərtib edəni, son sözün müəllifi və redaktoru Əlixan Binnətoğludur). Bu kitaba daxil edilmiş «Azadlıq carçısı», «Tarzən», «Maarif fədaisi», «Şamın yaşaması yanmağındadır», «Şöhrəti qazananlar» və s. oçerkləri, «Ləzgi qızı», «Qatarda», «Bağda ərik var idi», «Sevinc yaşı», «Sürünən kölgə», «Nəcabət», «Yadigar şəkil», «Zolaqlı çamadan» «Teleqram» və s. hekayə, miniatür, novella və monoloqlarından yığma nümunələr təqribən qırx illik bir dövrün məhsuludur. Əsərlərin leytmotivini təşkil edən vətən məhəbbəti, xalqlar dostluğu, humanizm ideyaları yazıçı yaradıcılığına xas olan xüsusiyyətlərdir. Həyatımızın müxtəlif tarixi mərhələlərinin bədii səlnaməsinə çevrilmiş bu yazılar oxucularımızın ciddi marağına səbəb olmuşdur.
Yazıçı və jurnalist Emin Elsevər həm də gürcü-Azərbaycan ədəbi əlaqələri ilə də məşğul olur. Onun gürcü və Azərbaycan yazarları barədə məqalələr məcmuəsi nəşrə hazırlanır. Həmin kitabın da tezliklə nəşr olunacağı və oxucular tərəfindən böyük maraqla qarşılınacağı ümidindəyik.

2015-ci ildə anadan olmasının 75 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Mərkəzi tərəfindən «Abdulla Şaiq» Fəxri mükafatı ilə təltif olunan Emin Elsevər bu günlərdə anadan olmasının 85 illik yubileyi münasibətilə Akademik Mədəd Çobanov adına Xeyriyyə Fondunun xüsusi mükafatına layiq görülməklə yanaşı, həm də təktrarən Təhsil Mərkəzi tərəfindən Fəxri Fərmanla təltif olunub.

Biz də çox hörmətli el ağsaqqalımız, dəyərli ziyalımız, tanınmış jurnalist, istedadlı yazıçı və təcrübəli tərcüməçi Emin Elsevəri həm anadan olmasının 85 illik yubileyi, həm də Fəxri mükafatlarla təltif olunması münasibətilə ürəkdən təbrik edirik, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar diləyirik!..


Müşfiq BORÇALI,
Azərbaycan Texniki Universiteti
“Ziya” qəzetinin baş redaktoru,
AYB-nin və AJB-nin üzvü,
Filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü,
"Abdulla Şaiq", "Nəriman Nərimanov",
"Qızıl qələm", Zirvə" və "Zəfər"
mükafatları laureatı


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Emin Babayev

Emin Babayev "QIZIL QƏLƏM" Ali Media mükafatına layiq görülüb

Qarabağ, Tv, Təbriklər
Emin Əmrullayev Təhsil naziri təyin olunub

Emin Əmrullayev Təhsil naziri təyin olunub

Nazirlik

"Gürcüstan" qəzetinin Baş redaktoru, Əməkdar jurnalist İslam Əliyev vəfat ...

Nekroloqlar
Tiflisdə

Tiflisdə "Körük" və "Şəfəq-Sxivi" ədəbiyyat və sənət jurnallarının növb ...

Yeni nəşrlər, Tiflis
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
Professor Həmid Vəliyevin 80 yaşı tamam olur

Professor Həmid Vəliyevin 80 yaşı tamam olur

BDU, Borçalı, Təbriklər
Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Təbriklər
GÜLYAZ ƏLIYEVA  (1957-2011)

GÜLYAZ ƏLIYEVA (1957-2011)

TDPİ-nin Azərbaycan bölməsi, Kaspi
Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

M.F.Axundzadə adına Muzey, Ədəbi əlaqələr
Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Regionlar, Təbriklər
Tbilisidə  yazıçı-dramatuq İmir Məmmədlinin əsərləri ilə bağlı dissertasiya ...

Tbilisidə yazıçı-dramatuq İmir Məmmədlinin əsərləri ilə bağlı dissertasiya ...

Ədəbi əlaqələr, Tiflis
Mətbuat Şurası: “Şahismayıl Şəmmədoğlu Gürcüstanda soydaşlarımızın haqq səs ...

Mətbuat Şurası: “Şahismayıl Şəmmədoğlu Gürcüstanda soydaşlarımızın haqq səs ...

MEDİA, Qarayazı, Təbriklər, Müşfiq Borçalı
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Tiflis, Təbriklər
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Tiflis, Borçalı, Təbriklər
Təbrik edirik, Təhməz müəllim!

Təbrik edirik, Təhməz müəllim!

Borçalı, Təbriklər
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
Rəy yazın: