SARAY AĞABƏYQIZI (1950) Ədəbiyyat » Poeziya 23 декабря 2024 83 0 1 2 3 4 5 Ağayeva Saray Ağabəy qızı - 1950-ci ildə Qəbələ rayonunun Bum qəsəbəsində sadə bir ailədə anadan olub. Bum orta məktəbinin 8-ci sinfini bitirib/ 1973-cü ildə ailə qurub və Bakı şəhərinə köçüb. Bakı səhərinin Xətai rayonundakı 70 saylı orta məktəbində axsam sinifində təhsilini davam etdirib, X sinfi bitirib, atestat alıb. Bakı Fəhləsi mədəniyyət evində 1987-ci ildə 3 il biçmə-tikmə-dərzilik öyrənib.1989-cu ildə APİ-də (indikin ADPU-da) 2 ay ərəb dili kursuna gedib. 5 il Gəncliyə Yardım İctimai Birliyində ərəb dili dərslərinə qatılıb.1993-cü ildə Məkkə ziyarətinə gedib.Gənc yaşlarından seir yazır. Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə dərc olunub.Biz də Saray xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə xeirini dəyərli oxucularımıza təqdim edirik.İlhamə SABİRQIZI,ZiM.AzGƏLMİŞƏMQəbələdən Bakıya,Dağlar aşıb gəlmişəm.Həmişə, hər zaman mən,Özümə güvənmişəm.Həyatda sadiq oldum.Allaha and içmişəm.Möhkəm iradəmlə mən,Çətin yollar keçmişəm.Bir kimsə deyə bilməz,Saray mənə borcludur.Canıma cəfa verdim,Yolum ulu yoludur.Allah mənə hər zaman,Nə desəm yetiribdir.Arzu etdiyim nə var,Özü mənə gəlibdir.Allahın yolundayam,İbadətim yerində.Yediklərim halaldır,Sözümdür bu mənim də.Kəbənin ziyarəti,Xoş bir sevincdir mənə.Allah qismət eləsin,Ziyarət edim yenə.BÜLBÜLSəhər mən gedərkən o göy çəmənə,Çox gözəl oxuyan bir bülbül gördüm.Gah uçub qonurdu bal yasəmən,Səsində deyilir, mən gülü gördüm.Bülbül uçub getdi laləli bağa,Qondu sıx yarpaqlı uca budağa.Baxdı gah soluna, gah da ki sağa.Baxışında deyir, mən gülü gördüm.O incə səsi ilə bir nalə çəkdi.Dimdiyin belinə, tükünə çəkdi.Gedib yuvasını gül üstə tikdi.Nəğməsində dedi, mən gülü gördümSəhər cəh-cəh vurdu, şəklində gülün.Aləmə xoş gəldi səsi bülbülün.Qoparıb yeyərkən dənin, sünbülün,Oxudu yenə də, mən gülü gördüm.İGİD ƏSGƏRErməni çıx burdan, olmasın qada,Vətəni vermərəm daha mən yada.Sənin gözün doymur bu torpaqlardan,Utan millətimdən, aldığın candan.Mən igid əsgərəm, vətən mənimdir,İrəli getmək də bil, əməlidir.Səni qovacağam axıra qədər.Çıx get daha, vaxtım getməsin hədər.VAQİFVaqifim, həyatım sənə bağlıdır,Eşqimizin yolu çıraqbanlıdır.Mən səni sevirəm özümdən artıq,Həyatın işığı, gözümdən artıq.Sən mənim bəxtimsən, həm ürəyimsən,Həm arzum, günəşim, həm diləyimsən.Ömrümün təzə, tər çiçəyi sənsən,Evimizin bil ki hər şeyi sənsən.Gözlərinin rəngi Xəzərə bənzər,Dilindən düşməyir şəkərli sözlər.Gəl danışma acı, həyatım mənim,Qızıl güldə uçan, bülbülüm mənim.Eşq bil müqəddəsdir ana südü tək,Ona kədər yaxın gəlməsin gərək.Həmişə parlasın günəş, ay kimi,Şəfəqli billur tək axan çay kimi.NƏVƏM KAZIMBalaca olsam da mən,Tamam böyükdür adım.İmamların adıdır,Elimizin yadıdır.Sevgilərim böyükdür,Nənə-babalarıma.Ürəyimdə məhəbbət,Həm atama, anama.Bir az çılğın olsam da,Başımda ağlım iti.Xoşlamıram boşluğu,Onda mən ollam kütü.Adım Kazımdır mənim,Üç yaşın içindəyəm.Gələcəyim uğurlu,Vətənə sərkərdəyəm.ANA CANHaqqını halal et, ölürəm, ana!Düşmənin gülləsi bağrımı dəldi.Sürətlə qalxırdım uca bir dağa,Qəlpələr bilmirəm haradan gəldi.Ağlama, ana can, Vətən sağ olsun!İstəmirəm, sənin gözlərin dolsun.Torpaq da anadır xilas etmişəm,Vətən yolunda mən şəhid getmişəm.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.