Dosent David Nəsibov – 70 AzTU, Borçalı, Təbriklər 26 декабря 2024 60 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!...Yanvarın 2-i dəyərli ziyalımız, tanınmış alim və ictimai xadim, Azərbaycan Texniki Universitetinin “Mühəndis riyaziyyatı və süni intellekt” kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi David Rəhman oğlu Nəsibovun ad günüdür. Daha doğrusu, yubileyidir. Anadan olmasının 70 illik yubileyi!..Nəsibov David Rəhman oğlu - 1955-ci il yanvarın 2-də qədim Borçalı mahalında, indiki Gürcüstan respublikasının Marneuli rayonundakı Alget kəndində müəllim ailəsində dünyaya göz açmışdır. O, 1972-ci ildə Alget 1 saylı orta məktəbi əla qiymətlərlə başa vurmuş və həmin ildə BDU-nun mexanika-riyaziyyat fakultəsinə daxil olmuş, 1977-ci ildə universiteti müvəffəqiyyətlə bitirmişdir. Təyinatla Bakı şəhərində saxlanılmışdır. 1981-ci ildən 1992-ci ilədək Azərbaycan Texniki Universitetinin hesablama mərkəzində Minsk 32, EC 1035 EHM-lərində riyaziyyatçı-proqramçı, böyük riyaziyyatçı-proqramçı, böyük mühəndis və s. vəzifələrində işləmişdir. 1982-ci ildən, eyni zamanda, Bakı şəhər 1-saylı fizika-riyaziyyat-informatika təmayüllü liseydə 10 il müddətində “Hesablama riyaziyyatı, proqramlaşdırma”, “Riyaziyyat” fənlərindən dərslər demişdir. Bu illər ərzində David müəllimin hazırladığı onlarla şagirdlər respublika və ali məktəb olimpiadalarının qalibi olmuş, ölkə və Rusiya ali məktəblərinə qəbul olunaraq həmin məktəbləri müvəffəqiyyətlə bitirmişlər. Bütün bunlarla bərabər, David müəllim elmi iş üzərində çalışmalarını davam etdirmiş və 1989-cu ildə ADU-nun (indiki BDU-nun) ixtisaslaşdırılmış elmi şurasında namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. D.R.Nəsibov 1992-ci ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin “EHM və sistemləri” kafedrasına assistent vəzifəsinə qəbul olunmuşdur. 1995-ci ildə həmin kafedrada baş müəllim, 1996-cı ildə isə dosent vəzifəsinə seçilmişdir və bu günədək “İT və proqramlaşdırma” kafedrasında və “Mühəndis riyaziyyatı və süni intellekt” kafedralarıda dosent vəzifəsində fəaliyyətini davam etdirir. Buraxılış işlərinə və dissertasya işlərinə müvəffəqiyyətlə rəhbərlik edir. Tədris etdiyi fənnlər üzrə 6 fənn proqramı, 6 metodik göstəriş, 5 dərs vəsaiti çap etdirmişdir. 60-dan çox elmi məqalənin müəllifidir. D.R.Nəsibov işlədiyi müddətdə kafedrada bakalavr və magistr pillələrində ixtisas fənnləri üzrə mühazirə, laboratoriya, məşğələ dərsləri aparmış və elmi-praktik təcrübəsini artırmaq üçün daim öz üzərində çalışmışdır. O, savad və bacarığına, iş yoldaşlarına qarşı diqqət və səmimi münasibətinə görə universitetin müəllim-professor heyətinin, eyni zamanda tələbə kollektivinin dərin hörmətini qazanmışdır. David müəllimin 1991-ci ildə universitetimizin nəzdində təşkil edilmiş “Turan” Mənzil Tikinti Kooperativindəki fəaliyyəti isə ona bəslənilən ümidləri tamamilə doğrultdu. Çünki, 1991-1992-ci illərdə universitetin 120-yədək müəllimi kooperativin hesabına 3 milyon rus rublundan çox pul keçirmişdilər. Artıq çox illər keçmiş, heç bir iş görülməmişdi. 1999-cu ildə son umidgah kimi David müəllim yeni sədr seçildi. O, 5 il ərzində gedib-gəlmədiyi, yazmadığı, unuversitet əməkdaşlarının haqqını tələb etmədiyi yer qalmadı. Nəhayət, 2004-cü il sentyabr ayında müəllimlərin öz vəsaiti hesabına kooperativin tikintini davam etdirilməsinə nail oldu. Çox böyük zəhmətlər hesabına müəllimlər üçün kvadratmetri 150 manata başa gəlmiş tikinti başa çatdırıldı, müəllimlərin xoşbəxt həyat sürməsi üçün bütün şərait yaradıldı, bina yüksək səviyyədə dövlətə və sakinlərə təhvil verildi.David müəllim, eyni zamanda, gözəl ailə başçısı və sevimli babadır. İki oğul, bir qızları, 6 sevimli nəvələri var. Həyat yoldaşı da riyaziyyatçıdır, respublikanın Əməkdar müəllimidir. Övladlarının üçü də yüksək ballarla universitetlərə qəbul olunmuş və magistr pilləsini də uğurla başa vurmuşlar. Bir oğlu magistr təhsilini ABŞ-da alıb, hazırda Harvard universitetində 2-ci maqistr təhsili alır. Hər üçü gözəl ailə sahibidir.David müəllimin universitetin ictimai, idman həyatında iştirakı da təqdirə layiqdir. İşlədiyi 43 il ərzində universitetlərarası şahmat və dama yarışlarında dəfələrlə universitetimizi uğurla təmsil etmişdir. Bütün bunlarla yanaşı, David müəllim həm də saz-söz vurğunu olmaqla bərabər, həm də saz-söz xiridarıdır. O, özü də, yeri gəldikcə, şeirlər yazır, öz fikir və düşüncələrini nəzmə düzür. Onun şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə dərc olunub. Biz də fürsətdən istifadə edib, redaksiya heyətimiz adından, çox hörmətli David müəllimi anadan olmasının 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun-ömür, möhkəm çansağlığı, elmi-pedaqoji və ictimai fəaliyyətində, eləcə də, bədii yaradıcılığında yeni-yeni uğurlar arzulamaqla yanaşı, eyni zamanda, onun bir neçə şeirini aşağıda dəyərli oxucularımıza təqdim edirik.Müşfiq BORÇALI,Azərbaycan Texniki Universiteti “Ziya” qəzetinin baş redaktoru,AYB-nin və AJB-nin üzvü, Filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsüZiM.AzBİR XƏYALA DAL, AY DÜNYA!Qonaq oldum bu dünyada,Ömrü-günü verdim bada.Artıq, ölüm- astanada,Qəm sazını çal, ay dünya,Yaxşıların xatirinəBir xəyala dal, ay dünya!Yaxşı-yaman həyat verdin,Mənə arxa övlad verdin,Nəvə adlı bir dad verdin,Dadsız oldu bal, ay dünya,Övladların xatirinəBir xəyala dal, ay dünya!Al günəşim, nurlu ayım,Bəxş olunan ömür payım,Şaqraq səsim, hay-harayım,Etmə məni lal, ay dünya,Nəvələrin xatirinəBir xəyala dal, ay dünya!Həyatımın sevincidir,Babasının nadincidir,O, bir ləldir, bir incidir,Salma qəlbə xal, ay dünya,Körpələrin xatirinəBir xəyala dal, ay dünya!Bu sevinci əldən alma,Ürəyimə kölgə salma,Əliqanlı cəllad olma,Mərhəmətli ol, ay dünya,İnsanlığın xatirinəBir xəyala dal, ay dünya!Səmimiyəm bil, səninlə,İnsaf eylə, məni dinlə.Sonra özün, öz əlinlə,Bu canımı al, ay dünya!Balalarımın çiynində,Özün yola sal, ay dünya!Sən salamat qal, ay dünya! ƏZİZ DOSTUM MEHRALI MÜƏLLİMƏ (60 illik yubileyi münasibətilə)Gəncliyimin yoldaşı sən, sirdaşı sən, dadı sən,Bu dostluğun canı sənsən, soyadı sən, adı sən,İnsanlıqda, səmimiyyətdə adilərdən- adisən.Çox görməsin səni bizə Uca Tanrım, şükr edək!Əziz dostum, can qardaşım, 60-yaşın mübarək!Xoş günlərmin xatirəsi, nəfəsi var, bil, səndəCavanlığmın qüvvəsi var, həvəsi var, bil, səndəQarabağmın havası var, şux səsi var, bil, səndəO gün olsun Gulablıda məclis quraq, söz deyək!Əziz dostum, can qardaşım, 60-yaşın mübarək!Qırx ildir ki, yol gedirik bir ürəkdə, qəlbdəyik,Bu qırx ildə bir olmuşuq, biz yenə də birgəyik.Bir də gördün 70 nədir, 90-dayıq, 100-dəyik.Allah özü bəxş eləsin, O olsun bizə kömək!Əziz dostum, can qardaşım, 60-yaşın mübarək! 2 aprel 2015-ci il A DÜNYA! (Akif müəllimə zarafatyana)Hər gün bizə çox xoş idi, yaz idi,Aramızda naxələflər az idi,İstədiyimiz aşıq idi, saz idiBunu çoxmu gördü gözün, a dünya?De kim fikirləşdi, kim qurdu kələk,Bizi ayrı saldı bu çərxi-fələk.Ürək sizi istər, deyir görüşək,Sən bizi ayırma özün, a dünya!Gözəl günlərimiz, vaxtımız vardı,“Daylarım” yanımda ləngər vurardı.İndi xəbərim yox onlar hardadı,Bu dərdə mən necə dözüm, a dünya?Artıq qocalırıq, kövrəlib ürək,İnsaf et, görüşə sən eylə kömək.Oturaq, əylənək, biz deyib-güləkBuna sözün varmı, sözün, a dünya? 15.10.2010David NƏSİBOV,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.