Nizami Saraclı: "BİZİM MÜŞFİQ BORÇALI" "SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Borçalı, Bolus, Darvaz, Müşfiq Borçalı 20 января 2024 854 QOPUZ QUNDAĞINDANQOPAN BİR HARAY“Çağdaş Borçalı ədəbi məktəbi” kitabının müəllifi, gənc alim Müşfiq Çobanlıyasayğılarımı sunuram.Hər səni ananda el düşür yada,Döndərir Borçalım kamana məni,Varlığım kabab tək bürünür oda,Ağladır, sızladır zamana məni.Sən hələ cavansan, eh, nə yaşın var,Zirvələr yolçusu könül quşun var,İrəldə həyatla çox savaşın var,İllər eyləyibdir virana məni.Budur, qarşımdadır ilk böyük işin,-Sənət dünyasıdı sərraf gəzişin...Qardaşım, mübarək bu yüksəlişin,Çəkdin dağa məni, arana məni...El-oba qayğılı, a cavan alim,Duyğulu qəlbin var,mehriban həlim...Vətən! Vətən! - deyə tütüyən dilimDöndərib dilində dastana məni.Xəyalım oynadı, qalxdı yerindən,Keçdi ana yurdun xeyir-şərindən;Mən səni duymasam belə dərindənEllər tay utmazdı sarbana məni.Ucal yüksəklərə, en dərinlərə,Ovu bərəsində vurmalı hərə,Nə deyim kəmfürsət ötən illərə,Yetirməz o gedən karvana məni...Bəzən tüğyan edir ağrım, əzabım, Dönür ağzı üstə könül rübabım,Yazılıb-pozulan ömür kitabıDöndərib dəli bir ozana məni.“Ayrılıq yayalığı”, “Sevgi dəftəri”... Azman bir oğuzun əvgü dəftəri...Qoy yansın şerimin ülgü dəftəri,Çəkib çıxarmasa bir yana məni.Gəldi qəhri-qəza düşdük çöllərə,Əlim yetişmədi doğma ellərə,O vaxtsız saralıb solan güllərəBu qürbət eyləyib “Divanə” məni.Mən ömrü odlara yaxıb gəlmişəm,Qopuz qundağından çıxıb gəlmişəm,O qəlbi dağlardan axıb gəlmişəm,Tale qovuşdurub ümmana məni.Bu incə sənətin cəfası böyük,Səması misilsiz, şəfası böyük,Olsun bu qələmim qoy bölük-bölükƏgər göstərməsə cahana məni.Eşit harayımı Müşfiq Çobanlı,Bir ömür yaşadım ahlı amanlı,Vətəndə bir dağdı başı dumanlı,Bu qürbət döndərdi dumana məni.Acı bağırsaq tək uzandı şerim,İtirməz, bilirəm, qazandı şerim,Saraclı, elə bil talandı şerim,Dost möhtac etdikcə yamana məni. BİZİM MÜŞFİQ Əllidən yüzə hayqırdım - Müşfiqimin səsi gəldi... N.P.SBizim Müşfiq Borçalımız atasının tək oğludur,o səbəbdən anasının ürəyi titrək oğludur.Anasının saçın qoxlar, atasını başda saxlar,bacıların tez-tez yoxlar evin gül-çiçək oğludur.Yanı gediş-gəlişlidir, yazı-pozu vərdişlidir,əkə-bükə yerişlidir, soyunun ipək oğludur.Arzulardan doğulubdur, tək fidandı, bağ olubdur,yarla qol-boyun olubdur, nəslinin mələk oğludur.Bir cüt çiçək balası var, -gözünün ağ-qarası var,hər dərdinin çarəsi var-saz oğlu, tütək oğludur.İkidəbir Darvaz deyir, yurdun darvazasın döyür,ağlar gözlə gülümsəyir,... o yurdun gerçək oğludir.Aşiqdi qara zurnaya,qanadlanar toydan-toya,hec baxmaz pula-paraya, -toyların bəzək oğludur.Sözun tutar qaymağını,fikrin atar maymağınıAzərbaycan bayrağının qayım-qədəm bərk oğludur...Sırada çıxar qabağa,dönüb baxmaz sola-sağabelə dosta can sadağa,vətənin pələng oğludur.Sözüm hasilə yetirər, əllini yüzə götürər,İnşallah ki, narın dərər Mədədin o zirək oğludur.Yazdım aşıqlar oxusun,arısı pətək toxusun,almayaq sözün qoxusun, şair bal-pətək oğludur...ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.