SƏMAYƏ AĞABƏYQIZI (1960) Ədəbiyyat » Poeziya 23 декабря 2024 120 60 1 2 3 4 5 Səmayə Ağabəy qızı - 1960-cı il yanvarın 8-də Qəbələ rayonun Bum kəndində əməkçi ailəsində anadan olub. İlk təhsilini Bum orta məktəbində alıb. Sonra Bakı Plan-İqtisad Texnikumunda təhsilini davam etdirib. Üç övladı, nəvələri var.Gənc yaşından şeirlər yazır. Şeirləri müxtəlib mətbuat orqanlarında və ədəbi məcmuələrdə dərc olunur.Biz də Səmayə xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..ZiM.AzBAHAR GƏLƏNDƏYaşıla bürünür baharda hər yan,Çağlayır, durulur damarlarda qan.Təzədən doğulur elə bil insan,Yurduma hər dəfə bahar gələndə,Günəş bulud altdan üzə güləndə.Gəzib dolaşdıqca çəməni, çölü,Durulur, açılır adamın könlü.Qar altından çıxan ağ novruzgülü,Sanki baş qaldırıb söyləyir salam,Baxıb bu səhnədən alıram ilham.Baharda cənnətə dönür bu cahan,Bir gözəl cənnətdir, bu Azərbaycan.Bir cənnət olsa da, hər tərəf, hər yan,Ən ali bir qüvvə yalnız insandır,Yurdum Odlar yurdu Azərbaycandır!SƏPİN TORPAĞA KÜLÜMÜGah bulandım, gah duruldum,Coşub-daşan çaylar kimi.Ömür keçdi yaşa doldum,İllər ötdü aylar kimi.Dözdüm nadan tənəsinə,Səs verdim haqqın səsinə.Üzüm güldü, yandı sinə,Yasım keçdi toylar kimi.Ocaq kimi mən qalandım,Bu torpaqdan mən yarandım.Külüm qaldı özüm yandım,Səpin torpağa külümü.AY OĞULDüşübdü soyuqlar, yağıb çöldə qar,Qalın buz bağlayıb şaxtadan yollar.Ötüşər bu günlər, yetişər bahar,Göyərər çöl-çəmən, zəmi, ay oğul,Tanrımız qorusun səni, ay oğul!Qoruyursan ana-bacılarını,Biz yüksək tutarıq daim adını.Dadmayanlar dadsın, övlad dadını,Gəl, qopar qəlbimdən qəmi, ay oğul,Tanrımız qorusun səni, ay oğul!Cəbhədə olsan da, həm yanımdasan,Könlümdə,qəlbimdə, xəyalımdasan.Allah köməyilə sağ qayıdarsan,Xoşbəxt günlərimin cəmi, ay oğul,Tanrımız qorusun səni, ay oğul!MƏNİMAtdığım ox dəydi daşa,Çox zəhmətim getdi boşa.Əziyyətlə doldum yaşa,Nələr çəkdi başım mənim?Əyilmədim, düzgün oldum,Dərd əlindən üzgün oldum.Qovurma tək mən qovruldum,Açılmadı qaşım mənim.Soruşma ki, neynədilər?Saqqız kimi çeynədilər.Şad günümdə göynədilər,Ağır oldu daşım mənim.Kimsəyə pislik etmədim,Heç vaxtı risqə getmədim.Qaratikan tək bitmədim,Doğruluqdur aşım mənim.Ömür keçdi sürət ilə,Ötdüm keçdim bilə-bilə.Axır gəldi könül dilə,Əlli oldu yaşım mənim. 2009-cu ilVARBir qanmaza söz deməyin nə adı var,Bir yeməyin duzu yoxsa, nə dadı var.Təyyarələr daim göydə uçsalar da,Bir quş kimi canı yoxdur, qanadı var.Necə edər dərdə əlac,Bir gözü tox, bir gözü ac,Dağ olarmı dönüb yamac?Hər bir dağın öz adı var.Saç daranmaz, yoxsa daraq,Işıq verməz hislı çıraq.Yandırmasan, yanmaz ocaq,Hər ocağın öz odu var.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.