AFAYAT NƏRİMAN QIZI ƏHMƏDOVA-SÜLEYMANOVA (1962) Gürcüstan » Başkeçid 16 января 2025 38 0 1 2 3 4 5 Əhmədova (Süleymanova) Afayat Nəriman qızı - 1962-ci il mayın 10-da qədim Borçalı mahalının Başkeçid elində, indiki Gürcüsranın Dmanisi rayonundakı Səfərli kəndində anadan olmuşdur. 1979-cu ildə orta məktəbi fərqlənmə ilə bitirmişdir. 1982-ci ildə Əhmədov Binnətlə ailə qurmuşdur.Afayat xanım 1982-ci ildən Moskva şəhərində yaşayır. 1987-ci ildə 7 saylı tibb texnikumunu, 1991-ci ildə Moskva Dövlət Universitetinin farmakoloji fakultəsini, 2012-ci ildə Beynəlxalq Akademik Universitetinin hüquqşünaslıq fakultəsini bitirib.1999-cu ildən Moskvadakı "Safari-A" şirkətinin rəhbəridir.Afayat xanım tanınmış iş adamı, işgüzar, xeyirxah və kubar xanımdır. Həm də fədakar anadır.Qızları Samirə - dr.akuşer-gnikoloq, Esmiralda isə dr.kardioloqdur.Oğulları Fərid və Ruslan - MQİMO MİD Beynəlxalq İnstitutunun məzunlarıdır.***Elimin-obamın mərd qızı Afayat xanımla bizim məktəb illərimiz, gənclik dövrümüz bir yerdə keçib. O, yaxşı oxuyan, ağıllı, tərbiyəli, ağır təbiətli bir qız olduğu üçün həmişə ona pərəstiş edirdim. Sonra zaman keçdi, yollarımız ayrıldı. Həyat hərəmizi başqa-başqa tərəflərə atdı, bir-birimizdən fərqli həyat yaşadıq, taleyimizdən xəbərsiz qocaldıq. Uzaqlaşmışıq, bir az da soyuqlaşmışıq. Hərdən-hərdən qəlbən yada düşüb xatırlansaq da, ara məsafəlırimiz uzaq, məkanlarımız fərqli, özümüz də qəriblikdə idik. Nə yaxşı ki, "Borçalı" nəşriyyatı varımız. Həmişə var olsun "Borçalı"! Bizi yenidən görüşdürdü. Danışdıq, söhbətləşdik, ürəklərimizi dinlədik. Onun həyat və taleyi ilə tanış olandan sonra məmnun oldum. Tək bir cümlə: - Afərin sənə, gənclik arkadaşım! - deyə bildim.Moskva kimi qarışıq bir şəhərdə, qərib bir ölkədə zəhmətlə parıldamaq, polkovnik ailəsinin xanımı olmaq, Hüquq və ədalət keşikçisi olmaq, alicənab övladlar böyütmək, Ziyalılar Anası olmaq, fəal və əməkdar olmaq, şərəfli bir ömür yaşamaq ancaq və ancaq alqışa layiqdir. Alqış sənə kəndimin fədakar qızı!Həmişə yazdığım və söylədiyim şüarlardan biri belədir.Əziz və hörmətli valideynlər!- Əgər övladlarınızı sadəcə böyüdüb yerbəyer etmisinizsə bu sizin valideynlik borcunuzdur.- Əgər övladlarınıza dayaq olub ali təhsil vermisinizsə bu sizin şərəfinizdir.P.S.: Onu da qeyd edim ki, Afayat xanım kəndimizin ilk alimi, ilk professoru adına layiq görülmüş, həqiqətən mələk xislətli ziyalısı Ömərov İsa Abdulla oğlunun bacısı qızıdır.Dayı və bacı qızı bir-biri ilə həsəd aparılacaq dərəcədə fəxr etdikləri kimi, elə biz səfərlililər də onların hər ikisi ilə fəxr edir və qürur duyuruq!..Sevgül SƏFƏRLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.