Təhsildə sosial yönümünün formalaşması

Təhsildə sosial yönümünün formalaşması Prezident cənab İlham Əliyev 2013-cü ildə Azərbaycanın sosial xarakterli dövlət olduğunu bəyan edərək bildirmişdir ki, “...Mən dəfələrlə qeyd etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycan dövləti sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Ölkəmiz inkişaf etdikcə sosial müdafiə, sosial təminat sahəsində daha innovativ sosial xidmətlər zərurəti yaranır. Respublikamızın ratifikasiya etdiyi bir sıra beynəlxalq sənədlərin və milli qanunvericiliyin müvafiq müddəalarında mütərəqqi sosial xidmət sisteminin yaradılması, sosial xidmətlərin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması kimi əhəmiyyətli məsələlərin həlli istiqamətində mühüm addımlar atılmaqdadır. Elə bu məqsədlə sosial xidmət sisteminin təkmilləşdirilməsi və daha da gücləndirilməsi istiqamətində dövlət siyasətini müəyyən edən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı” hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Dövlət Proqramı ölkəmizin sosial xidmət sisteminin, o cümlədən qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi və sosial xidmətlərin təminatı üçün zəruri şəraitin yaradılması üzrə dövlət siyasətinin əsaslarını müəyyən edir. Sözügedən proqramda əhalinin bütün həssas qruplarına göstəriləcək sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi hədəf kimi nəzərdə tutulmuşdur.
Qəbul olunmuş Dövlət Proqramı bir çox müsbət dəyişikliklərin yaranmasına gətirib çıxarır. Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən ölkəmizdə sosial xidmətin inkişafı sahəsində kifayət qədər ciddi işlər görülür. Bunların sırasında orta ümumtəhsil məktəblərində sosial-pedaqoq kadrlarının yerləşməsi də məqsədəuyğun hesab edilir.
Sosial pedaqoq məktəbdə uşaqların inkişafı və tərbiyəsi istiqamətində ailə, məktəb və ictimaiyyət üçbucağının qarşılıqlı əlaqəsini təşkil edir. Onun fəaliyyəti uşaqlarla münasibətlərin qurulmasını, yaş və psixoloji xüsusiyyətlərin öyrənilməsini, müxtəlif növ ictimai, faydalı fəaliyyət istiqamətlərinin təşkilini nəzərdə tutur.
Müasir dövrdə uşaq və yeniyetmələrin yaş xüsusiyyətləri ilə bağlı üzləşdikləri problemlərin öhdəsindən gəlməsində, onların fəaliyyətinin səmərəli istiqamətə yönləndirilməsində sosial pedaqoqların böyük rolu vardır. Bununla yanaşı, sosial pedaqoq ailə və uşağın fəaliyyətini dəstəkləməli, davranış problemləri olan şagirdlərə mənfi təsirlərin qarşısını almalı, ehtiyac yarandıqda isə hüquqi yardım göstərməlidir. Sosial pedaqoq təlim-tərbiyə işini fənn müəllimi kimi sinif otağında deyil, dərsdənkənar fəaliyyətdə həyata keçirməlidir. Yalnız məktəbdənkənar mühitdə şagirdlərin davranış xüsusiyyətlərinə (xüsusilə deviant davranışlı şagirdlərin) daha yaxından bələd olmaq mümkündür. Beləliklə, sosial pedaqoq xarici mühitdə adaptasiya problemləri olan şagirdləri üzə çıxarır, onların xasiyyət və davranış xüsusiyyətlərini öyrənir, onlara kömək yollarını müəyyənləşdirir. Hazırda məktəblərdə bilik yarışına daha çox üstünlük verildiyindən şagirdlərin imtahan, sınaq, yoxlama işlərinə hazırlığı onlarda emosional gərginlik, mənəvi çöküntü yaratmışdır. Belə vəziyyətlərdə məktəblərdə sosial pedaqoqun fəaliyyətinə böyük ehtiyac duyulur. Sosial pedaqoqun məktəbdə fəaliyyəti “risk qrupu”na aid, valideyn, hüquq-muhafizə orqanları, sosial cəhətdən müdafiəsiz, həssas ailələrin uşaqlarını və pedaqoji kollektivi əhatə edir. O, şagirdlərin dərsə davamiyyət məsələlərini də nəzarətdə saxlamalı, həmçinin məktəbin yerləşdiyi ərazinin xüsusiyyətlərini, sosial cəhətdən uğursuz ailələrin siyahısını, sağlamlıq problemləri, qanun pozuntularına meyilli olan uşaqları üzə çıxarmalı, valideyn himayəsindən məhrum olan, natamam ailələrdən çıxan, fiziki imkanları məhdud şagirdlərin iştirakı ilə xeyriyyə tədbirləri təşkil etməlidir.
Sosial pedaqoqun vəzifələri aşağıdakılardan ibarətdir:
Uşaq sosial mühitə uyğunlaşmaqda çətinlik çəkəndə, dezadaptasiya vəziyyətlərində şagirdlərə dəstək və yardım göstərir;
Valideyn müxtəlif səbəblər üzündən öhdəliklərini yerinə yetirmədikdə uşağı həyati risklərdən (sağlamlıq problemləri, maddi durum və s.), ailə problemlərindən qoruyur, ona müvafiq yardım göstərir. Şagirdlərlə sosial mühit (məktəb, ailə və s.) arasında vasitəçi rolunda çıxış edir;
Şagird, ailə, pedaqoji kollektiv, uşaq problemləri və mühafizəsi ilə məşğul olan dövlət strukturları, qeyri-hökümət təşkilatlarının nümayəndələri üçün məsləhət, görüş, seminar və təlimlər təşkil edir. Sosial mühitdə humanist, mənəvi cəhətdən sağlam münasibətlərin yaradılmasını təmin edir;
Şagirdlər üçün psixoloji cəhətdən komfortlu və təhlükəsiz mühitin təmin olunması, onların həyat və sağlamlığının qorunmasına şərait yaradır. Himayəyə ehtiyacı olan, fiziki imkanları məhdud, deviant davranış nümayiş edən, ekstremal vəziyyətlərə düşən şagirdlərə kömək məqsədilə müəllim, valideyn, xüsusi xidmət mütəxəssisləri, xeyriyyə cəmiyyətləri və s. ilə əlaqələr qurur.

Qeyd edim ki, məktəbimizdə “Erkən nikaha yox deyək”, “Narkomaniyaya yox deyək” və s. adlı təqdimatları uğurla həyata keçirmişəm. Şəhər üzrə müxtəlif fəxri fərmana layiq görülmüşəm. Sosial pedaqoq kimi üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə, bütün potensial imkanımı səfərbər edərək şagirdlərin sosial yöndə formalaşması istiqamətində əlimdən gələni etməyə çalışıram.

Vüsal Məmmədov,
Sumqayıt şəhər 26 nömrəli
tam orta məktəbin sosial pedaqoqu


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

AzTU
AzTU-da Sosial Layihələr Müsabiqəsinin təqdimatı keçirilib

AzTU-da Sosial Layihələr Müsabiqəsinin təqdimatı keçirilib

AzTU
Mingəçevir Gənclər Evi

Mingəçevir Gənclər Evi

"Region-Press", "Elm və Təhsil"
Yasamal rayon İH-də Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərlə ...

Yasamal rayon İH-də Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərlə ...

YAP, Bakı
Nazir sosial müavinətlərin artımla veriləcəyi vaxtı açıqlayıb

Nazir sosial müavinətlərin artımla veriləcəyi vaxtı açıqlayıb

Sosial
YAP Yasamal rayon təşkilatında sosial şəbəkələrdə fəal iştirak edən gənclər ...

YAP Yasamal rayon təşkilatında sosial şəbəkələrdə fəal iştirak edən gənclər ...

YAP
Xəzər rayonunun inkişafında bələdiyyələrin də öz payı vardır

Xəzər rayonunun inkişafında bələdiyyələrin də öz payı vardır

Bakı
QHT ahıllar üçün doğum günü tədbiri təşkil edib

QHT ahıllar üçün doğum günü tədbiri təşkil edib

QHT
Azərbaycan Milli Elmlər Akademiyasında sosial məsələlərin həlli istiqamətin ...

Azərbaycan Milli Elmlər Akademiyasında sosial məsələlərin həlli istiqamətin ...

Digər bölmələr
“İDEOLOJİ, SOSİAL VƏ ELMİ MAARİFLƏNDİRMƏ” PROQRAMI ÜZRƏ NÖVBƏTİ MÜHAZİRƏ

“İDEOLOJİ, SOSİAL VƏ ELMİ MAARİFLƏNDİRMƏ” PROQRAMI ÜZRƏ NÖVBƏTİ MÜHAZİRƏ

Digər bölmələr
AZƏRBAYCANDA SOSİAL PROBLEMLƏR UĞURLA HƏLL EDİLİR

AZƏRBAYCANDA SOSİAL PROBLEMLƏR UĞURLA HƏLL EDİLİR

"Şərqin səsi", Köşə yazılar
Şəffaflıq təmin olunmalıdır

Şəffaflıq təmin olunmalıdır

Qarabağ, Köşə yazılar

"Yeni Yurd" fiziki məhdudiyyətli insanları unutmadı

MEDİA
“Ahıllara və Tənhalara Dəstək” İB yeni layihəyə start verir

“Ahıllara və Tənhalara Dəstək” İB yeni layihəyə start verir

Sosial
Gürcüstanın Baş naziri Tbilisidə azərbaycanlı tələbələrlə görüşüb

Gürcüstanın Baş naziri Tbilisidə azərbaycanlı tələbələrlə görüşüb

Tiflis
BDU-da aztəminatlı ailələrdən olan tələbələrə yardım edilib

BDU-da aztəminatlı ailələrdən olan tələbələrə yardım edilib

BDU, Hüquq
“Yeni Yurd”-un Yasamal rayon şöbəsində görüş keçirilib

“Yeni Yurd”-un Yasamal rayon şöbəsində görüş keçirilib

Azərbaycan, "Şərqin səsi"
AMİ-də “Azərbaycanda sosial işin təşkili” mövzusunda konfrans

AMİ-də “Azərbaycanda sosial işin təşkili” mövzusunda konfrans

Elm, Sosial
Rəy yazın: