Şahin HƏMİDLİ: "Ruhunu öpürəm Mədəd Çobanlı..." (YADDAN ÇIXMAZ XATİRƏ) Poeziya, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov 28 февраля 2024 2070 100 1 2 3 4 5 YADDAN ÇIXMAZ XATİRƏYaxşı yadımdadır 1987-ci ilin aprel ayının 27-də BDU-nun "Azərbaycan dili və ədəbiyyatı" fakültəsindən tələbə şair Yavər Həsən və mən, APİ-nin filologiya fakültəsinin şair tələbəsi Əlizamin Gürcüstan Respublikasının paytaxtı Tiflis şəhərində keçiriləcək Qafqaz tələbə şairlərin beynəlmiləl görüşünə ezam olunmuşduq. Bizi Gürcüstan Məddəniyyət nazirliyinin əməkdaşları qarşıladılar. Bu görüşdə keçmiş SSRİ-nin bütün müttəfiq respublikalarının tələbə şairləri iştirak edirdi. Bizim üçün Tiflis şəhərində dövlət orqanları tərəfindən yüksək səviyyədə hər cür şərait yaradılmışdı. Tələbə yataqxanalarının birində qalırdıq. Tiflisdə Mtasminda dağında Fəxri şairlər qəbristanlığının önündə poeziya gecəsi keçirildi. Keçmiş müttəfiq respublikalardan gələn tələbə şairlər və biz şeirlərimizi rus dilinə tərcümə elətdirmişdik və çıxışlarımızı da rus dilində etməli idik. Gürcüstanın Mədəniyyət nazirliyinin səlahiyyətli nümayəndəsi poeziya gecəsini gürcü dilində açdı, gürcü dilində uzun-uzadı bir çıxış etdi. Mən şair dostlarıma - Yavər Həsənə və Əlizaminə dedim ki, sizi bilmirəm mən şeirlərimi Azərbaycan dilində səsləndirəcəyəm. Dostlarımın təkidinə baxmayaraq mən sözümün üstündə durdum. Yazdığım bir kiçik poemanı və bir heçə şeirimi doğma və şirin Azərbaycan dilində oxumadım, sinə-dəftər dedim. Görüş qurtarandan sonra alicənab bir adam bizə yaxınlaşdı, mənim əlimi sıxıb gülə-gülə dedi: -"Halal olsun, sən ki, Azərbaycan dilini bu gürcü şovinistlərinin qarşısında belə gözəl poetik bir dillə nümayiş etdirdin, sizin qulluğunuzda dayanmağa borcluyam". Sonra da əli ilə maşınını göstərib, - “siz tələbə yataqxanasına yox, bizimlə evimizə getməlisiniz”, - dedi. Bu gülər üzlü, üzündə peyğəmbər nuru olan adam A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji Universitetinin Azərbaycan bölməsinin rəhbəri filologiya elmləri doktoru, professor Mədəd Çobanov idi. Söhbət əsnasında o da məlum oldu ki, bir az əvvəl elə həmin Poeziya gecəsində bizimlə birlikdə çıxış edənlərdən biri olan Müşfiq Borçalı məhz Mədəd müəllimin oğlu imiş. Biz birlikdə onların Tiflisdəki evlərinə gəldik. Həyətdə bizi gülər üzlü bir xanım qarşıladı. Mədəd müəllim bizi onunla tanış etdi: ömür-gün yoldaşı Rima xanım idi. Mədəd müəllim daha sonra əlavə etdi, bir oğlum var idi, üçü də bu gün əlavə oldu, oldular dörd. Onların evində beş gün qaldıq. Hər gün Tiflisdə təhsil alan azərbaycanlı tələbələr bu evə yığışıb şeir məclisləri keçirirdi. Heç yadımdan çıxmaz bir dəfə belə görüşlərin birində şair tələbələr Rafiq Hümmət başda olmaqla saz çalıb, söz qoşub deyişirdilər. Mən saz çala bilmədiyim üçün çox narahat olurdum. Bir dəfə lap kövrəldim. Başqa bir otağa keçib saz haqqında bir şeir yazdım:Ay telli saz basdım səni bağrıma,qulaq asdım ürəyinin səsinə.Bütün olub keçənləri unutdum,düşdüm daha xəyalının izinə.Divarlardan asılmaqdan yoruldun,gözəl gördün, min könüldən vuruldun.Ömrün boyu işıq oldun, nur oldun,doldun vətən torpağının gözünə.Unutdurdun hər ağrımı, acımı,sevindirdin sevgilimi, bacımı.Sığal çəkib qarışdırdın saçımıüz söykədim sənin məğrur üzunə.Ürəyimi pərdə-pərdə köklədin,gözlərimi salıb dərdə, köklədin. Həsrətimi yaman yerdə təklədin,ağrın alım, dönüm sənin gözünə.Səfər etsən, qonaq getsən kimlərə,dara düşsən Koroğlu tək çək nərə.İnanarlar sinəndəki simlərəbir dənəsən bənzəyirsən özünə. Şeiri yazıb qurtarandan sonra Mədəd müəllimə oxudum. Bu şeir Mədəd müəllimin çox xoşuna gəlmişdi. Məni təbrik edərək dedi, “sən vətənpərvər şair olacaqsan”.…Sonralar, daha dəqiq desəm, düz 30 il sonra 2017-ci ildə təsadüfən ZiM.Az saytında haqqında söhbət açdığım həmin poeziya gecəsi keçirilən gün Tiflisdə çəkilmiş şəkillər rastıma çıxdı. Çox kövrəldim və bu şeiri yazdım:Müşfiq BorçalıyaBaxdım bir şəkilə dəyişdi halım,Elə bil dünyaya gəldim təzədən.Ömrün uzun olsun, Müşfiq Borçalı,Arada qalmışıq: - otuz il və mən.Azalmır tarixin dumanı, sisi,Ötənlər yadından çıxmır heç kimin.Bu gün xatırladım gözəl TiflisiŞeyri yada düşdü Əlizaminin.Yazdığım misralar gəlir ürəkdən,Sözün təəssübkeşi deməyin,azdır.Sazınız heç zaman düşməsin kökdən,O yerin, o yurdun sərvəti sazdır.Yadından çıxmasın vətən bir anlıq,Yazdığın şeyirə uca qalam, de.Var olsun Darvazlı Mədəd Çobanlı,Rima anaya da məndən salam de.Şairlər unutmur sözü-söhbəti,Mən sizi özümçün uğur sayıram.Bağrıma basıram Rafiq Hümməti,Yavər Həsəni də salamlayıram!Tiflis, 1987-ci il - Bakı, 08.02.2017*** Elə o vaxtdan da Müşfiq müəllimlə dostluğumuz davam edir. Mən ona bir neşə şeir də həsr eləmişəm. Həmin şeirlərdən biri “EŞQİN” adlanır:Dostum Muşfiq BorçalıyaƏzəldən vuruldun sən telli saza,Çoxa meyl etmədin, şükr etdin aza.Ömrünü bağlayıb çiçəkli yaza,Sevginin qədrini biləndi eşqin.Hamıyla dost oldu, ara vurmadı,Həyatda heç kimə tələ qurmadı.Kimsəni incidib, ya da yormadı,Dostluq ələyində ələndi eşqin.Söz açmaz o hardan, ya haralıdan,Ətrafı seyr edər o, aralıdan.Ağappaq kağızı yazıb qaraldanCibində gizlənən qələmdi eşqin.Xətrinə dəyməyib hər ümü-küsü,Nəfsindən əl çəkib, tamahdan küsüb,Vətəni sevməkdir onun arzusuBaşqa bir dünyadır, aləmdir eşqin.Zaman keşiyində durdu hər anın,Sevən bir ürəkdir dərdə yananın.Mədəd Çobanlıyla Rima ananınSevgi beşiyində bələndi eşqin.Daha sonra professor Mədəd Çobanlının nəvəsi dəyərli dostum Müşfiq Borçalının qızı Ayselin toyunda iştirak elədim. Elə həmin gün də bu şeiri yazdım: AYSELİN TOYUFüsrətdən istifadə edib çox hörmətli Mədəd müəllimi, ömür-gün yoldaşı Rima ananı, Müşfiq qardaşımı, onun ailəsini, Aysel balanı, şair dostlarım Sədi Yaradanqulunu, İlyas Əfəndini, Təbriz İmanı, Rafiq Hümməti, dəyərli şairə bacımız Konul Hidayətqızını salamlayıram.Gözün aydın olsun Mədəd Çobanlı,Maşallah, cəngidir Ayselin toyu.Durub qulluğunda dil qanunları,Sözün ahəngidir Ayselin toyu.Ata ürəyidir, ana ürəyi,Baba sevincidir, nənə fərəhi,Ulu Borçalının duzu-çörəyi,Şəkəri, qəndidir Ayselin toyu.Mənadır, məntiqdir, mənası dərin,Tükənməz nurudur gülən gözlərin.Bəlkə də dünyada bütün rənglərinƏn gözəl rəngidir Ayselin toyu.Bir söz boxçasıdır, şeirlə dolu,Ustadla, aşıqla, şairlə dolu,Hikmətlər içində xeyirlə doluMahnı çələngidir Ayselin toyu.…2023-cü il iyun ayının 3-də isə ürəyimi sarsıdan bəd xəbər eşitdim. Azərbaycan eminin tanınmış simalarından olan görkəmli dilçi alim, istedadlı ədəbiyyatşünas, bacarıqlı tədqiqatçı, dəyərli ziyalı, gözəl ailə başçısı, sevimli el ağsaqqalı, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanov haqq dünyasına qovuşub. Allah qəni-qəni rəhmət eləsin. Ruhu şad olsun. Alim dostum Müşfiq Borçalı başda olmaqla bütün Mədəd sevərlərə dərin hüznlə baş sağlığı veirəm.RUHUNU ÖPÜRƏM MƏDƏD ÇOBANLITanınmış alim, Nyu-York ElmlərAkademiyasının akademiki,filologiya elmləri doktoru,professor Mədəd Çobanovun əziz xatirəsinəTarixə dönmüsən sən öz soyunla,əbədi yaşarsan qəlbində elin.Ərsəyə gəlmişdin Darvaz suyuylasəni böyütmmüşdü Borçalı eli. Yol aldı keçmişə yaddaş bir anlıq,itmir xatirələr dumanda, sisdə.Qəbrin nurla dolsun Mədəd Çobanlı,qonaq-qaralıydı evin Tiflisdə. İndi xəyalımın dönüb balınasəksən yeddinci ilin yaz havaları.Eviniz dönmüşdü konsert zalınaçıxmır yaddaşımdan saz havaları.Öz ana dilimdə şeir oxudumsəndin Gürcüstanda dilimi sevən.Tiflisdə evində qonaq olmuşuqşair Yavər Həsən, Əlizamin və mən.Almışdın əlindən ağrı-acını,dilin harayına çatası idin.Başının tacıydın Rima xanımın,bir oğul, dörd qızın atası idin.Şerini sevirdin Rafiq Hümmətin,hər an gəlsin səsin, Muşfiq qardaşım.Atasız anları yaşamaq çətinsəbrin tükənməsin, Muşfiq qardaşım.Yazdığım sözləri qəbrinə mən dəgülab tək səpirəm Mədət Çobanlı.Duz-çörək kəsmişəm sənin evindəRuhunu öpürəm Mədəd Çobanlı. Şahin HƏMİDLİ,AYB-nin və AJB-nin üzvü30.06.2023.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.