SÖZÜNƏ, QƏLƏMİNƏ, AMALINA SƏDAQƏTLİ İNSAN - AĞAHÜSEYN ŞÜKÜROV

SÖZÜNƏ, QƏLƏMİNƏ, AMALINA  SƏDAQƏTLİ İNSAN - AĞAHÜSEYN ŞÜKÜROV

TƏBRİK EDİRİK!..

Həyatın acısını, şirinini dadmış, sadə və səmimi insan, sevimlimiz, yüksək mədəniyyəti, insanpərvərliyi, nəcibliyi və qayğıkeşliyi ilə kollektivin hörmət və rəğbətini qazanmış Ağahüseyn Şükürovun 60 yaşı tamam olur.
60 il yaşanmış şərəfli ömür yolu yalnızca zaman kəsiyində bir rəqəm deyil, bir həyat yolunun bütöv hekayəsidir. Bu ömür yolu, həmçinin çətinliklərə qarşı mübarizə, əzm və iradə ilə dolu bir tarix, gələcəyə yönələn bir işıqdır.
Həyatını elmə həsr etmiş, gözü, könlü tox mənəviyyat adamı, əxlaqlı və xoş niyyətli insan Ağahüseyn müəllim bu gün ömrünün ən məhsuldar çağına, həyatının 60-cı baharına qədəm qoyur.


Ağahüseyn Məmmədhüseyn oğlu Şükürov 1964-cü il dekabrın 21-də Masallı rayonunun Qasımlı kəndində anadan olub. Orta təhsilini Masallı rayonunun Yeddioymaq kənd orta məktəbində alıb, 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinə qəbul olub.
O, əmək fəaliyyətinə 1988-ci ildə Masallı rayonunda çıxan "Çağırış" qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb, daha sonra bir sıra respublika qəzetlərində jurnalist kimi fəaliyyət göstərib. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbu orqanı olan "Elm" qəzetinə müxbir kimi qəbul edilib, 2007-ci ilədək bu qəzetdə məsul katib, baş redaktorun müavini vəzifələrində çalışıb. 2001–2007-ci illərdə Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetində korrektor, 2007–2010-cu illərdə məsul katibin müavini, 2013–2014-cü illərdə yenidən "Elm" qəzetində müxbir, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda mətbuat xidmətinin rəhbəri, 2014-2019-cu illərdə AMEA Rəyasət Heyətinin elmi katibi olub.
O, 2019-cu ildən AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri vəzifəsində çalışır. Akademiyada həyata keçirilən tədbirlər, institut və təşkilatların fəaliyyəti, eləcə də alim və mütəxəssislərin əldə etdikləri elmi nailiyyətlərin təbliği ilə məşğul olan Ağahüseyn Şükürov həm də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisidir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "Azərbaycan" jurnalının korrektoru kimi fəaliyyət göstərir.
Yubilyar 50-yə yaxın elmi əsərin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. Müxtəlif elmi, elmi-kütləvi və bədii əsərlərin redaktoru, tərtibçisi, elmi redaktoru, bədii redaktoru, korrektoru olub. O, çoxşaxəli fəaliyyətinə görə bir sıra təltif və mükafatlara layiq görülüb.
Ağahüseyn Şükürov "Əli Tudənin yaradıcılıq yolu" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Hazırda "Azərbaycan-qazax ədəbi əlaqələri" mövzusunda elmlər doktorluğu dissertasiyası üzrə tədqiqat işi aparır. Alim Çin, Türkiyə, Pakistan, Qazaxıstan, Rusiya, İran, Belarus, Qırğızıstan, Bolqarıstan, Özbəkistan və başqa ölkələrdə elmi ezamiyyətlərdə olub, beynəlxalq konfrans və simpoziumlarda ölkəmizi layiqincə təmsil edib.
Ağahüseyn müəllimi elmi ictimaiyyət sədaqətli, bacarıqlı, ziyalı bir şəxsiyyət kimi tanıyır. Bizlər, yəni İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin əməkdaşları isə onun həm də ədalətli, qayğıkeş və səmimi rəhbər olduğunun şahidiyik. Ağahüseyn müəllim yüksək idarəçilik qabiliyyətinə malik olmaqla yanaşı, həm də yüksək insani keyfiyyətlərə sahibdir.
Onun liderlik qabiliyyəti, kollektivlə işləmək bacarığı, ən əsası sadəliyi insanlar tərəfindən böyük rəğbətlə qarşılandığı kimi, işin keyfiyyətinə və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə öz müsbət təsirini göstərib.
Hörmətli Ağahüseyn müəllim, doğum gününüz mübarək! Arzum budur ki, bu yubiley iliniz həyatınızın ən mənalı və xoşbəxt illərindən olsun. Canınız daim sağlam, yazıb-yaratmaq eşqiniz tükənməz olsun. Qarşıdan gələn aylar, illər sahib olduğunuz yaradıcılıq eşqini, elmə olan həvəsinizi, nailiyyətlərinizi yalnız qat-qat artırsın və bütün bunlar ömrünüzə ömür qatsın!

Nərgiz QƏHRƏMANOVA,
AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin
Elektron informasiya sektorunun müdiri


REDAKSİYADAN:
Biz də Nərgiz xanımın bu səmimi təbrikinə və xoş arzularına qoşuluruq, çox hörmətli qələm dostumuz Ağahüseyn müəllimi anadan olmasının 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar adiləyirik!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şəki REM-nin şöbə rəhbəri Yusif Rəhimovun 65 yaşı tamam olur

Şəki REM-nin şöbə rəhbəri Yusif Rəhimovun 65 yaşı tamam olur

Digər bölmələr, Təbriklər
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Rusiya Elmlər Akadem ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Rusiya Elmlər Akadem ...

Biologiya və tibb elmləri, Rusiya
Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Biologiya və tibb elmləri, Təbriklər
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

Humanitar elmlər, Təbriklər
Səbuhi Qəhrəmanov AMEA-nın “Elm” nəşriyyatına direktor təyin edilib

Səbuhi Qəhrəmanov AMEA-nın “Elm” nəşriyyatına direktor təyin edilib

Digər bölmələr, Təbriklər
Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Təbriklər
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi  yığıncağı keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar elmlər, "Zirvə"
AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur

Digər bölmələr, Təbriklər
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NƏRGİZ XANIM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NƏRGİZ XANIM!..

Təbriklər
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

Təbriklər
“Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi nəşr olunub

“Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi nəşr olunub

Yeni nəşrlər, Digər bölmələr
AMEA-nın MƏTBU ORQANLARI AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SIRALARINA QƏBUL OLUN ...

AMEA-nın MƏTBU ORQANLARI AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SIRALARINA QƏBUL OLUN ...

Elm, "Zirvə"
TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

"Zirvə", Təbriklər
Nuh Yurdunun böyük oğlu!..

Nuh Yurdunun böyük oğlu!..

Naxçıvan, "Zirvə", Təbriklər
AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

Elm, "Zirvə", Təbriklər
Rəy yazın: