Aysel Qəbələli: "BİLMƏYİR İNSAN" Ədəbiyyat » Poeziya 28 декабря 2024 291 100 1 2 3 4 5 Aysel Qəbələli (Aysel Tahir qızı Hümbətova) - 1986-cı ildə Qəbələ rayonunun Daşca kəndində anadan olub. Bədii yaradıcılıqla məşğuldur. "Can Şəhidim" adlı şeirinə görə 2024 -cü il avqustun 6-da "İlin Şairi" adına layiq görülüb. Zim.Az və Yurd.info.az saytında, “Borçalı” və “Şərqin səsi” qəzetlərində, "Söz xəzinəsi" və "Qəlbimin səsi" ədəbi məcmuələrində şeirləri dərc olunub. Biz də Aysel Qəbələliyə yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun daha bir şeirini dəyərli oxucularımıza təqdim edirik.İlhamə SABİRQIZI,ZiM.AzBİLMƏYİR İNSANTaleyi qisməti yazan ağıldır,Bu günün-sabahın, bilməyir insan.Naümid gəzirik dünya nağıldır,Yaşadır xatirə, silməyir insan.Hekayədir həyat, nağıldır bizə,Gecəni-gündüzü, gətirib düzə.Yorub insanları salıbdır dizə,Yükü çox ağırdı, gülməyir insan.Qərib bir diyardan dönüb vətənə,Özünü tez bükər, həmən kəfənə.Özünü aparar, özü dəfinə,Qəbirdə uzanır, ölməyir insan.Evlərdə göz yaşı selə dönəndə,Neçə ocaqların odu sönəndə.Əzrail həzrətin gözü çönəndə,Əməli heç kimlə bölməyir insan. 26.12.2024ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.