Həkim ALMAZ MUSAYEV (1955-2022) Sağlamlıq, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!.... 6 декабря 2024 290 0 1 2 3 4 5 "BORÇALI ENSİKLOPEDİYASI"ndan SƏTİRLƏR Musayev Almaz Şamı oğlu - 1955-ci il yanvarın 4-də qədim Borçalı mahalının Başkeçid elində, indiki Gürcüstanın Dmanisi rayonundakı Qızıl-kilsə kəndində anadan olub. 1962-ci ildə Qızıl-kilsə tam orta məktəbinin I sinifinə gedib. 1972-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib və elə həmin il N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universitetinin) müalicə-profilaktika fakültəsinə qəbul olub. 1978-ci ildə həmin universiteti fərqlənmə diploma ilə bitirib. 1978-1979-cu illərdə internatura keçib. 1979-cu ildə internaturanı bitirdikdən sonra, təyinatla Balakən rayon xəstəxanasına göndərilib. Əvvəlcə həkim-nevropatoloq, daha sonra isə şöbə müdiri vəzifəsində çalışıb. 1986-cı ildə dogma Borçalıya, Başkeçid rayonuna köçüb və həkimlik fəaliyyətini Başkeçid (indiki Dmanisi) rayon xəstəxanasında davam etdirib.Ötən əsrin sonlarında Borçalıda baş vermiş məlum hadisələrdən, sonsuz təqib və təziqlərdən sonra, minlərlə soydaşımız kimi, Almaz Musayev də, ailəsi ilə birlikdə doğma el-obasından, isti yurd-yuvasından ayrılıb Azərbaycana köçməyə məcbur olub.1992-ci ildən Bakı şəhərindəki 1 saylı xəstəxanada həkim-nevropatoloq işləyib.2022-ci il yanvarın 7-də Bakı şəhərində vəfat edib. Allah rəhmət eləsin.Almaz Musayev ailəli olub. 2 övladı var.Hənifə Şəbnəm,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.