"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 11-ci toplantısı MEDİA » "SAZLI-SÖZLÜ BORÇALI" 11 февраля 2019 "Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növəti on birinci toplantısı 2019–cu il fevralın 10-da Bakı şəhərinin Sabunçu rayonundakı Mərkəzi Kitabxananın Oxu zalında baş tutub.Bu günkü məclisdə iki məsələ müzakirəyə qoyulmuşdu. Birinci məsələ XOCALI faciəsinin anım günü və ikinci məsələ 17-18-ci əsrlərdə Qars-Çıldır və Gürcüstanın Ahısqa ellərində yaşayıb-yaratmış şair-aşıq Ömərin yaradıcılığına həsr edilmişdi.Məclisi “BORÇALI” nəşriyyatının redaktoru, tanınmış şair-publisist Sədi Yaradanqulu aparırdı. XOCALI faciəsində həlak olanların ruhuna ehriram olaraq bir dəqiqəlik sükutla yad edildikdən sonra S.Yaradanqulu faciə haqda qısa məllumat verdi. Şairlərdən Rəşid Hacılar, Məhəbbət Nizam və Mayil Məmmədli bu hadisə haqda söhbət açdılar. Məclisin ikinci bölmündə Sədi Yaradanqulu şair-aşıq Ömərin yaradıcılığı ilə məclis iştirakçılarına məllumat verdi və onun şeirlərindən oxudu.Sonra aşıq-şairə Ayşə xanım gözəl ifasıyla məclisin ovqatını saza-sözə yönəltdi. Bu günki məclisə Borçalıdan təşrif buyurmuş müğənni Dursun Borçalı və aşıq Vüqar Allahverdioğlu da iştirak edirdilər. Onlar gözəl ifalarıyla məclisə Borçalı ab-havası gətirdilər. Aşıq Qızqayıt Kəlbəcərlinin gəlişi də gözəl anlar yaratdı. Məclisin yaradıcısı Rahilə Qaralova və digər söz adamları növbə ilə ürəklərindən gələn şeirlərini məclisdə oxuduqca alqışla qarşılandılar.Babazadə Məhərrəm məclisdə çıxış edənləri lentə-köcürür və şəkillər çəkirdi.Məclisin sonunda bizə qucaq açıb xoş üzlə qarşılayan kitabxananın müdiri Nəcibə Hüseynovaya, Züleyxa Nəcəfovaya və bütün kollekrivə öz təşəkkürlərimizi bildirdik. Sonunda aşıq Ayşə xanımla aşıq Qızqayıt Kəlbəcərlinin qoşa ifaları ilə məclisə yekun vuruldu. Sonda ümumi şəkillər çəkildi. Məclisdə 24 nəfər saz-söz adamları toplaşmışdı. Məclisdə iştirak edirdilər: - Rahilə Qaralova, Sədi Yaradanqulu, Zeynalova Şəhla xanım, Xavər xanım, Zərifə Sufi, Minarə Sığnaq, Ayşə Səyyad qızı, Qızqayıt Kəlbəcərli, İlyas Əfəndi Vəfalı, Murtuz Fərhadoğlu, Rəşid Hacılar, Məhəbbət Nizam, Azad Fərhadoğlu, Təbriz İman, Dursun Borçalı, Vüqar Allahverdioğlu, Qulu İsmayılov, Rza Quliyev, Mayil Məmmədli, Babazadə Məhərrəm və 4 nəfər kitabxana işçisi...Sədi YARADANQULU,İlyas Əfəndi VƏFALI,“BORÇALI” nəşriyyatının və"ŞƏRQİN SƏSİ" qəzetininredaktorları ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.