AŞIQ ƏMİR SARALLAR (1923-1992) "SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus 27 декабря 2018 Aşıq Əmir Sarallar (Əmir Muxtar oğlu Həsənov) - 1923-cü ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Sarallar kəndində anadan olmuşdur. Hələ körpəlik çağlarında Əmir Muxtar oğlu Ağbabalı Aşıq Məhəmmədin məlahətli səsi və ecazkar barmaqlarına heyran qalmış və onda saza-sözə böyük maraq oyanmışdır.Əmir Muxtar oğlu üç il dövrünün ustad aşıqlarından sayılan Məşədi Söyünə şagirdlik etmişdir. Sonralar bu sənətdə kamilləşən Aşıq Əmir Borçalı aşıq məktəbində tanınan Qoşaisəli Aşıq Əhmədə, Dəllər Aşıq Mehdiyə və Qafqaza ustadlıq etmişdir. Ömrünün sonlarına yaxın nəvəsi Səbinə də babasına şagirdlik etmişdir. Hamamlı Alı Qara düz on il Aşıq Əmirə balabançılıq edərək, onunla birlikdə yüzlərlə ağır toy şənlikləri aparmışlar.Aşıq Əmir 1992-ci ildə dünyasını dəyişmişdir.Allah rəhmət eləsin!..Aşıq Əmir ciddi şeir yaradıcılığı ilə məşğul olmasa da, onun bəzi qoşmaları bu gün də aşıqlar tərəfindən məclislərdə oxunur. Aşağıda həmin qoşmalardan bir neçəsini dərc edirik.BU DAĞLARDAKöhlən yorub ilham aldımBu dağlarda, bu dağlarda.Dostlar ilə süfrə saldımBu dağlarda, bu dağlarda.Aşiq olan bələn aşar,Sular kimi axıb, daşar,Sevənlərin təbi coşarBu dağlarda, bu dağlarda.Ceyran, cüyür enər düzə,Göy çəməndə gəzə-gəzə,Yaşıl otlar çıxır dizəBu dağlarda, bu dağlarda.Torpağında gözüm qaldı,Ocağında közüm qaldı,Deyilməmiş sözüm qaldıBu dağlarda, bu dağlarda.Gör nə gözəl kef, damaqdı,Bülbül ötür səhər vaxtı,Aşıq Əmir bir qonaqdıBu dağlarda, bu dağlarda.SORAQDADIRƏyriqara kölgə salanŞamdüyəmiz qabaqdadır.Yurd yerində ağır ellər,Gözəl kefdə, damaqdadır.Dağlarımın göy yaylağı,Əskik olmur heç yığnağı.Ləzzət edir bal-qaymağı,Dadı, tamı dodaqdadır.Aşıq Əmir ilham alır,Şeir qoşub sazda çalır.Hər il yayda qonaq qalır,Adı dildə, soraqdadır.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.