Ulu Borçalımızın Vüqarlı Şairi - ƏLİ VÜQARLI (1936-2012)

Ulu Borçalımızın Vüqarlı Şairi - ƏLİ VÜQARLI    (1936-2012) Əli Vüqarlı (Məmmədov) 1936-cı ildə qədim Borçalı ma­ha­lı­nın - Lüksenburq qəsəbəsində (keçmiş Çürük Qəmərli - indiki Gürcüstanın Bolnisi şə­hə­rində) dün­yaya göz açmışdır. 1967-ci ildə ADU-nın (indiki BDU-nun) filologiya fakül­təsini bi­tirmişdir.
Uzun müddət orta məktəbdə müəllim işlə­miş­dir.
İlk şeiri 1959-cu ildə Tbili­sidə nəşr olunan «Şərqin şəfəqi» qə­zetində işıq üzü görmüş Ə.Vü­qarlının imzası sonralar mətbuatda - xüsusilə də "Sovet Gürcüstanı" (indiki "Gürcüstan"), "Qələbə bayrağı" (indiki "Bolnisi") qəzetlərində tez-tez gör­sənmiş, onun şeirləri "Azərbaycan", "Ulduz" kimi məşhur ədəbi jurnallarda və "Çeşmə" (1980), "Dan Ulduzu" (1987,1989, 1990), "Ağır elli Borçalı" (1990) ədəbi məc­muələrində özünə yer tap­mışdır.

Tağar olmaz dəyirmanın kirisə,
Dünya qopar ellər qalxıb yerisə,
Haram düşsə xapa, südün çürüsə,
Lələyində yağ yerinə şor qalar.
(«Qalar»)

Və yaxud:

Səni sevən bir gözəlin eşqinə,
Qaya da çap, dəniz də keç, odu yar,
Bir dastandır sənə olan məhəbbət,
İnanmırsan, al qəlbimi, odu, yar.
(«Odu var»)

Bu sətirlər hələ neçə il bundan əvvəl - daha dəqiq desək, ötən əsrin 60-cı illərində Ə.Vüqarlının artıq bir şair kimi püxtələşməsindən soraq vermişdir.

Dəyişməyin babam qoyan adları,
Doğma daxma yad saraydan yaxşıdı.
Günə, Aya ucaltmayın yadları,
Öz pıçıltım yad haraydan yaxşıdı.

- deyən şair Ə.Vüqarlı hələ Sovet hökumətinin və "gürcü şövinistləri"nin qılınclarının dalı da, qabağı da kəsən illərdə qədim Borçalı ellərində dədə-baba yer-yurd adlarımızın - yaşı min illərlə ölçülən qədim toponimlərimizin başqa "əndirabadi" adlarla əvəzlənməsinə qarşı haqq səsini ucaltmışdır.

İllər nə tez ötür göz qırpımında,
Zaman haqlı-haqsız ömrü haqlayır.
Kiminin başına tezcə yağır qar,
Kimini qayğılı illər, saxlayır.

- deyən Ə.Vüqarlının hələ 1980-ci ildə Tiflisdə nəşr olunmuş «Çeşmə» (1980) ədəbi məc­muəsində çap olunmuş «Kişi» sərlövhəli şeiri şair haqqında oxuculara geniş məlumat verir:

Zəhmindən dağ oynar, sözü qılıncdır,
Hər zaman hörmətlə adlanar kişi.
Gəda fil yükünü çəkə bilərmi?
Hər dərdə, əzaba qatlanar kişi.

Sevməz iftiranı, sevməz yalanı,
Heç vaxt ayaqlamaz aciz olanı,
Haqsızlıq görəndə qaralar qanı,
İntiqam eşqiylə odlanar kişi.

- deyən şair son dövrlərdə - yalandan "mənəm-mənəm, mən kişiyəm!" deyən "gəda" "kişicik"lərin pərpətöyün kimi çoxaldığı bir vaxtda zəmanədən tez-tez şikayətlənsə də, sözün əsil mənasında xalqımızın yolunda müsəlləh əsgər tək atlanıb, daim yanar şam kimi ətrafa nur-işıq-ziya saçan ər-nər kişilərin hələ də var olduğuna sevinir, sabahımıza böyük inam və ümid bəsləyir:

Həqir baxa bilməz namusa, ara,
Cənnətə çevrilər əl vursa hara.
Eşitsə, bircə an el düşüb dara,
Müsəllah əsgərtək atlanar kişi.

Söz verdi, öldü var, döndüsü yoxdu,
Hünərdə, qeyrətdə kamandı, oxdu.
Kişiyəm deyənlər dünyada çoxdu,
Xalqımın yolunda hey yanar kişi.

XX əsrin sonlarında Bolnisidə baş vermiş məlum olaylardan sonra minlərlə soydaşımız kimi, Əli Vüqarlı da ailəsi ilə birlikdə doğma şəhərini tərk etməyə məcbur olmuş, Azərbaycana köçmüş və ömrünün sonuna kimi Göygöl şəhərində yaşayıb-yaratmışdır. O, 20 iyul 2012-ci ildə vəfat etmiş və Göygöl şəhərində dəfn olunmuşdur.
Allah rəhmət eləsin.

Sonda, xüsusi olaraq onu da qeyd etmək istəyirik ki, şair Əli Vüqarlı «Ata», «Beşik», «Hardasa», «İs­tək», «Yaddaşda kim qalır» və s. şeirləri ilə hələ öz sağlığındaykən oxucuların qəlbində özünə böyük və unudulmaz bir abidə ucaldıb - Vüqarlı abidə!.. Elə bir abidə ki, hələ uzun illər yaşayacaq!..

Ruhun şad olsun, Ulu Borçalımızın Vüqarlı Şairi - Əli Vüqarlı!..

Müşfiq BORÇALI,
ZiM.Az

(Bax: Müşfiq Çobanlı. Çağdaş Borçalı Ədəbi Məktəbi.
Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh.100-101.)



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
TƏLƏBƏNİN TƏDQİQATÇI MARAĞI

TƏLƏBƏNİN TƏDQİQATÇI MARAĞI

ADPU, Darvaz, Müşfiq Borçalı
TALIB NİKBİN (1938-2020)

TALIB NİKBİN (1938-2020)

Bolus
XƏLİD SƏMƏD OĞLU QARALOV (1932-2000)

XƏLİD SƏMƏD OĞLU QARALOV (1932-2000)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Müşfiq Cabiroğlu vəfat edib

Müşfiq Cabiroğlu vəfat edib

Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
MURTUZ FƏRHADOĞLU (1967)

MURTUZ FƏRHADOĞLU (1967)

"SAZLI-SÖZLÜ BORÇALI"
RUHUN ŞAD OLSUN, USTAD ƏLİ SƏNGƏRLİ    (1930-2009)

RUHUN ŞAD OLSUN, USTAD ƏLİ SƏNGƏRLİ (1930-2009)

Bolus, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Polkovnik-leytenant ƏLLƏZ OVÇUYEV (1943)

Polkovnik-leytenant ƏLLƏZ OVÇUYEV (1943)

Başkeçid
BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)

BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)

Tv, Qarayazı, Müşfiq Borçalı
Təhminə Məmmədova (1961)

Təhminə Məmmədova (1961)

Başkeçid
Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid, Təbriklər
ƏLƏSGƏR XUDAYEV (1932-1971)

ƏLƏSGƏR XUDAYEV (1932-1971)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
RUHUN ŞAD OLSUN, TARİYEL QƏRİBLİ!.. (1946-1998)

RUHUN ŞAD OLSUN, TARİYEL QƏRİBLİ!.. (1946-1998)

Bolus
BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)

BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)

---
Həkim ALMAZ MUSAYEV (1955-2022)

Həkim ALMAZ MUSAYEV (1955-2022)

Sağlamlıq, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD Ədalət Qədir oğlu Gülməmmədov (1970-1994)

ŞƏHİD Ədalət Qədir oğlu Gülməmmədov (1970-1994)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
TƏBRİK EDİRİK, DƏYƏRLİ USTADIMIZ, ÇOX HÖRMƏTLİ PROFESSOR ŞURƏDDİN MƏMMƏDLİ! ...

TƏBRİK EDİRİK, DƏYƏRLİ USTADIMIZ, ÇOX HÖRMƏTLİ PROFESSOR ŞURƏDDİN MƏMMƏDLİ! ...

TDPİ-nin Azərbaycan bölməsi, Bolus, Təbriklər, Müşfiq Borçalı, Turan
Karslı Aşıq İslam Ərdənərin ilk kitabı

Karslı Aşıq İslam Ərdənərin ilk kitabı

Borçalı, Turan
QASIM ABBASƏLİ (1944)

QASIM ABBASƏLİ (1944)

"SAZLI-SÖZLÜ BORÇALI", UNUTSAQ, UNUDULARIQ!....
AŞIQ ƏLİXAN QARAYAZILI (1909-1998)

AŞIQ ƏLİXAN QARAYAZILI (1909-1998)

Folklor, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Rəy yazın: