Aparıcı-aşıq-müğənni VÜQAR QRACOV (1975) "SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Borçalı 1 февраля 2019 Aşıq Vüqar Qracov (Vüqar Allahverən oğlu) - 1 aprel 1975-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Marneuli rayonundakı Ağaməmmədli kəndində doğulub. 1981-ci ildə həmin kəndin orta məktəbinin birinci sinfinə daxil olub və 1991-ci ildə həmin məktəbi bitirib. Uşaqlıqdan musiqiyə böyük həvəs göstərib. Ona bu yolda təkan verən simli alətlər ustası Həmid Quşçuların sayəsində, Borçalımızın ən sevilən ustad sənətkarına çevrilib, ellərimizin şənliklərində sevilə-sevilə dinlənilən sənətkarı olub. Ailəlidir. İki qızı, bir oğlu var; hər üçü ali təhsil ocaqlarında təhsil alırlar.Aşıq Vüqar el məclisində və el şənliklərində həm aşıq, həm aparıcı, həm də bir gözəl müğənni kimi iştirak edir. Gözəl toy-nişan yola salır. O, bütün bunlarla yanaşı, Bakıda fəaliyyət göstərən “Sazlı-sözlü Borçalı” Ədəbi məclisinin üzvüdür, imkan tapan kimi Marneulidən Bakıya gəlir və məclisin yığıcaqlarında yaxından iştirak edir.Biz də Aşıq Vüqara yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.