AŞIQ MÜRSƏL FAXRALI (1925-2001) "SAZLI-SÖZLÜ BORÇALI", Bolus 27 декабря 2018 Aşıq Mürsəl Faxrfalı (Mürsəl Əhməd oğlu Məmmədov) - 1925-ci il fevralın 20-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində anadan olub. Hələ uşaq yaşlarından sazın vurğunu olan Mürsəl Əhməd oğlu başqalarından seçilməyi bacarıb.Onun saza meylinin ötəri olmadığını görən qohum-əqrabası Mürsəlin məşhur ustad aşıqlardan olan Hüseyn Saraclının yanında şagird olmasını istəyirlər. Bu belə də olur. 1947-ci ildən Aşıq Hüseyn Saraclıya şagird gedən Mürsəl tez bir zamanda püxtələşir.Ağır elli Faxralının dünyagörmüş danəndə kişilərinin yanında ədəb dərsi keçən və aşıq Hüseyndən sənət dərsi alan Mürsəl az bir zaman içərisində bütün etimadları doğruldur. Öz ustadı ilə ağır yığnaqlar keçirir.Aşıq Mürsəl saz ustası olduğu kimi, söz ustası da olur. Xeyli dastan, rəvayət və dodaqqaçdılar bilib.Aşıq Mürsəl 2001-ci il mart ayının 24-də vəfat edib.Allah rəhmət eləsin.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.