ƏLİ FAXRALI (1926) "SAZLI-SÖZLÜ BORÇALI", Bolus 27 декабря 2018 Əli Faxralı (Əli Qurban oğlu Məmmədov) 1926-cı ildə qədim Borçalı mahalında - indikiGürcüstanın Bolnisi rayonundakı qayım-qədim kəndlərindən biri olan Faxralıda anadan olmuşdur. O, uşaqlıq yaşlarından görkəmli el şairi Faxralı Misgin Nəbinin məclislərində iştirak etmiş, onun yaradıcılığının məftunu olmuşdur.Əli Faxralı gənc yaşlarından Qaş Muğanlı (Böyük Muğanlı) kəndinə köçmüş, burada ailə qurmuşdur. Yaradıcılığa başladığı ilk gündən boya-başa çatdığı doğma kəndinin adını özünə təxəllüs götürmüşdür. Şeirlərinin çoxu aşıq şeiri üslubundadır."Ellər var olsun" (2000-ci il) və "Unutmaz ellər məni" (2002-ci il) adlı iki sanballı kitabın müəllifi olan Əli Faxralı fitri istedada, güclü təbə, qibtə ediləcək yaddaşa malik bir el şairidir. Qoşmaları, gəraylıları aşıqlar və müğənnilər tərəfindən toy məclislərində tez-tez oxunur.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.