Qədim DARVAZ kəndi Elmi Məqalələr, Bolus, Darvaz, Digər, Tarix, Müşfiq Borçalı 13 сентября 2021 DARVAZ kəndi - Qədim Bağ Borçalısının qərb hüdudlarında - təbiətin gözəl bir guşəsində - Bolulus bölgəsində, indiki Gürcüstanın Bolnisi rayonunda, başı göylərə ucalan Şindi dağının şərqində Gədə çayının sahillərində (əsasən sol sahilində), Şindi dağından şərq istiqamətdə qalın meşələrlə örtülü sıra dağlar arasında, rayon mərkəzindən 22 km qərbdə, dəniz səviyyəsindən 822 m yüksəklikdə yerləşir. Qədim türk kəndi olan Darvaz şimal tərəfdən Ağbaba dağına söykənib, sanki, ondan güc alır. Darvaz kəndi coğrafi mövqeyinə görə, qərbdən Dağ Borçalısının Başkeçid bölgəsinin Azqanlı (Azgəyliyən), Ormeşən və Şorşelet kəndləri, şimaldan isə Ehram (Xran) çayı ilə həmsərhəddir. Əhalisi 4 min nəfərə yaxındır. Kənddəki Azərbaycan orta məktəbi 1919-cu ildən fəaliyyət göstərir və hazırda tanınmış xeyriyyəçi-mesenat Ziya Abbasovun adını daşıyır. Osmanlıda paşalıq rütbəsinə yüksəlmiş Qəhrəman Mehralı bəy, sərkərdə general-mayor Ayvaz İsmayılov, müharibə veteranları və el ağsaqqalları Nadir Əhmədov, Cəlal və Ənvər Aşirovlar, İsgəndər Əlləzov, İlyas Əliyev, Mürsəl Gülməmmədov, Nəbi Çobanov, tanınmış alimlər - Nyu-York Elmlər Akademiyasının akademiki Mədəd Çobanov, Məhəmmədəli və Murtuz Məmmədovlar, Fərman və Polad Gülməmmədovlar, Sergey Əhmədov, Valeh, Əli və Fəxri Hacıyevlər, İbrahim Güləhmədzadə, Məhər Aşirov, Tofiq Məmmədov, Məmməd (Mels) və Everest Əliyevlər, Müşfiq Çobanov, Hüsniyyə Çobanova, Leyla və Tamella Əliyevalar, Fazil Bəxtiyarov, Paşa Əhmədov, Yaşar Ömərov, Faiq Namazov, Əməkdar mədəniyyət işçisi Musa Çobanov, əməkdar müəllimlər Mədəd Muradov, Alı Orduxanov, Hacıməmməd Hacıyev, Süleyman Salmanov, Azər Abdullayev, Müseyib Qəmbərov, Vəli Abbasov, Nadir Abbasov, Süleyman Orucov, Oruc Nəbiyev, Hüseynəli Hacıyev, şairlər Eldar Hacıyev, Yəhya Borçalı, Əlləz Novruz, Rafiq Hümmət, Asif Ozan, Xıdır Orucoğlu, Ziyadxan Qəliz, Taryel Sarıoğlu, Yaşar Darvazlı, həkimlər Güləhməd Güləhmədzadə, Şamil , Farmiz və Fuad Əliyevlər, Səməd Çobanov, Məşkür, Zakir və Rauf Nəbizadələr, Vilayət Ovçuyev, Rəna Əliyeva, Məhərrəm Məmmədov, Teymur Əhmədov, Esmira Çobanova, Etimad Nəbiyev, hərbçilər və hüquq-mühafizə işçiləri Almaz Məmmədov, Firdovsi, Vaqif və Zaman Bayramovlar, Adil Əliyev, Bayram İsayev, Nazim Musayev, Cümşüd Orucov, Nazir Əlləzov, Sahib Məmmədov, İman Əliyev, Qənbər və Nizami Aşirovlar, Rəşid və Anar Hacıyevlər, Müqzər Abdullayev, Oqtay Nəbiyev, Rizvan Əliyev, Mais Salmanov, Şirxan Əfəndiyev, iş adamları Heydər Abbasov, Niyaz Məmmədov, Təvəkkül və Vəzir Bayramovlar, Elman və İlfan Hacıyevlər, iqtisadçı Əbülfət Nağıyev, toylarımızın bəzəyi istedadlı müğənni Marat Darvazlı, istedadlı musiqiçilər Şahin və Kamil Nəbizadələr, ictimaiyyətçilər Fədli Məhərrəmov, Süleyman Əhmədov və b. bu kəndin yetirmələridir. «Darvaz» oykonimi türk köklü qədim «darvaz» etnonimi (qəbilə və ya tayfa adı) əsasında təşəkkül tapmışdır.Gürcü mənbələrinin verdiyi məlumatlara görə, Bağ Borçalısının Bolulus bölgəsində bir-birinə yaxın Darvaz (sonralar Darbazi), Darvaz tala, Darvaz cala adlı kəndlər də olub. Həmçinin, Şərqi Gürcüstanda - Telavi rayonunun ərazisində indi də Darvaz bulağı adlı hidronim vardır. Bu, o deməkdir ki, vaxtı ilə darvaz tayfasının bir qolu həmin ərazidə yaşayıb və orada da içməli su üçün bulaq çəkmişdir. «Darvaz bulağı» hidronimi isə, bizim fikirlərimizi bir daha təsdiq edir. Həmçinin, IX əsrdə Cənubi Azərbaycanda Babək üsyanı ilə əlaqədar olaraq, Darvaz kəndinin adı çəkilir. Bu kəndin əhalisi Azərbaycan türklərindən ibarət olub. Bundan başqa, erməni müəllifləri Bolnisi rayonunun qərb bölgəsindəki yüksək təpəliklərdəki kilsələrin (xalq arasında Yazılı kilsə adlanır) X-XI əsrlərdə tikildiyini və (əslində Alban kilsəsini - M.Ç.) erməni kilsəsi (bu kilsələr Darvaz kəndinin ərazisindədir) olduğundan bəhs edir. Erməni müəllifi elə buradaca heç özü də bilmədən həmin kilsənin kimə məxsus olduğunu qeyd edir: «…bu erməni kilsələri Türk Darvazının yaxınlığındadır». Deməli, erməni müəllifi də Darvaz elinin, yəni indiki Darvaz kəndinin qədim tarixə malik olduğunu və həm də hgmin kəndin türk kəndi olduğunu təsdiqləyir. Yəni, bu da onu göstərir ki, qədim türk kəndinin yaxınlığında, hətta bir neçə kilometr uzaqda belə erməni kəndi yoxdursa, deməli elə həmin abidə də erməni yox, türk abidəsidir.Həmçinin, 1590-cı illərə aid olan türk mənbələrində Borçalı xüsusi inzibati-ərazi vahidi kimi qeyd olunmasa da, tarixi Borçalı ərazisindəki mahalların, nahiyələrin, sancaqların və 150-yə yaxın elin-kəndin adları qeyd olunmuşdur. Bu kəndlərin arasında Darvaz kəndinin adı da vardır.Qeyd: Hazırda Borçalının Bolulus bölgəsində, indiki Bolnisi rayonunda iki Darvaz//Darbaz kəndi mövcuddur. Faxralı kəndinin yaxınlığında yerləşən Darvaz kəndi «Bala Darvaz» adlanır. Bax: «Bala Darvaz».«DARVAZ» adına Qərbi Azərbaycanın Zəngəzur bölgəsində də rast gəlirik. Belə ki, Bazarçayın sol sahilində Darvaztəpə (oykonim) adlı dağ vardır. Darvaz tayfasının tarixi möhürü olan bu toponimdən aydın olur ki, tarixin müəyyən mərhələsində Darvaz tayfasının bir qolu da həmin ərazidə yaşayıb... Azərbaycanın Zaqatala rayonunda da Darvaz tayfasının adı ilə bağlı olan Darvazbinə adlı kənd vardır. Həmçinin, Orta Asiyada, o cümlədən Türkmənistanda və digər bölgələrdə də Darvaz tayfasının adı ilə bağlı bir sıra oronimlər və hidronimlər vardır. DARVAZ CALA - Qədim Borçalı mahalının Bolulus bölgəsində, Darvaz kəndində, Gədəçayın sahilindədir. Bu oykonim də türkköklü «darvaz» etnonimin - tayfanın adı ilə türkköklü «cala» sözünün birləşməsindən yaranıb. Azərbaycan-türk dilində «cala» sözü «çaykənarı, çaysahili» mənalarını bildirir. Ümumilikdə isə, «Darvaz cala» oykoniminin mənası «çay kənarında yerləşən Darvaz eli» (kəndi) deməkdir. Bu mülahizəni həmin ərazinin coğrafi mühiti də təsdiq edir. DARVAZ TALA - Qədim Borçalı mahalının Boluls bölgəsində, Darvaz kəndindən qərb tərəfdə Başkeçid rayonunun Örməşən kəndi ilə həmsərhəddədir. Bu oykonim türkköklü «darvaz» etnoniminin - tayfasının adı ilə türk köklü «tala» sözünün birləşməsindən yaranıb. Türk dillərində «tala» sözü meşəliyin aralarında olan açıq sahələrə deyilir. Deməli, «Darvaz tala» oykoniminin ümumi mənası «meşəliyin ortasındakı açıq yerdə yerləşən «Darvaz eli», kəndi deməkdir. Bu deyilənləri Darvaz kəndinin coğrafi və təbii mühiti də təsdiqləyir.Darvaz yaylası - Qədim Borçalı mahalının Bolulus bölgəsində, Darvaz kəndindən qərb tərəfdə Başkeçid rayonunun Örməşən kəndi ilə həmsərhəddədir. Bu ərazi maldarlıq üçün daha əlverişli olduğu üçün Darvaz əhalisinin varlı təbəqəsinin az bir hissəsi XIX əsrin sonu və XX əsrin əvvəllərində öz torpaqlarında evlər və tövlələr tikib kənd salıbdır. Onlarla ailələr buraya köçüb, beləcə Darvaz yaylağı (buraya İkinci Darvaz da deyiblər) adlı kiçik bir kəndin özülü qoyulmuşdur. Burada məktəbyaşlı uşaqların sayı artıdığna görə, ibtidai məktəb də açılıb. Lakin XX əsrin 40-cı illərində sabiq Sovet imperiyasının «daxili iqtisadi siyasəti» nəticəsində xalq oradan geri, Darvaz kəndinə köçürülmüş və orada yalnız kolxozun maldarlıq və atçılıq təsərrüfatı saxlanılmışdır. Həmin təsərüfat sahələri də XX əsrin 50-ci illərində Darvaz kəndinə köçürülmüşdür. Bax: «Darvaz». P.S.: ƏZİZ OXUCULARIMIZ!.. ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə dəBU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlıÖZ QEYDLƏRİNİZİ və DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..OLA BİLƏR Kİ, KİMİNSƏ ADINI UNUTMUŞUQ.ƏVVƏLCƏDƏN ÜZR DİLƏYİR, BİZƏ KÖMƏK EDƏCƏK HƏR BİR KƏSƏ QABAQCADAN TƏŞƏKKÜR EDİR VƏ HAMINIZA UĞURLAR ARZULAYIRIQ!..Böyük hörmət və ehtiramla, MÜŞFİQ BORÇALI.Ünvanlarımız:[email protected]və ya:[email protected]Telefonlar: +994 50 322 - 05 - 55;+994 70 322 - 05 - 55+994 55 692 - 05 - 55 (VatCap).P.S.S.:ƏZİZ DARVAZLILAR VƏ DARVAZSEVƏRLƏR!...AzTv-də ÇALIŞDIĞIM İLLƏRDƏ MƏHZ MƏNİM TƏŞƏBBÜSÜMLƏ DOĞMA YURDUMUZ DARVAZ HAQQINDA ÇƏKİLMİŞ VERİLİŞLƏRİ AŞAĞIDA SİZLƏRƏ TƏQDİM ETMƏKDƏN BÖYÜK QÜRUR DUYURAM...:Müşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi: AzTv-nin "TURAN" verilişləriMüşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi: AzTv-nin "Dostun evi könüllərdir!.." verilişləri.VƏ ən nəhayət:ZiM.Az/Darvaz. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.