MEHRIBAN CAVADOVA (1975)

MEHRIBAN CAVADOVA (1975) Cavadova Mehriban Balaca qızı
-1975-ci il mayın 20-də Bərdə şəhərində anadan olub.
1982-ci ildə orta məktəbin birinci sinifinə gedib.
1992-ci ildə orta məktəbi bitirib.
1993-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki ATU-ya) daxil olub.
2000-ci ildə həmin İnstitutu bitirib və 2001-ci ildən həkim işləyir.
Mehriban xanım gənc yaşlarından bədii yaradıcılıqla da məşğul olur.
Müxtəlif mətubat orqanlarında və ədəbi məcmuələrdə şeirləri dərc olunub.

Biz də öz tərəfimizdən həkim-şair Mehriban xanıma müqəddəs həkim peşəsində, şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az



BƏRDƏNİN

Boranlı sərt qışı elə ki, sildin,
Mübarək baharın iyisi gəlir.
Bərdə qapısından elə ki, girdin,
Cənnət Qarabağın iyisi gəlir.

Bərdə necə gözəldi, necə qəşəngdi,
Yazıda, qışıda güldür çiçəkdi.
Bəli söyləyibdi dahi Nizami,
Şəhərin ecazkar gözəl görkəmi.
Cəlb edib şairi, gəlib söz dəmi,
Eyləyib bir dastan qədim Bərdəni.
Söyləyib gülüstan qədim Bərdəni.

Olubmuş çox böyük, çox geniş şəhər,
Ticarət mərkəzi hələ qədimlər.
Açıbmış qolların hər yana Tər-tər,
Edibmiş şəhəri cənnətə bənzər.
Yazılmış tarixi əzəl Bərdənin.
Hər yanı cənnətmiş gözəl Bərdənin.

Fəth edib dünyanı İsgəndər yağı,
Bu qədim şəhərdən gəlib sorağı.
Nüşabə qüdrəti, cavanlıq çağı,
Deyirlər ram edib yenilməz dağı.
Çökdürüb diz üstə bu sərkərdəni,
Vermıyib əllərə qədim Bərdəni.

Nüşabə türbəsi əzəl yaddaşı,
Bir qızıl külçəsi bizə hər daşı.
Bu canlı tarixin neçə yüz yaşı,
Ötürür bizləri min il əvvələ.
Yaşadıb, yaşadır nəsillər hələ.

Dillər əzbəridi ağ qızıl bağı,
Həmişə qaynayıb çeşmə, bulağı.
Olub paytaxt şəhər, İmam torpağı,
Bülbüllər oylağı, muğam ocağı.
Söyləyib tar-kaman bilsin ellərdə,
Nəğmə diyarıdı bu gözəl Bərdə.

Mən də bu şəhərin bir övladıyam,
Amalım dürüstlük, ruhum mübariz.
Xidmətim xalqıma, məqsədim bariz,
Yağıya, xainə sitəm adıyam,
Mən də bu şəhərin bir övladıyam.

İNSAN OĞLU

Ulu tanrım alilerden ali yaratdı onu,
Tebietin cox sirrinden xali yaratdı onu.

Bunun ücün ,verdi ona,əqli ,elmi,savadi,
Bunlar ile yaşa dedi,gözel yaşam bundadı.

O başladı yaşamaga sidq üreknen həvəsnən,
Nemətleri esirgəməz oldu tanrı bu kəsdən.

Bu varlıga insan dedi,ən zirvədə saxladi,
Səbri böyük seyr ederek,insanlıgı yoxladı.

Saglam həyat,aydın idrak,təmiz yaşam başlarkən,
Olmayaraq buna qane,yoluxdular cox erkən.

Sanki yatmış bir hiss qalxıb güclü tufan qopardı,
Tamah hissi insanlıgı bir yel kimi apardı.

Rəzilliklə hey yogrulan pislikləri o dogdu,
Alib əldən insanligi insan əlində bogdu.

Bütöv bir yol parcalandı ayrı ayrı yollara,
İnsan satdı mənliyini,satdı kagız pullara.

Pulla tamah aile qurub feth ederek cahanı,
Cevirdiler qullarına qadir, aciz insanı.

Pillelerle hey qaldırdı sərvət pullu qulunu,
Ona baxıb tez dəyişdi hörmətdə öz yolunu.

İndi artıq hörmət cibə,hörmət pullu kəslərə,
Mərhəmətdə hay verməyir ,haray deyen səslərə.

Sevgi dolu qəlblər artıq kin əlindən bezardı,
Xilas ola bilmir insan ,bu da yeni azardı.

Qanlı savaş gəldi qonaq,qəzəb atı belində,
Töküldü qan,itdi cahan,naile fəryad selində.

Gömüldükdə bir qarış torpaga möhtac bir insan,
Sıgmaz oldu kainata,şişdi nefis anbaan.

Yox deyerek haray cekdi,insan fəryad eylədi,
İcimizdə qalıb hələ əsl insan,söylədi.

Verdi sınaq bu üsyana,səbri böyük yaradan,
Tökfü qarşısına sərvət,verdi bir dolu meydan,

Kecdi zaman,kecmişini unudaraq cox asan.
Dik gəzərək ,təkəbbür selinde boguldu insan,

Köhnələrdən bezdiyini söyləyərək pisdədi,
Həyatında bir yeni yar,varlı dostlar istedi.

Azaldı insanlıq,artdı şöhrət,artdı sərvət,var,
Özünü kənardan efsus görməz oldu ixtiyar.

Bax bu da sonn..teesüf dostum ama bu bir həqiqət,
Pulla, şöhrət her insanı dəyişdirər nəhayət.

***
Hava tutqun, səma dolu bir səhəng,
Təbiət yam-yaşıl, güllər rəngarəng.
Gözləyirlər yağan yağışı fəqət,
Şimşək çaxır, yağış yağır nəhayət.
Hərdən yağır narın, hərdən yağır gur,
Təbiət hüsnünü sevincək yuyur.
Billur damcılarla titrək ləçəklər,
Sanki rəqs eyləyir, güllər çiçəklər.
Aləmi-xak aşiq olur yağışa
Təbiət mənzərə, aləm tamaşa.
Sanki bir cənnətdə yaşanır həyat.
Gözəlliyə valeh olur kainat.

***
Bir qərib zamanla üzləşir bəşər.
Dünya öz donunu incədən geyir.
İncələn duygular, açılan qəlblər,
Tökülən anılar sanki dil deyir.

Yaraşıqlı bir gənc baxır yağışa.
Sevən qəlbi kükrəyir, gəlir cuşa.
Eşq dastanı yazmaq istəyir bu dəm.
Bir ad seçir, yağış sevgilim və mən.
Həyatımın sevgi payı, istədim.
Olasan yanımda həmən indi sən.
Mən damcısı öpüş olan bir yağış,
Olasan yam-yaşıl çəmən indi sən.
Gizli-gizli öpüm-oxşayım səni,
Nəfəsimdən hey cücərsin səməni.
Gəl səninlə gözəl bir həyat seçək,
Sevgi rəmzi olaq, əsrlər keçək.
Pıçıldasın hər bir sevən-sevilən.
Məhəbbət yağışı və yaşıl çəmən.
Ya mən olum yağış, sənsə asiman.
Ruhumuz yaşasın keçdikcə zaman.
Ən yaxşısı olum bəni-ixtiyar,
Sənsə hüsnü gözəl bir sevimli yar.
Bir ömür yaşayaq xoşbəxt, firəvan.
Olmasın heç zaman amansız hicran.
İlham pərisini burda itirir,
Gülümsəyib dastanını bitirir

Bir başqası baxır, yağan yağışa,
Keçdiyi yollara bir nəzər salır.
Ömrünün qatarı adlayır qışa.
Ah çəkir ürəkdən, xəyala dalır
Kaş ki, bütün keçmişimi qaytarıb,
Tanrıdan çox səadəti dilərdim.
Ömrümün yoluna ən başdan varıb,
Bir tək xoşbəxt sözü yaza bilərdim.
Ruhumu isidən kiçik bir işıq,
Taleyimdə bunun yeri cox imiş.
İstəməzdim dövlət, şöhrət, yaraşıq,
Faydası bunların cünki, yox imiş.
Bütün bunlar boş xəyaldı dalırsan,
Eh köhnə dost! Sonda tənha qalırsan.
Ağladıb qəlbimi bayaqdan mənə,
Qəmli notlarınla mahnı calırsan.
Sən ey yağış! Bəsdi incitmə məni,
Üşüdürsən tənha, yalqız qəlbimi.
Büzüşüb yağışa əlacsız baxır,
Yağışsa hey yağır, aramsız yağır.

Yağış yağır, nəğmə deyir, astaca,
Baxır bir ağsaqqal, nurani qoca.
Pıçıldayır yağ ey ruzi-bərəkət.
Yağ ey sərvəti-şah, ən ulu nemət.
Torpağın canı sən, ürəyi sənsən.
Abi-zindəganı, gərəyi sənsən,
Yağ ki, cana gəlsin qurumuş çöllər.
Dolsun nemətindən çeşmələr, göllər.
Güllü-xəndan olsun bu kövnü- məkan,
Doysun nicatından aləmi-imkan.
Yağ ey abu-kövsər, ruzi bərəkət,
Yağ ey sərvəti-şah, ən ulu nemət.
Sanki səma bu müdrikin səsindən,
Tökdü leysan, aldı güc nəfəsindən.

Boşalan buludlar sayrışır, axır,
Aynaya söykənib bir gözəl baxır.
Sinəsində kədər-nisgil sancısı,
Ürəyində sevgi, həsrət acısı.
Adətiylə ailə qurubdur, bu qız,
Ətrafında hər kəs, ruhusa yalqız.
Görsədir özünü məsud hər zaman,
Yorulub çox, tükənmiş bu durumdan.
Sevgisini qüruruna yem etdi.
Etdiyi səhv həyatını kəm etdi.
İztirablı qara gözlər nəmlidi.
O güləndə gülüşüdə qəmlidi.
Büzüşüb yağışa əlacsız baxır,
Yağışsa hey yağır, aramsız yağır.

Bir kitabdı, yazsam onlardan yenə,
Lakin, artıq son söz yetişdi mənə.
Mənsə deyim nə vaxt yağsa göydən nur,
Dünya şərdən ahu-zardan yuyunur.
Yağışdan sonrakı o parlaq ayna,
Hədsiz hüzur verir insan ruhuna.
Min bir ətirə bədəl ecazkar qoxu,
Şəfa kimi nəfəs alır bir çoxu.
İnsan oğlu! Özəl gündür ömürdən,
Abid eylə, dilək dilə könüldən.
Çünki, həmdə yağar yerə mələklər,
Tanrı duyar, hasil olar diləklər.
Yağ ey sərvəti- şah, ən ulu nemət,
Yağ ey abu-kövsər, ruzi bərəkət.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: