HUMAY FƏRYAZQIZI (1984) Ədəbiyyat » Poeziya 13 октября 2024 559 0 1 2 3 4 5 Həmidova Humay Fəryaz qızı - 1984-cü ildə Qəbələ rayonunun Həmzəli kəndində anadan olub. 1990-cı ildə Həmzəli kənd tam orta məktəbinin 1-ci sinfinə gedib, 2001-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2002-ci ildə Baki Dövlət Univer-sitetinin Fizika fakültəsinə daxil olub, 4 il sonra universiteti bitirərək, Qəbələ rayonunun Nic qəsəbəsində orta məktəbdə fizika müəllimi kimi fəaliyyətə başlayıb. Hazırda Agcabədi rayonunun Kürdlər kənd tam orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətini davam etdirir. Ailəlidir. İki övladı var.Humay Fəryazqızı fizika müəllimi olsa da, ədəbiyyata həmişə çox böyük həvəs göstərmişdir. Uşaq yaşlarından riyaziyyat müəllimi olan atası Fəryaz Həmidovun şeir ve hekayələrini həvəslə oxumuş, özü də gizli-gizli "cızma qara"lar etmişdir. Şeirləri "Qəbələnin səsi", "Lacın yurdu" kitablarında, bir sıra qəzet və jurnallarda dərc olunmuşdur.Biz də Humay xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.Az SƏNDƏN MƏNƏAyrılıq bəxş edən qorxularım var,Yenə itirəcəm, qorxularım var.Mənim səni sevən yuxularım var,Gəl, məni tək qoyma yuxularımda.Mən belə deyildim səndən öncələr,Qorxuram üzülər, bütün incələr.Gəlməsən çətin ki, yuxum dincələr,Gəl, məni tək qoyma yuxularımda.Mələksən can qatdın canımda cana,Yürüyə bilməzsən bundan o yana.Şeytan da mələkdi, çevril şeytana,Gəl, məni tək qoyma yuxularımda.Ömrüm payızında yazım kimi gəl,Bir ömür çəkərəm, nazım kimi gəl."Sevgilim" kimi gəl, "qızım" kimi gəl,Gəl, məni tək qoyma yuxularımda.Günəşdən od payı olmusan mənə,Aşiq deyiləm ki, vurğunam sənə.Adını söyləyib yatıram yenə,Gəl, məni tək qoyma yuxularımda. ***Yenə də ellərə payız gələndə,İtirdim sevgimi dumanda, çəndə.Bilsin bütün dünya, bu gündən mən də,Tərk olananların sırasındayam.Qəmli bir kamanam, qəmdən dinmişəm,Gizli alışmışam, gizli sönmüşəm.Həsrətdən bir damla yaşa dönmüşəm,Ağlayan gözlərin qarşısındayam.Dərdimi eşitsə yanar könüllər,Ömrümdən bir ömür qopardı illər.Qəlbimdə qarışıq düşüb fəsillər,Qış ilə baharın aradındayam.Ay özləm, dünyanın qəzəbi kimi,Bir dəfə də yalnız qoymadı səni.Qəlbimin həsrəti azdırıb məni,Bilmirəm dünyanın harasındayam.***Nə zaman ki, xəyalıma gəlirsən,Mənim üçün təkrar-təkrar o ölür.Gözümdən axanı yaşmı bilirsən,Nifrətdi süzülür yanaqlarıma.Çiçəkli baharım qışa çevrilib,Qəlbim qəzəbindən daşa çevrilib.Ölən arzulardı, yasa çevrilib,Birbəbir düzülür yanaqlarıma.Qəlbimin əzabı, çiynimin yükü,Nifrətdi, həsrətdi sevgi deyilki,Yağış çilənəndə üzünə bil ki,Göylərdi üzülür yanaqlarıma.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.