ELDƏNİZ YUSUBOV (1991)

ELDƏNİZ YUSUBOV (1991) Həkim gözəl Allahın gözəl adlarından biridir.
El arasında belə də deyirlər: “Həkim yarım Allahdır!..” Yəni yaradılmışa yeni ömür, ikinci həyat bəxş edə bilir.
Diş isə gözəl təbəssüm, dolğun sima, tam sağlamlıq deməkdir.
Diş sağlam orqanizmin bir mənalı təminatçısıdır.
İnsanda ən yaxşı, ən rahat diş ağrısıdır.
Yəni dişin ağrıyarsa, gedirsən stomatoloqun qəbuluna, çəkdirirsən ağrıdan azad olursan.
Allah hər birinə gözəl ömür nəsib etsin.
Belə həkimlərimizdən biri də Eldəniz Yusubovdur.


Yusubov Eldəniz Məmməd oğlu – 04 mart 1991-ci ildə Altay diyarının Bıstroistokski rayonunun Novopokrovka kəndində anadan olub.
2008-ci ildə Kursk şəhərindəki 52 nömrəli orta məktəbi bitirib. Elə həmin ildə də Kursk Dövlət Tibb Universitetinə, Stomatologiya fakültəsinə daxil olub. 2013-cü ildə universiteti bitirib, 2014-cü ildə rezidenturaya daxil olub, ümumi həkim-stomatoloq ixtisası alıb.
2015-ci ildə Krasnoyarsk Dövlət Tibb Universitetində uşaq stomatoloqu - diş həkimi kimi ixtisaslaşıb.
Altı il İdra rayon xəstəxanasında çalışıb, poliklinikaya müdir təyin olunub.
2020-ci ildə “Ədalətli Rusiya” partiyasından deputat seçilib. 2020-ci ildə o, Krasnoyarsk diyarında “İlin həkimi” seçilib.
2021-ci ildə Novosibirsk Tibb Universitetində stomatoloq cərrah ixtisasına yiyələnib.
Hazırda Kursk 6 saylı Dövlət Xəstəxanasının Regional Büdcə Səhiyyə Müəssisəsində
Hazırda Kursk Dövlət Xəstəxanasının 6 nömrəli Regional Büdcə Səhiyyə Müəssisəsində stomatoloji-cərrah və uşaq stomatoloqu vəzifəsində çalışır.
Eldəniz Yusubov həm də gözəl ailə başçısıdır.
Ömür-gün yoldaşı Elzida xanımla birlikdə üç övlad - Əli adlı bir oğul, Aliyə və Amelya adlı iki gözəl qız böyüdürlər.

Biz də Yusubov Eldəniz Məmməd oğluna şərəfli fəaliyyətində yeni-yeni uğurlar, gözəl ailəsinə isə səadət arzulayırıq!..

Sevgül SƏFƏRLİ,
“Borçalı” qəzetinin və
“Borcali.org” saytının
Baş redaktor müavini


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: