Həkim lor-cərrah Şakir QUVALOV Səhiyyə, Bolus 12 октября 2024 948 Şakir İslam oglu Quvalov - 15 may 1962-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Kəpənəkçi kəndində dünyaya göz açıb.1984-cü ildə Tibb Universitetinin Müalicə profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirib.1985-ci ildə internaturanı E.Əfəndiyev adına 2 nömrəli xəstəxananın cərrahiyyə kaderasında ümumi cərrahiyyə üzrə keçib.1986-1991-ci illərdə Gürcüstan Respublikasında Tbilisi şəhərində ve Dumanisi rayon mərkəzi xəstəxanasında Lor cərrah işləyib.1987-ci ildə Lor üzrə ixtisaslaşmanı Akademik C.N. Xeçinaşvilinin klinikasında keçerek Lor üzrə sertifikat alıb.1991-1993-cü illərdə Azərbaycan Tibb Universitetinin otorinolorinqologiya kafedrasında kliniki ordinator olub.1993-cü ildən sonra həmin kafedranın assisenti, tədris hissə müdiri işləyib. 2003-cü ildən Tibb Elmlər Namizədidir. 3 dəfə Milan, Roma, Münxen, Antalya və Ankara şəhərlərində rinoplastika üzrə kurslarda və konfranslarda olmuş sertifikatlar və diplomlar almışdır.Hal-hazırda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında tədris hissə müdiridir və o, eyni zamanda "Medikaı Hospital"da da çalışır.Biz də hörmətli Şakir həkimə şərəfli işində uğurlar arzulayırıq!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.