Babək Rəcəbli: DUYĞULAR Digər » Təbriklər 27 ноября 2024 395 60 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Babək Musaxan oğlu Rəcəbli - 28 noyabr 1989-cu ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dünyaya gəlib. O, orta təhsilini 2008-ci ildə bitirib elə həmin il Lənkəran Dövlət Universitetinin Biologiya müəllimliyi ixtisasına qəbul olub. Babək Rəcəbli müəllim adının dəyərini yüksəkdə tutub təhsil sahəsində daim çalışan və uğurlu fəaliyyət göstərən dəyərli həmkarımızdır. O, hazırda təhsil meneceri kimi fəaliyyət göstərir və eyni zamanda təsisçisi və rəhbəri olduğu "Aznam Akademy"də elm və təhsil sahəsində uğurlu nəticələr əldə etmək baxımından yorulmadan çalışır .Babək Rəcəbli ara-sıra duyğularını şeiriyyatın dili ilə ifadə edir.Biz də Babək müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona fəaliyyətində uğurlar, müvəffəqiyyətlər arzu edirik.Ramilə ƏLİYEVA,ZiM.Az***Yox olan arzuya salanda nəzər, Fikirlər dünyanı dolanıb gəzər.Bəlkə də məqamı anlamamışıq,Arzunu dillərdə etmişik əzbər.Duyğular ürəyin nişanəsidir,Hər ürək duyğunun öz yiyəsidir.Sevgi aşiqinlə bir yerdə doğur,Həsrətin acısı daha bəsindir.Gəncliyim nə zaman bitti bilmədim,Əlimdən imkanım getti bilmədim,Gözlərim yollardan asılı qaldı,Nəfəsim gəldimi getti bilmədim. Babək Rəcəbli,22.11.2023 ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.