QURBAN MƏMMƏDOV (1933-1954) Başkeçid, UNUTSAQ, UNUDULARIQ!.... 23 октября 2024 954 0 1 2 3 4 5 Məmmədov Qurban Hüseyn oğlu - 1933-cü ildə qədim Borçalı mahalının Başkeçid elində, indiki Gürcüstanın Dmanisi rayonunun Səfərli kəndində dünyaya gəlmişdir. Yeddillik təhsilini doğma Şəfərlidə almışdır. O, məktəbin yaxşı oxuyan, aktiv, tərbiyəli şagirdlərdən biri olub. Ali təhsil arzusu üç il onu Səfərlidən Hamamlıya piyada yol gedib-gəlməyə həvəsləndirib. Orta təhsilini Hamamlı kəndində başa vurub. O vaxt Bakıda oxumaq çətin idi. Hər yaxşı oxuyan Bakıya gələ bilmirdi. Xalqın maddi imkanı çatmırdı ki, əlaçı oxuyan övladını Bakıya göndərə bilsin. Qurbanın atası Hüseyn baba isə o dövrün imkanlı kişilərindən biri idi. Böyük miqdarda arısı-arıxanası varıydı. Kənd təsərrüfatına aid olan nələr vardısa hamısını qurub-yaratmışdı. Ona görə də, hələ o zaman Hüseyn babanın iki mərtəbəli, qoşa eyvanlı, bağlı-bağçalı, çox qəşəng həyət-bacası, səliqə-səhmanlı çox gözəl bir evi vardı. İmkanı olduğu üçün oğlu Qurbanın Bakıda oxumaq istəyi Hüseyn babanı sevindirir. Varlı-hallı ata oğlunu can-başla, böyük şadyanalıqla Bakıya yola salır. Sevinc içində Bakıya gələn Qurban 1952-ci də ali məktəbə qəbul olur. Seçdiyi ixtisasa yiyələnmək üçün İnstitutun Bədən tərbiyəsi fakultəsində oxuyur.Bacısı Lala xanımın söylədikləri:-Bacıları ölmüşün çox incə və gözəl səsi varıydı. Evimiz xəlvət olanda içəridə oxuduğunu və zümzüməsini eşidirdik. Utancaq idi. Bizim yanımızda oxumurdu. Evdə elə şərait yaradırdıq ki, təklənib oxuya bilsin. Biz də evin künc-bucağında gizlənib onu dinləyirdik. Ürəyinə mahnı oxumaq düşəndə atı minib kənddən uzaqlaşırdı. Dağların, çöllərin qoynuna çəkilib oxuyurdu. Eşidənlər, görənlər gəlib bizə xəbər verirdilər: -Allah, Allah Qurbanın nə gözəl səsi varmış, heç "iradyodakılar" onun kimi oxumur.Ramiz Kazımın söylədikləri:-Qurban kəndimizin ilk həm də əyani oxuyan tələbəsi idi. O, Bədən tərbiyəsi ixtisasına yiyələnməklə bərabər, həm də institutun nəzdindəki musiqi ansamblının fəal üzvü olub. Çox arzulu, çox güclü və gözəl simalı Qurban Hüseynov növbəti yay tətilindən Bakıya qayıdandan sonra 1954-cü ildə qəflətən Bakıda vəfat edib. Xəstəliyinin səbəbi də bilinmir. Atası Hüseyn baba onun adını əbədiləşdirmək üçün kəndin yuxarı məhləsinə çöllərdən bulaq çəkdirib, Qurbanın əmisi Kazım babanın yaxşı səsi vardı, özü də yaxşı saz çalırdı. Qurbanın vəfatından sonra əmisi səsini içində gizlədib, sazını da divardan asıb, bir daha nə oxumayıb, nə də saz çalmayıb.Rəhmətlik Qiyas müəllimin xatirəsinə əsasən:-Qurbanın vəfatından 15-20 il sonra onun bir tələbə yoldaşı ilə rastlaşır. Həmin adam Qiyas müəllimə söyləyib ki, Qurban çox yaraşıqlı cavan idi. İnstitutda hamı onu Yusuf (həzrəti) deyə çağırırdı.-Aydın müəllimin xatirəsindən:-Qurban elə birinci kursdan öz ixtisasından əlavə institutun musiqi ansamblında fəaliyyət göstərirdi. Gözəl səsi var idi, əla oxuyurdu.Zahid müəllimin söylədikləri:-Mən I sinfə gedəndə ilk gün idi. Qurban bizim sinfə gəldi. Bütün uşaqlarla maraqlandı. Bizə baxıb gülümsəyirdi. Sonra gəlib mənim başımı sığalladı, sən nə gözəl uşaqsan, bax dərslərini də yaxşı oxuyarsan, - dedi. Onun özü çox gözəl insan idi. Bəlkə də, biz tərəflərdə elə gözəl insan yoxuydu. Onu görənlərin hamısı, onu gözəl adam və gözəl xarakterli insan kimi xatırlayır.Bəli! Həyat ağrılı-acılı, şirinli-yalanlı bir nağıl imiş, sən demə. Nağılçılar öz söyləyəcəklərinə “Biri varıydı, biri yoxuydu...” deyərək başlayırdılar. Əslində doğru həqiqətlərə şirinlik əlavə edərək nağıl kimi söyləyirmişlər. Uşaq ikən dinlədiyimiz nağılları sona qədər dinləyərdik, elə bilərdik bu dəfə həqiqətən göydən almalar düşəcək. Həyat bəzən elə qəddarlaşır ki, insan öz ömür pilləsinə yüksəlmək istərkən nağıllardan fərqli olaraq Göydən alma düşmək əvəzinə Göylərdən onun ulduzu düşür, ömür bitir, arzusu yarım qalır, həyat nağılı başlamamış sona yetir, dörd bacının tək qardaşı gözəlliyinin qurbanı olan Qurban kimi. Allah rəhmət etsin.P. S.: “Borçalı” nəşriyyatının bir gözəl devizi var: "Unutsaq, unudularıq!". Biz də sizi unutmadıq, xatırladıq, Qurban dayı! Xatırladıq ki, Səfərli kəndində sizin kimi gözəl insan, ilk tələbə adını daşıyan, ilk əyani ali təhsil alan gənc Qurbanı var imiş.Sevgül SƏFƏRLİ,“Borçalı” nəşriyyatınınBaş redaktor müaviniZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.