Rəşad QUVALOV: "Əsil həkimlik Allah vergisidir..." Səhiyyə, "Şərqin səsi", Bolus 12 октября 2024 850 Rəşad Şakir oğlu Quvalov - 1985-ci il sentyabrın 15-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Kəpənəkçi kəndində həkim ailəsində anadan olmuşdur. Orta təhsilini Bakıda almışdır. 9-cu sinifə kimi 146 saylı orta məktəbdə, 9-11-ci sinifləri isə kimya biologiya təmayüllü Respublika liseyində oxumuşdur. 2002-ci ildə ATU-nin pediatriya fakultəsinə qəbul olmuş və 2008-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.2008-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Otorinolariqologiya bölməsində İnternatura keçmişdir.2009-2014-cü illərdə Türkiyənin Samsun şəhərində 19 Mayıs Universitetinin tibb fakultəsinin qulaq-burun-boğaz və baş-boyun cərrahiyyəsi kafedrasında uzmanlıq təhsili almışdır.2014-cü ildə vətənə qayıtmış və ATU-nin Tədris cərrahiyyə korpusunda işləməyə başlamışdır. 2015-2016-cı illərdə City Hospitalda, 2016-2018 Grand (EGE) Hospitalda, 2018-2022-ci illərdə Mərkəzi Klinikada, 09/2022-10/2022-ci ildə Yeni Klinikada çalışmışdır.Uzman-həkim Rəşad Quvalov 2022-ci ildən fəaliyyətini Liv Bona Dea Hospitalda şərəf və ləyaqətlə davam etdirir.Aşağıda Rəşad Quvalovla "Şərqin səsi" qəzetində dərc olunmuş kiçik müsahibəmizi dəyərli oxucularımıza təqdim edirik. Rəşad Quvalov: "ƏSİL HƏKİMLİK ALLAH VERGİSİDİR..."“Həkimlik peşəsi öz xalqına, öz sənətinə yüksək sədaqət tələb edən bir işdir.”HEYDƏR ƏLİYEV."Ümummilli liderimiz həkimlik haqqında söylədiklərindən ilham alaraq deməliyəm ki, həkimlik bir insan üçün ömür boyu öyrənməyi, yenilənməyi daim müasir fikirlər,çarələr axdarmağı tələb edən bir peşədir.Eyni zamanda fədakarlıq tələb etdiyi halda səhvi bağışlamayacaq qədər həssas olan bir sahədir.Tibb Universitetini bitirən hər kəs həkimlik diplomunu alır. Amma əsl həkimlik teoriya-nəzəriyyə deyil, o Allah vergisidir. Əsas iş bacarıqdadır, təcrübədədir. Mən işimi bu əllərimlə görürəm. Bu bir istedaddır." - Bu sözlərin müəllifi bu gün haqqında yazacağım burun-qulaq-boğaz (lor) üzrə ixdisaslaşmış gənc uzman həkim Rəşad Quvalovdur. Buna görə də o, peşəsini bacarığının sayəsində qazandığını xüsusilə vurğulayır və bildirir ki, nəzəriyyəyə yox, təcrübəyə əsaslanan, güvənən həkimdir.Rəşad Quvalov qədim Borçalı mahalında - indiki Gürcüsta-nın Bolnisi rayonundakı Kəpənəkçi kəndində həkim ailəsində anadan olmuşdur. Mütləq qeyd etməliyik ki, onun doğulduğu (kənd) Kəpənəkçi kəndi elmə, təhsilə, ədəbiyyata töhvə verən şəxslər yetişdirmişdir. Bunlardan Azərbaycanın Xalq şairi Zəlimxan Yaqub, Azərbaycanın Əməkdar İncəsənət xadimi, tanın-mış ictimai xadim və tele-jurnalist, İTv-nin yaradıcısı və ilk Baş direktoru, sabiq Millət vəkili İsmayıl Ömərov, tanınmış şair, diplomat Abbas Abdulla, tanınmış dövlət qulluqçusu və maarif xadim Məhəbbət Qarabağlı, iki dəfə Gürcüstan Parlamentinin deputatı seçilmiş Ramiz Bəkirov, tanınmış şair və qabaqcıl təhsil işçisi Ziyadxan Budaq və b. bu kimi ziyalıların adını çəkməyi özümüzə borc bilirik.Bu kəndin yetişdirdiyi şəxslərdən biri də Rəşad Quvalovun atası həkim Şakir Quvalovdur. O, dövrümüzün savadlı burun-qulaq-boğaz həkimlərindən biridir və bu sahə üzrə bacarıqlı cərrahdır. Elə buna görə də estetik rinoplastika üzrə Milanda, Romada, Antalyada sertifikatlar alıb və burun-qulaq-boğaz üzrə 30-a yaxın məqalənin müəllifidir. Hal-hazırda ATU-nin qulaq-burun-boğaz üzrə kafedrasında tədris-hissə müdiri və dosenti işləyir.Göründüyü kimi həsöhbətimiz uzman həkim Rəşad Quvalov bacarıqlı atanın yolu ilə gedən övladdır. O, öz peşəsini hələ gənc yaşlarından öyrənməyə başlamışdır. Belə ki, atası keçirdiyi burun-qulaq-boğaz əməliyyatlarında oğlu Rəşadı da köməkçi kimi götürərdi. Bu da ona gələcəkdə bu sahə üzrə bacarıqlı cərrah olmağa yardımçı olub.Rəşad Quvalov aşağıdakı sahələr üzrə uzmanlıq diplomu almışdır.-timponoplastika, -mastoidektomiya, -stapetektomiya (qulaq əməliyyatları), -koklyarimplantasiya (eşitmənin bərpası), -rinop-lastika, -FESS (funksional endoskopik sinus cərrahiyyəsi), -ti-roidektomiya (zob əməliyyəti), -loringentomiya (qırtlaqdaxili əməliyyatlar).Şəxsi həyatına gəldikdə isə evlidir və 3 övladı var. Həyat yoldaşı da həkimdir.Uzman-həkim Rəşad Quvalov Türkiyədə uzmanlıq təhsili aldığı dövrdə dissertasiya müdafiə edib. Onun bir çox jurnallarda dissertasiya məqalələri dərc olunmuşdur. Onlardan “The journal of Inernational advanced otology” adlı amerikan jurnalını misal göstərmək olar.Yaxşı bir həkim ola bilmənin əsas şərti öz sahəsində elmli, bilikli olmaqdan başqa, həmçinin deoktoloji (tibb əxlaqı və etik qaydaları) dəyərlərə sahib olmaq və insani dəyərlər daşımaqdır. Çünki əxlaqi dəyərlərə sahib olmayan bir insan heç bir zaman yaxşı həkim ola bilməyəcəkdir. Biz bu cür əxlaqı və və insanlığı həmsöhbətimiz Rəşad Quvalovda gördük. Belə ki, biz ondan xəstələrə tətbiq edilən müalicə metodları haqqında soruşarkən o, bizə belə cavab verdi: - Həkim şərəfli peşədir. Bu peşəni heç bir pula satmaq olmaz. Ona görə də mən xəstəyə sadədən başlayıb mürəkkəbə doğru müalicə sistemi tətbiq edirəm və vicdanımı dərmanlardan (firmalardan) mənə gələcək pula satmıram.Biz həkim Şakir Quvalova "Oğlunuzu peşənizin layiqli da-vamçısı kimi görürsünüzmü?" - sualını verəndə cavabında “Bəli görürəm və arzu edirem ki, oğlum mənə görə yox savadına görə tanınsın” - dedi. Biz də öz növbəmizdə demək istəyirik ki, bəli, uzman həkim Rəşad Quvalov öz sahəsində mütləq bacarığına görə tanınacaq. Çünki o öz peşəsinin şərəfini qoruyan və insanlığı əsas tutan bir həkimdir.Sonda məhşur cərrah S.Kolinin sözlərini yada salmaq istəyirik. O deyirdi ki, “Əgər həkimin işığı başqasının, üstünə düşmürsə özünün sönməsi yaxşıdır”.Biz də bu fikirləri həmsöhbətimiz uzman həkim Rəşad Quvalovda gördük və çox sevindik ki, Azərbaycanda pulu deyil, insanların sağlamlığının qorunmasını əsas tutan gənc həkimlərimiz var.Müşfiq BORÇALI,ZiM.Az,"Şərqin səsi" qəzeti.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.