"NUR OCAĞI"NIN NURLU YOLUNUN 3 İLLİK HESABATI... "NUR OCAĞI", QHT 28 сентября 2024 2282 80 1 2 3 4 5 NURLU İNSAN-LARIN SABAHA DOĞRU İNAMLI ADDIMLARI...Ədəbi mühitin hər dövr üçün öz tələb və təklifləri var. Və bu da son dövrlər ictimai mühitdə çoxsaylı vatsap qrupları, ədəbi məclislər, ictimai birliklər şəklində öz təzahürünü tapır.“Nur ocağı” 3 il bundan öncə Sehran Süleymanovanın təşəbbüsü ilə vatsap qrupu şəklində fəaliyyətə başlayan və sonra ədəbi məclis şəklində fəaliyyətinə davam edən, uğurlara imza atan istedadlı insanların birliyidir. Məclisin 3 illik fəaliyyətinə nəzər salsaq, görə bilərik ki, məclis hər zaman öz üzərində işləməyi bacaran, irad və təklifləri tam səmimiyyət ilə qəbul edən, öyrənən və öyrədən yaradıcı insanları bir araya gətirib. Bu da çox müsbət və təqdirəlayiq haldır. Çünki öyrənmək və öyrətmək uğurlu nəticənin göstəricisidir. “Nur ocağı” ədəbi məclisi 8 sentyabr 2024-cü ildə Bakı şəhərində “Borçalı cəmiyyəti”nin ofisində 3 illik fəaliyyətin hesabatı yönümlü və eyni zamanda da üçüncü antologiya kitabının təqdimatı münasibətilə gözəl bir tədbir keçirdi. Tədbirə məclis üzvləri və bir çox dəyərli qonaqlar dəvət olunmuşdu. Tədbiri giriş sözü ilə ədəbi məclisin yaradıcısı və rəhbəri Sehran xanım Süleymanova açaraq hər kəsi salamladı və “Nur ocağı" ədəbi məclisinin yaranması və məclisin fəaliyyət proqramı haqqında öz fikir və düşüncələrini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Tədbirdə məclisin yarandığı gündən məclisdə fəaliyyət göstərən öz köməyini heç kəsdən əsirgəməyən dəyərli söz sahibi Aslan Şırəlioğlunun xatirəsi yad edildi və nəvəsinin tədbirdə iştirakı da bu baxımdan Aslan müəllimin xatirəsinə olan hörmət və ehtiramın göstəricisi idi.Sehran Süleymanova öz çıxışında bir çox əhəmiyyətli mövzulara toxunaraq çıxışını tamamladı və tədbiri idarə etmək üçün sözü Rövşən Xaləddinoğluna verdi. Rövşən müəllim gələn qonaqları və məclis üzvlərini salamlayıb fikir və düşüncələrini bildirməsi üçün hər kəsə söz verdi. Çay süfrəsi arxasında səmimi söhbətə çevrilən tədbir “Nur ocağı” ədəbi-bədii məclisinin həm 3 illik hesabatı, həm də gələcək işlərlə bağlı tədbirlər planını özündə əhatə edirdi. Gələn qonaqlar hər biri bu yönümdə “Nur ocağı” məclisinə öz məsləhət və tövsiyələrini verdilər və məclisin fəaliyyəti yönündə bütün məclis üzvlərinə uğurlar dilədilər.Tədbir iştirakçıları “Nur ocağı” ədəbi məclisinin antalogiya kitablarının işıq üzü görməsində göstərdiyi dəstəyə görə dəyərli ziyalımız və bütün yaradıcı insanların dostu Müşfiq Borçalıya və "Borçalı "nəşriyyatının bütün əməkdaşlarına öz təşəkkürlərini bildirib kitabla bağlı öz məsləhət və tövsiyyələrini bildirdilər.Məclis milli-mənəvi dəyərlərimizin qorunması yönümlü söhbətlərlə davam etdi və sonda Rövşən müəllim tədbirə gələn insanlara öz təşəkkürünü bildirib məclis üzvlərinə bir daha uğurlar dilədi.Tədbirdə “Nur ocağın”ın sevincinə qoşulan dəyərli söz adamları, ziyalı insanlar vardı. Gələn qonaqların arasında “Borçalı cəmiyyəti” İdarə Heyətinin üzvü Eldar Məmmədli, "Qızıl Qələm" Media Mükafatı laureatı, jurnalist-publisist, üç kitab müəllifi Adilə Qocayeva, Ağsaqqallar şurasının üzvü Zülfiyyə xanım, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri hüquqşünas Mehriban Abdullayeva və Demokratik Cəmiyyət, Qadın və Uşaq Hüquqları Cəmiyyəti İctimai Birliyinin sədr müavini Fəridə Haqverdiyeva "Sarı Aşıq"ədəbi məclisinin rəhbəri Adil Çəfakeş, "Haqq ədalət yolu,Türk dünyası" İctimai birliyinin sədri, Qazi Şəhid və Hərbiçi ailələrinin daim yanında olan xeyriyyəçi xanım Şükufə Qarabağlı, Azman Təlim-Tədris Mərkəzi təsisçisi və rəhbəri Babək Rəcəbli, Moskva Şəhəri Azərbaycanlıların Milli Mədəni Muxtariyyatının nəzdindəki Moskva Qadınlar Birliyinin rəhbəri Leyla Fərəcova, Aşıq Pəri məclisinin üzvü, şairə yazar Nəcibə Cabbarova, “Borçalı cəmiyyəti”nin ofis rəhbəri, şairə-yazar Səadət Novruzqızı, "Telli Sənəm" jurnalının yaradıcısı və təsisçisi, 24 kitab müəllifi şairə xanım Telli Sənəm Borçalı və bir çox dəyərli insanlar vardı. “Nur ocağı” ədəbi məclisinin yaranması və məclisdə olan yaradıcı insanların yaradıcılığının təhlili baxımından 3 illik fəaliyyət dövrünə qısaca nəzər salsaq, görürük ki, məclisin yaranmasında xidmət göstərən, bilik və bacarıqlarını bu istiqamətdə əsirgəməyən məclisin təəssübkeşi olan bir çox insanlar vardır. Məclisin yarandığı gündən Sehran Süleymanovanın yanında olan və təəssüflər olsun ki, yaradıcılığının kamillik dövründə haqq dünyasına qovuşmuş Aslan Şırəlioğlu hər bir məclis üzvü üçün əziz və doğma xatirəyə çevrilib. Məclisin yaradıcılarından olan və onu öz zəngin yaradıcılığı ilə daha da gözəlləşdirən, qoşmanın mahir bilicisi adlandırdığımız, məclisə ayırdığı diqqət və məsuliyyəti ilə hər zaman hər kəsdən seçilən, dəyərli söz adamı Cümşüd Əli, qürbətdə olub qəlbində dünya boyda Vətən sevgisi daşıyan, öz istedadı, bilik və bacarığı ilə məclisin bütün işlərinin fəal iştirakçısına çevrilən, Sehran müəllimə nin "Havam-suyum" deyə əzizlədiyi Həvva Nazim, dəyərli vətənsevər, öz duyğu-düşüncələrinin insanı, vaxt tapdıqca məclisin paylaşımlarında fəal iştirak edən Qurban Süleymanov, o taylı Azərbaycanımızda yaşayan, klassik söz xəzinəsindən lazımınca bəhrələnən və dahi qəzəlxanların yaradıcı ruhunu özündə daşıyan, klassiklərimizin layiqli davamçısı adlandıra biləcəyimiz ustad qəzəlxan Mir Əsgər Mousəvi məclisin inkişafında əməyi olan yaradıcı insanlardandır. Məclisin yaranmasından qısa bir müddət sonra İladi Öməroğlu, Rövşən Xaləddinoğlu, Qulu Xaləddinoğlu, Səadət Buta, Səringül Sadə, Hənifə Şəbnəm kimi dəyərli söz adamlarının məclisə gəlişi məclisin fəaliyyətinə daha da gözəllik qatıb Gürcüstandakı Azərbaycan ədəbi məktəbinin abu-havasını məclisə gətirdi. Bu dəyərli söz adamlarının hər birinin yaradıcı fikirləri məclis üçün xüsusi dəyər və əhəmiyyət daşıyır. Hazırda məclisin 50-dən çox üzvü var. Və yaşından, ədəbi mühitdə mövqeyindən asılı olmayaraq onların hər biri özünəməxsus yaradıcı fikirlərə malik insanlardır.Məclisdə öz gözəl yaradıcı fikirləri və ürəkləri oxşayan qiraəti ilə seçilən Naxçıvan torpağından olan Sevinc Azadlı, zəngin yaradıcılığı olan Sona Amal, Xasay Yusif, Gəncəbasar zonasından olan və məclisdə ara-sıra müxtəlif səpkidə şeirləri ilə fərqlənən Rəşid Fəğan, Yusif Namazoğlu, dəyərli qələm sahibləri Mərziyyə Sarvan, Xalidə İlyasqızı, Sahibə Yusif, Tahirə Tapdıq, Agah Xaçmazlı, söz xiridarı kimi tanınan, az danışıb çox paylaşım edən Məmməd Qədir, ruhunun gözüylə hər şeyi gözəl görən, gözəl duyan Samirə Sahib, duyğularını misralara aramla düzən,öz sakit avazıyla könlünə yaxın şeirləri qiraət edən Könül İbrahimsoy, dəyərli şeirlər müəllifi Şəfəq Ələsgərqızı, özünün yaradıcı fikirlərini daim inkişaf etdirməyə çalışan və özünəməxsus qələmi olan Şəhla Əzizqızı, incə ruha, şaqraq səsə malik, tədbirlərə öz çıxışı ilə gözəllik qatan Selbi Baxış kimi söz adamları var.Məclisimizə sonradan qatılan, gəlişi ilə dağların şeir ruhunu məclisə gətirən, sözünün çəkisi və nizamı ilə fərqlənən dağların şair oğlu Müşviq Dağlaroğlunun, gözəl ürəyə və zəngin yaradıcılığa malik Şəfəq Vilayətqızı imzası ilə tanınan Şəfəq xanımın və Almaz Yusifqızının, incə ruhlu Nailə Nübar xanımın gəlişi məclisin daha da inamlı və geniş miqyasda tanınmasına imkan yaradır.Tədbirlərdə “Nur ocağı” ədəbi-bədii məclisini hər zaman layiqli təmsil etməyə çalışan Xəzər Məsimov, fiziki məhdudiyyəti olmasına baxmayaraq yaradıcı ruhu heç bir məhdudiyyət tanımayan və video tərtibat sahəsində də öz köməyini məclis üzvlərindən əsirgəməyən, gözəl şeirlər müəllifi Nailə Şahverdi və eyni zamanda video tərtibatları ilə məclis üzvlərinin daim yanında olan təvazökar insan Nəsrullah Tinayev, paylaşımlara hər zaman diqqət yetirən və həm oxucu, həm də ziyalı mövqeyindən çıxış edən Əziz müəllim, yaradıcı dünyasının pəncərəsindən baxaraq düzü düz, əyrini əyri görməyə çalışan və insanları haqqa, ədalətə səsləyən Hacı Mirsəfər Fətiyev, öz şeirləri ilə insanları islami dəyərlərə səsləyən Pünhan Səda, iki misrada belə ürəyinin duyğusunu oxucularına çatdırmağı bacaran Mayıl Məmmədli, Gədəbəyin təmiz havasından saf suyundan bəhrələnib ruhuna zənginlik qatan iki dəyərli xanımın Həqiqət Xəlilxanlı və Məhluqə Gədəbəylinin, düşünən və düşündürməyi bacaran duyğularını misralarında rahat ifadə etməyə çalışan Ramin Əhmədoğlu kimi söz adamlarının məclisdə iştirakı "Nur ocağı"-nın uğurlu gələcəyindən xəbər verir.Məclisimizə qardaş Türkiyədən qatılan bir neçə dəyərli dostlarımız da vardır ki,onlar iki qardaş dövlətin birlik və bərabərliyini layiqincə təmsil edirlər. Mehmet İnankıl, Ahmet Şahballı, Mecit Taşan kimi dostlarımızın məclisimizdə olması çox təqdirəlayiq haldır. Mehmet bey məclisin inkişafı yönümündə öz dəstək və köməkliyini heç vaxt əsirgəməyən üzvlərimizdəndir. O, eyni zamanda, "Nur ocağı" ədəbi məclisinin ictimai vatsap kanalının yaradıcısıdır. Və bu kanal “Nur ocağı”nı daha geniş miqyasda ədəbi mühitə tanıtmaq baxımından çox faydalı paylaşımlar edir.Məclisimizə yaxın günlərdə qatılan öz duyğu dünyasının qapılarını dostlarının üzünə acan, vətənpərvər şair Tofiq Həsrət, özünəməxsus qiraət və səs tembri ilə seçilən Dəniz xanım və Kamilə xanım, Ramin bəy kimi üzvlərimiz də vardır ki, onların da məclisimizdə olması yaradıcı fikir mübadiləsinin olmasında əhəmiyyətli yer tutur. Sonda, biz də, “Nur ocağı” ədəbi məclisinin yarandığı ilk gündən daim onun yanında olan, məclisin fəaliyyətinə hər zaman dəstək olmağa çalışan, məclisin ən fəal üzvlərindən biri olaraq, “Nur ocağı”na bol-bol uğurlar arzulayır, uğurlarımız axarınca olsun, dəyərli həmkarlarımız, deyirəm. Və onu da qeyd etmək istəyirəm ki, bu məclis yarananda biz hər birimiz qarşımıza məqsəd qoyduq, bütün çətinliklərə rəğmən ancaq irəli getməliyik. Yolumuzu kəsənlər oldu, inciyənlər oldu, küsənlər oldu. Məclis bu yolda təəssüflər olsun ki, bəzi dəyərli dostlarını belə itirdi. Amma heç zaman irəli getmək əzmini və iradəsini itirmədi. Qüsurlarımız oldu çalışdıq və düzəltdik, yanlışımız oldu yoluna qoyduq və heç vaxt heç bir işdə ümidsiz olmadıq. Bu qədər yaradıcı insanı bir araya toplayıb, onların hər biri ilə öz dilində danışmaq böyük ürək və peşəkarlıq tələb edir. Bu baxımdan, məclisdə yaşından, mövqeyindən asılı olmayaraq hamının “Sehran ana” deyib səslədiyi Sehran xanım Süleymanovnın əməyi danılmazdır. Biz də ona bol-bol uğurlar diləyirik. Arzu edirik ki, "Ana" adının böyüklüyünü məclisdə hər zaman qoruyub saxlaya biləsiniz, Sehran ana!..***Bir yola çıxmışıq, nurlu bir yola,Bu yolda uğurlar bizlərin ola,Hər zaman köksünüz sevinclə dola,Sözdən libas biçib geyir dostlarım,Hər sözü mənalı deyir dostlarım.Nur ocağı hər sözü mənalı deyən, öyrənən və öyrədən yaradıcı insanların məclisidir. Uğurların bol olsun, “NUR OCAĞI”!RAMİLƏ ƏLİYEVA,"NUR OCAĞI" Ədəbi Məclisinin mətbuat katibi,“Zirvə” və “Zəfər” mükafatlarıı laureatıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.