XALİDƏ HİCRAN SEYİDOVA (1954) Naxçıvan, Poeziya, Müsabiqə 20 сентября 2024 1235 100 1 2 3 4 5 Xalidə Hicran Seyidova - 29 noyabr 1954-cü ildə Naxçıvan MR Şərur rayonundakı Mahmudkənd kəndində anadan olub. Anası orta təhsilli, atası isə ali təhsilli olub. Onların elmə olan marağı ailədə bütün övladlarına, o cümlədən də, Xalidə xanıma da elmə yiyələnməkdə təsir edib. O, 1961-1971-ci illərdə orta məktəbdə, 1971-1975-ci illərdə Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbində, 1977-1982-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dölət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb. Bu illər ərzində Azərbaycanda, keçmiş Sovetlər birliyinin respublikalarında və xarici ölkələrdə, əl işləri sərgilənib. Rəssamlıq sənətinin qobolenlə, yağlı boya ilə, akvarellə, taxta üzərində və s. sahələrində özünü sınayıb. 1979-cu ildə rəssam, heykəltaraş Hicran Seyidovla ailə həyatı qurub; üç qızıları var.1980-ci ildə həyat yoldaşı Hicran Seyidovla birlikdə bütün Azərbaycanın tarixini bu günə qədər özündə əks etdirən böyük ölçülü Qobelen toxumaq qərarına gəlib. Bu çox da asan olmayıb. Uzun zaman bu arzu həyata keçmək üçün çalışıblar. 1986-ildə bu əsərin eskizi tam hazır olsa da, əsər çox böyük məsrəf tələb etdiyindən, sifarişçi tapmaqda çox çətinliklərlə üzləşiblər. Nəhayət, Sumqayıt şəhərindəki Kimya zavodu ilə müqavilə imzalanıb. Əsər zavodun mədəniyyət sarayının səhnəsində pərdə kimi asılmaq üçün sifariş edilib. 1991-ci ildə bu möhtəşəm qobolen təhvil verilib. Əsər çox böyük marağa səbəb olub. Mətbuatda, televizya və radio verilişlərində işıqlandırılıb. Ölçüsü 10x15 m olan əsərin çəkisi 600 kq-dan çoxdur. Əsər bu gün də, Sumqayıt şəhərinin mərkəsində Kimyaçıların Mədəniyyət Sarayında sərgilənir.Xalidə xanım rəssamlıqla bərabər, ədəbiyyatı da həddən çox sevir, bəzən özü də şeirlər, hekayətlər, hikmətli beytlər yazır. Həyata baxışı, baxdığı hər şeyi məntiqlə izləməsi, getdikcə onun dərin hikmətli beytlərlə süslənmiş bir neçə cild əsər yazmağına səbəb olub.Həm rəssam, həm də yazar olmağına görə atasına minnətdar olduğunu bildirir. Bir ömür yazdıqlarını zaman-zaman yeni kitablarla, oxuculara təqdim edir. Həyat yoldaşına həsr etdiyi sevgi ilə cilalanmış şeir və qəzəlləri, məsnəviləri üç cildlik “Hikmət Xəzinəsi” kitabında işıq üzü görüb. (Onu da qeyd edək ki, əsərlərinin gec nəşr olunmasının səbəbi uzun müddət vətəndən uzaqda yaşamağı olub.) “Dünyaya bir də gəlsəm yenə rəssam olardım,Qəlbimi qazıb-qazıb hikmət, şeir yazardım.” – bu sözləri özünə həyat amalı seçən, 1986-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvü olan Xalidə xanım Seyidova, 2017-ci ildə isə Azərbaycan Yazıılar Birliyinə üzv seçilib. Şeirləri “Zirvə” və “Poeziya çələngi” adlı poeziya antologiyalarında, “Zəfər”, “Vətən”, “Canım Azərbaycanım”, “Qarabağ Azərbaycandır!”, “Dəmir yumruq, polad bilək”, “Xarıbülbül”, “Turan”, “Buta”, “Ziya”, “Nəğməli könüllər”, “Şam işığı”, “İlham çeşməsi” və s. adlı ədəbi məcmuələrdə, “Şərqin səsi”, “Elm və təhsil” qəzetlərində, ZiM.Az, Zirv.info və s. internet saytlarında dərc olunub.Biz də aşağıda hörmətli Xalidə xanımın bir neçə şeirini dərc edir, ona uzun ömür, möhkəm cansağlı, şəxsi həyatında, eləcə də, bədii yaradıcılığında və rəssamlıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..ZiM.AzVƏTƏNİMDİR, VƏTƏNİMYarğanı dərindi, təpəsi uca,Çayları sərindi, dağı dağ boyca,Kəkliyi, şahini, göyləri quca,Bu nəqşi-cahandı dünyadan qoca.Düzülüb sırayla rəhgbərəng dağlar,Şahmar tək qıvrılıb çaylar və arxlar,Düşmən kəc baxarsa o torpaqlara,Haça dağ o gözə ox tək sancılar. İnsanı gah həlim, gah qaya tək sərt,Gör kimləri verdi dünyaya şöhrət.Könülləri zərif çin ipəyi tək,Başları ucadı Arğı dağı tək.Mən də bu diyarın bir fidan qızı,Baharı gözləyib, gəlib payızı. Oğulları igid, qızı şərəfli,Bu Nəqşicahandır, tanrı töhfəli.Qədimdir torpağı, ömrü dünyaca,Qoruyur torpağı həm gənc, həm qoca.Torpağı çox görüb qanlı döyüşlər,Gələnlər qılıncı qoyub gediblər.Onlar Nuh nəvəsi, övladlarıdır,Aləmin şəfası duz dağlarıdır,Orda gözün açan harada olsa,Damarında qanı Nəqşi-cahandır.Könüllər sultanı o gözəl diyar,Dünyanın nəqşi də bilin, burda var,Kim ki sədaqətli bir dost axtarır,İnsanın ən safın bu yerdən tapar.Yamyaşıl Batabat, varı Zorbulaq,Gəlin, siz ey dostlar, xoş məclis quraq,Qoy görənlər desin necədir bu yer,İnsanları sizə açarlar qucaq.Badamlı, sirabı canlara şəfa,İnsanı qılacaq sevgiyə vəfa,Düz ilqar axtarsan gəz Naxcıvanda,Düşmənlə dost olar, çəksə də cəfa.Bağı meyvəli: ərik, gilas,tut, badam,Bənzərin axtarma özgə diyardan,Zəmilər buğdalı, lalə, çəmənli,Torpağı bəhərli, kəm deyil bardan.Günəş doğan kimi qalxar yataqdan,Çorəyin çıxarar cütdən-kotandanRuzisi çıxsa da torpaqdan-daşdan,Ayrılmaq olmayır Nəqşicahandan.Şahbuzu sərindi, Ordubad gözəl,Culfası qocadı, Şəruru əzəl,Nuhun da bu yerdə gəlir hey səsi,Könlümə şah olub sevgidən əvvəl.Bir vətən qızıyam, qələmim yazır,Başında dərd olsa, ölməyə hazır,Naxcıvan rəngimdir fırçalarımda,Hər daşın dalında dayanıb xızır.Mən könlümü verdim körpə çağımdan,Dastanlar eşitdim dədə-babamdan,Onunçun yazdım mən qəlbimdəkini,Xalidə Hicrandan olsun ərməğan.Aşiqəm, haray vətən,Ürəyimə sənsən tən,Könlümü sənə verdim,Geri istəməm səndən.Əzizinəm, elə mən,Aşiqəm bu elə mənDünya cənnətə dönə,Qurban gedəm elə mən.“VƏTƏN ÖZ KÖKSÜNƏ, HƏG EDƏR SƏNİ”Atanın çörəyi, ananın südü,Sənə halal olsun! İgid əsgərim!Can əsirgəmədin gözəl vətənə,Qanınla gül açar, dağım, düzlərim,Ağlama balalar, əziz analar,Vətən hər balanın atası olar.Vətəni qorumasa, igid oğullar,Analar, balalar, kimsəsiz qalar.Vardırsa vətənin, var-dövlətin var,Dörd divarın varsa, cah-cəlalın var,Vətinin var isə, atan- anan var.Vətənsiz balalar, yetim qalırlar.Qeyrətdə ər igid, düşmən baş əyər,Şəhid qanlarından, vətən göyərər!Vətənin, düzləri, daşı, qayası,Şəhid oğullarla, dağlar fəxr edər!Alınmaz qaladı, igid əsgərim,Zəfəri böyükdü, əzmi dəmirdən.Yeni tarix yazdın, yenə bu gündən,Tarixlər yazacaq, hər əsgərimdən!Torpağım qəlbinə həgg edər səni,Sən vətən yolunda haqqa ucaldın,Vətənin mərd oğlu, igid əsgəri!Vətən var olduqca, yaşadar səni!Cəsarət, hünərin, qalibiyyətin,Sən qanınla yazdın, əbədiyyətin.Neçə ki yaşayır, can Azərbaycan!Adını unutmaz! Gözəl Vətənin!VƏTƏNİN DAŞIN QORU,SƏN BƏTƏNDAŞ OLASAN!Vətən uğrunda ölsək,olar vətən,Vətən var olacaq, biz qoruyarkən.Vətənin olmasa dünyan dar olar,Vətən var olarmı biz qorumazkən?”VƏ-TƏN” cismin yarısı yox hamısı,Yaşamaz bir can, yoxdursa yarısı.Qoruyaq biz canın ürək parəsin,Sağaldaq biz Qarabağ tək yarəsin.Qalmasın yadlara Vətənin daşı,Yazılsın hər daşı bizim yaddaşa,Dərmandı vətənin daşı-torpağı,“Ana vətən” deyən hər vətəndaşa.Tanı vətənini, daşından tanı,Ana oğul ağlar, bacı qardaşı,Hamı bir nəfərtək öz vətənin,Daşı olmalıdır, həm vətəndaşı!Başqa heç bir yerdə görmədim qəti,Bu qədər hörməti öz qocasına.Vətənə baş əydi, bir anasına,Saxladıq müqədəs, böyük hörməti.Vətən ilk nəfəsi aldığın yerdir,Həm də gözlərini açdığın dünya.Vətənə canını fəda edəsən,Uşaqdan böyüyə hamı qoruya.Azərbaycan candır hər vətəndaşa,Can tək qoru unu vermə yadlara,Qoru vətəni ki ,şad olsun dağ- daş,Bağışlamaz vətən, nə vətəndə daş.Sevib qorumasan, olmaz o vətən,Dağılar, məhv olar, qalmaz vətənin.Vətən sənin evin, duzun, çörəyin.Vətənsiz olmaz heç vaxt hörmətin.Qurbanam vətənin daş-kəssəyinə,Qaldırdı bayrağın göyün üzünə.Heyranam oğluna, həm də qızına.Layiqdir izzətin ən ucasına.Vətən cana candı, biz ona qurban,Qucağı istidir sanki öz anan.Şəhidim can qoydu sən yaşıyasan,Vətənsiz məzarda dincələrmi can?Vətəni sev ,canında ruhun olsun,Can, ürəkdi, vətənim Azərbaycan!Yaşa əbədi, şanlı Azərbaycan!Düşməni dostundan çox Azərbaycan!Saf qəlbli vətənim, ey Azərbaycan!BAYRAQLAR YENİLMƏZ"Yenilməz olsalar da,Bayraqlar uca göydən.Bayraqlar rəngin alıb,Şəhidin qan rəngindən"Bayraqdırsa müqəddəs,Bayraq kəsib keçəcək.Bayrağa and içənlər,Bayraq üçün öləcək.Bayraqların qüruru,Olsaydı uca dağda,Başda dalğalananda,Boy atardı o dağ da.Bayraqlar bir vətəndir,Yolunda can verirsən.Vətən üçün öləni,Bayrağına bükürsən.Odur vüqar yerimiz,Gözümüz, bəbəyimiz,Ürəyimiz, beynimiz,Anadan şirinimiz.Tapdanmasın qoy bayraq,Onu gərək qoruyaq.Xalqın bayrağı varsa,Əbədi yaşayacaq.Şəxsə hörmətlə birdir,Seçilirmir bir-birindən.Başlayır yad bayrağa,Göstərdiyin hörmətdən.Baş qorusa bayrağı,Başlar uca olacaq.Can qorusa bayrağı,O can şəhid olacaq.VƏTƏN QALADIRVətən sənə qaladır,Başında var bayrağıİçin, həm çölün qoru,Hər tərəfdə var yağı.Vətən səni ucaldar,Sən vətəni qucaqla.Eli gərək qoruyaq,Oğul, qız, həm uşaqla.Aç qolların, ey vətən,Oğlun, qızın var sənin.Odlar yurdu torpağım,Azərbayanım mənim.Vətən mənə anadır,Anam bənzəyir ona.Mən anama, vətənə,Qurbanam mən adına.Vətən ruhdur, vətən can,Canım onla bərqərar.Vətənsiz yaşayanlar,Bir yerdə tutmaz qərar.Vətən ruhdur, vətən can,Vətən özü bayraqdar.Vətənsiz canın olsa,Ruhun da candan çıxar.Vətən ana, vətən can,Can ayrılmaz canından."Ana vətən" -deyirik,Ana qədər sevirik.Candır vətən, can, vətən!Vətənsiz yaşamır can.Onu elə qoru ki,Heç kim almasın səndən.Vətən ana, uşağın,Lazımdı qorumağın.Vətən evin-eşiyin,Vətən sənin kimliyin.Vətən ruhuma dastan,Vətən, sən də anasan.Vətəni qucaqlasan,Ana ətri alarsan. VƏTƏNSİZ İNSAN YETİM QALIR…Atanın çörəyi, ananın südü,Sənə halal olsun, igid əsgərim!Can əsirgəmədin gözəl vətənə,Qanınla gül açar, dağım, düzlərim.Ağlama, balalar, əziz analar,Vətən hər balanın atası olar.Yurdu qorumasa igid oğullar,Analar, balalar, kimsəsiz qalar.Vardırsa vətənin, var-dövlətin var,Dörd divarın varsa, cah-cəlalın var.Vətənin var isə, ata-anan var,Vətənsiz balalar tək, yetim qalar.Qeyrətdə ər, igid, düşmən baş əyər,Şəhid qanlarından, vətən göyərər!Vətənin düzləri, dağı, yamacı,Şəhid oğullarla dağlar fəxr edər!Alınmaz qaladır can əsgərimin,Zəfəri böyükdür, əzmi dəmirdən.Yeni tarix yazdın yenə bu gündən,Tarixlər yazacaq hər əsgərimdən!Torpağım qəlbinə həkk edər səni,Sən vətən yolunda haqqa ucaldın.Vətənin mərd oğlu, igid əsgəri,Vətən var olduqca yaşadar adın!Cəsarət, hünərin, qalibiyyətin!Qanınla sən yazdın əbədiyyətin!Neçə ki yaşayır can Azərbaycan!Adını unutmaz gözəl vətənin! ELİMİN DİLİ DƏ, SÖZƏ YARAŞIR,NEYƏ, SAZA, TARA DİLƏ YARAŞIR...Dastanı sazında dilə yaraşır,Kamana yaraşır, saza yaraşır,Muğama yaraşır, dərdə qarışır.Sözlərin qüdrəti elləri aşır,Elimin öz dili, dilə yaraşır.Türkün adətidir onun səadəti,Mindiyi atı da sevir qeyrəti,Dünyaya yayılır dilin şöhrəti,Odur ana, vətən, həm qardaş bacı,Hər xalqa dilidir başının tacı.Ürəyi sevgiylə birgə yaşayır.Şeiri, nəğməsi qəndə bulaşır,Aşığın sazında sözə yaraşır,Hünərə, zəfərə, şana yaraşırBu türkün dilidir sözə yaraşır.Sakini oldum Şərur mahalın,Heyranı olmuşam qarlı dağların,Çınqıllı bulağı,aran yaylağıTəbiəti sözə ,saza yaraşır,Bu ana dilimdir dilə yaraşır.Bir ulu xalqdır ruhu tərtəmiz.Əqidəsi, imanı, sudan da təmiz.QURANI, imana, dinə yaraşır,Minarəsi, göyə-yerə yaraşır.Əzanı dilində dilə yaraşır.Döyüşdə zəfəri qana bulaşır,Hünəri haya, küyə yaraşır,Qılıncı tutduğu ələ yaraşır,Bayrağı müqəddəs göyə yaraşır,Baxıb fərəh edən dilə yaraşır.Sevgisi ümmandı, eşqisə dərya ,Sözündə bütövdü başında bəla,Torpağı anadır, evisə qala,Bu türkün oğlüdür dastanlar yaza,Nağılı, dastanı saza yaraşır.Bir kəlmə, coşdurar,qanı daşanda,Kərəmi, Fərhadı eşqə yananda,Əhdini heç qırmaz, əhdə yaraşır,Ağzından çıxdığı, sözə yaraşır,Bu türkün dilidir, dilə yaraşır.Can qurban edər əziz dostuna,Atdığı bir oxu getməz boşuna,Bu onun mirası ,öz kökündəndirlaylası beşikdə qeyrət dərsidir.Qeyrəti, hünəri, sözə yaraşır.Vicdanı, hünəri onun sərhəddi,Babasından qalan böyük sərvəti,Heç qıra bilmədı kim etdi cəhdi,Əsdi hey başında qara buludlar,Dili qılınc olub əyrini kəsdi.Düz olub, düz qalıb, düz yaşadılar,Ədələti, haqla bir daşıdılar,Bir bayraq altında hamı yaşadı,Hər kəs öz dilində, dilin danışdı.Öz dilin danışan dilin yaşatdı.Çoluğun-cocuğun layla bəsləyir,Vətənin torpağı igid səsləyir.Analar oğulu igid bəsləyir,Hər türkün qadını şəhid bəsləyir.Zəfəri döyüşdə şana yaraşır.Bayatı eşitsən, gözlərin dolar,Nəğməsi şəhidin ruhun coşdurar.Şerinin sözləri sərhəddə hasar,Onu aşan olmaz, üzülüb qaçar.Döyüşü,əsgəri sözə yaraşar.Ey türkəm deyənlər, söylə nəğmələr,Öz dilində söylə, eşitsin ellər.Çarmıxa çəksələr əgər bir kəsi,Öz dilində Tanrıdan imdadın dilər.Özünün dilində hamı can verər.Heyrət etmə, dayan, ey əziz dostum,Mən də bu dildəcə nəğmələr qoşum.İnsanı danışır, dili bir neydir,Aşiqin sözləri sanki bir meydir.Seirə, sənətə sözə yaraşır,Bu türkün dilidir neyə yaraşır.Hörmətim hər dilə olsa da heyhat,Vurğunu olmuşam elimin dilin.Belə bir kəlməni qələmə aldım:“İstəsən tutasan elin əlindən,Öz dilində çıxsın sözün dilindən”. OĞULLAR TARİX YAZIRŞəhidim əfsanə, şəhidim dastan,Ey şəhid, alınmaz sən bir qalasan.Yeni Tarix yazdın, sən qalacaqsan,Vətən yaşadıqca, yaşıyacaqsan!Hər ovuc torpaqda, şəhid qanı var,Gələcək nəsillər, onu qoruyar.Vətəndə doğulan hər bir igidin,Adında yenidən bir şəhid yaşar!Səmanda üçrəng vətən bayrağı,Adınla boy atar vətən ovladı,Qanınla gül açar vətən torpağı,Ey şanlı vətənin, şanlı övladı!Şəhidim köç etdi, hamısı nakam,Dedi: doğulmuşam, səni qoruyam!Dağına, vuqaram, düzə torpağam,Vətənim yaşasa, mən də yaşaram!Əzmini qıramaz, bir mənfur düşmən,Vətən, əl çəkməyir, düşmənlər səndən,Tarixlər yazırsan, yenə bu gündən!Qarabağ, azadsan, yenə bu gündən!Hər oğul bir evdir, hər şəhid vətən,Nə anadan doydun, nə anan səndən.Ey vətən doğuldun, yenə bu gündən!Qarabağ doğuldu, yeni tarixdən! "DİLİN DƏ VƏTƏNDİR"Zaman kimi dəyişib, əsrlərdir müharibə,Lazım olmayır bəzən əl atalar bir hərbə.Məğlub edirlər xalqı, dilini işğal edib,Dil işğal olub harda, vətən də əldən gedib.Öz dilini həvəslə danışsalar babalar,O dili sevə- sevə danışacaq balalar.Dili danışıldıqca vətən əbədi yaşar!Dili olmayan insan həm də vətənsiz qalar.Özgə dilin bilməsən heç sənə xor baxılmaz,Dilini gər çox sevsən, torpağın da basılmaz.Hər dili bilmək lazım, münasibət qurmağa,Öz dilini bil ki sən, vətəni qorumağa.Hər şey dildən başlayır, dildə də sona çatır,Əgər dayan deməsən, qaçan nə vaxt dayanır?Bax beləyik hamımız, hətta körpə balamız,Ta dili açılandan yad dildə əlifbamız.Yoxdursa gər öz dilin, əldə qalmaz vətənin,Vətən də əldən gedər, dil deyilsə gərəyin.Nə şirindir öz dilim, gərək öz dilim bilim,Özüm sahib çıxmasam, kimdən imdad istəyim?Qoru sən öz dilinlə vətənin hörmətini,Dilini ucaltdıqca ucaldarsan elini.Dağ boyda dərdi varsa bir ölkənin əzəldən,Dövlət dili edibdir özgə dilin əvvəldən.Dil çox müqəddəs məfhum, o dindən də əvvəldir,Uşağın ilk kəlməsi, ananın dilindədir.Dilin müqəddəs tutan eli müqəddəs tutar,Dilin özgəyə satan vətəni çoxdan satar.Kim dilinə sadiqdir, o vətənə əsirdir,Özgə dilin çox sevən özgənin əsiridir.Qoy doğulan körpələr dilimizdə danışın,Sonra isə yad dilin öyrənməyə çalışın.Öz dilinə hörmət qoy, özgədən də umasan,Özgə dildə danışsan, özünü unudarsan.Ağacın bir yarpağı yad xəzələ qarışsa,Ona fikir verməzlər, hətta orada varsa.Tap özünü dilinlə, vətənə gələn yolda,Başqa dildə soruşsan, azacaqsan o yolda.Dilini bilmirsənsə, nəyə gərək vətənin?Dilin ilə vətənin nəfəs kimi gərəyin.Qəlbimiz çox genişdir, həddindən artıq çox saf,Özgə dilin tac etsən, iki qonşumuza bax.Məndən demək bu qədər, dil əziz vətən qədər,Qorumasan dilini, vətən əlindən gedər.Xalidə Hicran Seyidova,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.