XATİRƏ HƏZİNin YENİ ŞEİRLƏRİ "ŞAM İŞIĞI", Poeziya 28 сентября 2024 1019 0 1 2 3 4 5 Xatirə Həzin (Qədimova) - 06.02.1955-ci ildə Bakı şəhərinin Suraxanı rayonundakı Bülbülə kəndində anadan olub.Gənc yaşlarından bədii yaradıcılıqla məşqul olur.Şeirləri müxtəlif mətbuat səhifələrində, bir sıra poeziya antologiyalarında və ədəbi-bədii məcmuələrdə dərc olunub.Biz də Xatirə xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzTALE PAYIÇox insana gözəllik,Azına kamal verdi.Laləyə həm alyanaq,Üstəlik də,xal verdi.Qəribədir nə qədər,Öldürər,ya dirildər.İlan acı bir zəhər,Arı şirin bal verdi.Sıxdı bizi dörd divar,Azadlıq de,ha yalvar.Azarı xalvar - xalvarDərmanı misqal verdi.Məni gözündən salan,Az-az yadına salan,Göydən üç alma salanTale payın kal verdi… BAYATILARYaşılım, ay səməni,Bağların yasəməni.Görəsən, kim unutdu,Mən səni, ya sən məni?Saralan gülüm olur,Sovrulan külüm olur.Ayrılıq çox ağırdır,Unutmaq zülüm olur…Eşq dolu dünya ola,Sevdası-dərya ola.Sevgi adlı sarayınTəməli qaya ola.Qəmli neyi neyləyək,Ah,gileyi neyləyək?Daşı daş üstə qoyaqDaş ürəyi neyləyək?Gün batır, gecə olur,Duyğular incə olur.Yanan ürəklər bilirAyrılıq necə olur…Budağında tutdumu,Bəhməzi ağ tutdumu?Əlim tuta bilmədi,Ahım səni tutdumu?Ətək-ətək,Məndən əl,səndən ətək,Amandı,məni qoymaBu dünyayla təkbətək.***Yoxdan var olan sehirdir, əzizim,Bu könül aləmi sirdir, əzizim.Hər qəlbin hacəti özünə məxsusTəkcə, Allahımız birdir, əzizim.Dünyanın gərdişi zor imiş demə,Fələyin əlində tor imiş demə.Eşqin ətəyindən tutub getmişəmOnun da,gözləri kor imiş demə.Taleyin əlində duyğular əsir,Səadət natamam,bu da ayrı sirr,Bir şair ürəyi - lalə ləçəyi,Şairin qələmi gözəllik sevir.Bir məsum duyğu var, məhəbbət kimi,Bir könül xoşluğu - səadət kimi,Gənclik və gözəllik xatirələrdəİndi hər anımız qənimət kimi.Nazını çəkdiyim vəfasız yarmış,Sevilən sevəni oda atırmış.Nidalar, suallar sonra nöqtələr…Nə deyim, hünərin buna çatırmış. ***Dünyanın varından gözünü gəl çək,Bir körpə uşağın başına əl çək.Axan damarında soyuq qandısa,Əllərin isinməz, geysən də, əlcək..Allahı,insanı, Vətəni sevmək..Sevgilər könüldə cəm olsun, gərək.Şairlər sevməsə yarada bilməzHisslərin hakimi ürəkdir,ürək!Qəlbə məlhəm olur,ümid, təsəlli,Sadəcə,qıymırlar, həqiqət bəlli.Dilimiz o qədər, zəngin, gözəl ki,Sözə sevgi qatıb, şirin deməli.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.