YUBİLEYİNİZ MÜBARƏK!.. (Professor TELMAN QULUYEV - 75) Gəncə, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər 31 октября 2024 719 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Noyabr ayının 4-dəGəncə Dövlət UniversitetininAzərbaycan dili kafedrasının müdiri, tanınmış dilçi-alim, filologiya elmləri doktoru, çox hörmətli professorTelman Quluyevin75 yaşı tamam olur.Yubileyiniz mübarək, əziz və dəyərli Telman müəllim!...Telman Ziyatxan oğlu Quliyev - 1949-cu il noyabr ayının 4-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonunun Molla-Əhmədli (indiki Xadeveti) kəndində anadan olmuşdur. 1967-ci ildə Bolnisi rayonunun Aşağı-Qoşakilsə orta məktəbini bitirmiş və həmin ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakultəsinə daxil olmuşdur. 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmiş və ixtisası üzrə Marneuli rayonunun N.Nərimanov adına Qızılhacılı kənd orta məktəbdə müəllim, 1972-ci ildən A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasında laborant, baş laborant, sonra isə müəllim işləmişdir.1989-cu ilin mart ayında M.Rəsulzadə adına BDU-da fəaliyyət göstərən İxtisaslaşdırılmış Şurada (D.054.03.01) "İ.Şıxlının əsərlərinin leksik-üslubi xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1999-cu ildən dosentdir.1991-ci ildən 2003-cü ilədək H.Zərdabi adına GDPİ-nin (indiki Gəncə Dövlət Universitetinin) Qazax filialında çalışmışdır. Əvvvəlcə humanitar fənlər kafedrasında müəllim, 1992-ci ildən həmin kafedranın müdiri əvəzi, 1993-cü ildən 2003-cü ilin sentyabr ayınadək isə həmin kafedranın müdiri işləmişdir.14 dekabr 2000-ci ildən 26 sentyabr 2006-ci ilə qədər Gəncə Dövlət Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində çalışmış, eyni zamanda 29 sentyabr 2003-cü il tarixdən 23 oktyabr 2008-ci il tarixədək Universitetin Azərbaycan dili kafedrasının dosenti olmuşdur.2007-ci ilin iyun ayında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış müdafiə Şurasında (D.01.141) "Azərbaycan ədəbi dilində terminoloji yeniləşmə prosesi (1920-1990-cı illər)" mövzusunda doktorluk dissertasiyası müdafiə etmiş, filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 18 yanvar 2008-ci ildə AAK tərəfindən ona filologiya elmləri doktoru diplomu verilmişdir. 23 oktyabr 2008-ci il tarixdən 18 oktyabr 2013-cü ilə qədər kafedranın professor əvəzi vəzifəsində çalışmışdır. 18 oktyabr 2013-cü il tarixdən hal-hazıra qədər kafedranın professoru, 2014-cü ilin aprel ayından isə hal-hazıra qədər həmin kafedranın müdiri vəzifəsindədir. Yaradıcılığı çoxsahəli və çoxşaxəlidir. Pedaqoji fəaliyyətilə yanaşı elmi kadrların hazırlanmasında da böyük xidmət göstərmişdir. Bu dövr ərzində 11 nələr filologiya üzrə fəlsəfə doktoru yetişdirmişdir. Hazırda 4 nəfər doktorant və dissertantın namizədlik dissertasiyası işlərinə rəhbərlik edir. Elmi araşdırmaları, əsasən, Azərbaycan dilçiliyinin leksikologiyası, üslubiyyatı, terminologiyası və başqa sahələrinə aiddir. Filologiya elminin müxtəlif sahələrinə həsr olunmuş 130-dan çox elmi metodik əsərin, o cümlədən 3 monoqrafiyanın, 1 dərsliyin, 3 metodik, 3 dərs vəsaitinin, 30-dan çox fənn proqramının, 100-dən çox məqalənin, konfrans materialları və tezislərin müəllifidir. 10-dan çox namizədlik və doktorluq dissertasiya işinin rəsmi opponenti, 50-dən çox dissertasiya işinə, monoqrafiyaya, dərsliyə, dərs vəsaitinə, fənn proqramına rəy vermiş və ya elmi redaktoru olmuşdur. “Azərbaycanca-Gürcücə məktəbli lüğəti”nin (TDU nəşriyyatı, 1989) redaktorudur. 6 (altı) il Gəncə Dövlət Universitetinin “Elmi əsərlər məcmuüəsi”nin baş redaktor müavini olmuşdur. O, respublika və beynəlxalq səviyyədə keçirilən elmi konfranslarda iştirak edir. Elmi fəaliyyəti respublikamızda və onun hüdudlarından kənarda rəğbətlə qarşılanır. O, işgüzar təşkilatçı, dərin biliyə malik mütəxəssis, məsuldar alim-pedaqoq kimi taninmışdır. Tələbkarlığı, pedaqoji bacarığı və səmimiyyəti ilə universitetin müəllim-tələbə kollektivində özünə hörmət və ehtiram qazanmışdır. Kafedrada yerinə yetirilən elmi-tədqiqat və tədris-metodiki işlərə layiqincə rəhbərlik edir.İntizamlı, özünə qarşı tələbkardır. Azərbaycançılıq ideologiyasını gənc nəslin vətənpərvərlik tərbiyəsinə tətbiq edir və milli dəyərlərimizin gənc nəslə aşılanmasına müntəzəm xidmət göstərir.. Universitet və fakültə Elmi Şurasının üzvüdür. 1998-ci ildən YAP-ın üzvüdür.Gürcüstan Respublikasında təhsilinin inkişafı sahəsindəki xidmətlərinə görə Gürcüstan Respublikası Prezidentinin 07 dekabr 2001-ci il tarixli 1252 №-li Fərmanı ilə «Şöhrət medalı» ilə təltif olunmuşdur.Ailəlidir. İki övladı var.Çap olunmuş əsas kitabları :- Bədii nəsrdə leksik-semantik söz qruplarının və frazeologizmlərin üslubi rolu (Köməkçi vəsait). Tbilisi, 1990. -75 səh.- Terminoloji yeniləşmə prosesində alınma problemi (Metodik tövsiyyə). Bakı, 1998.- 71 səh.- Azərbaycan ədəbi dilində terminoloji yeniləşmə(1920-1990-cı illər).Bakı, 2005. - 289 səh.- Azərbaycan dilinin orfoqrafiyası və orfoepiyası. Metodik vəsait (dos.A.Nağdalıyevlə müştərək) .Bakı, 2011. - 34 səh.- Türk dillərinin leksikası.Dərslik (dos.A.Nağdalıyevlə müştərək).Bakı, 2012. -202 səh.- Sintaktik yolla sözyaratma (Metodik vəsait). Bakı, 2013.- 48 səh.- Söz yaradıcılığı.Fənn proqramı (b/m.M.Məmmədova və F.Saralova ilə müştərək). Bakı, 2015 - 28 səh.- Qədim türk yazılı abidələri.Fənn proqramı(dos.A.Həsənova ilə birlikdə). Bakı, 2015. - 14 səh. Və s... Biz də, fürsətdən istifadə edərək,əziz və hörmətli Telman müəllimianadan olmasının75 illik yubileyi münasibətiləürəkdən təbrik edirik!..Ona uzun ömür, möhkəm can saqlığı,şəxsi həyatında, elmi-pedaqojivə ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!...Müşfiq BORÇALI,Azərbaycan Texniki UniversitetiAzTU PRESS nəşriyyatının, “Ziya” qəzetinin və “ZiM.Az” saytının baş redaktoru, AYB-nin və AJB-nin üzvü, Filologiya üzrə fəlsəfə doktoru,Prezident təqaüdçüsüZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.