ELNUR MƏMMƏDOV (1986) Səhiyyə, Sağlamlıq, Rusiya, Başkeçid 23 октября 2024 947 0 1 2 3 4 5 Yaxşı həkim - pasiyentlərinin can-ciyəri kimi doğma və əzizdir.Yaxşı həkim - xəstələrin etibarlı, sadiq dostudur.Yaxşı həkim - həm də vicdan daşıyıcısıdır.Həkim olmaq zamanından asılı olmayaraq insan həyatında həmişə məsuliyyətlilik və cavabdehlik daşıyır.Yaxşı həkim bilir ki, tibb aləmində möhtəşəm sağlıq təcrübələri ilə tibb elminə möhürlənmiş İbn-Sina və Hippokrat kimi nəhənglər var.Yaxşı həkimlər onların izi ilə gedir, onların yolu ilə addımlayır.Bildiyimiz kimi, sağlıq baxımından hər bir orqanın öz əhəmiyyətli funksiyası var. Sağlam orqanizmi tamamlayan ilkin zəmanətlərdən biri də sağlam dişlərdir. Sağlam dişlər eyni zamanda sağlamlığın ilkin pilləsidir. Sağlam dişlər gözəl təbəssüm deməkdir.Sağlamlığımızın, gözəl təbəssümlətimizin keşiyində duran həkimlərimizdən biri də Elnur Məmmədovdur.Məmmədov Elnur Akif oğlu – 21 noyabr 1986-cı ildə qədim Borçalı mahalının Başkeçid elində, indiki Gürcüstanın Dmanisi rayonundakı Səfərli kəndində anadan olub. 2002-ci ildə Krasnoyarsk şəhərindəki 91 nömrəli ümumtəhsil məktəbini bitirib. 2006-cı ildə Kursk Dövlət Tibb Kollecini Tibb qardaşi ixtisasi üzrə bitirib. 2009-cu ildə Tibb Kollecini diş həkimi ixtisası üzrə bitirib. 2017-ci ildə Penza Dövlət Universitetini stomotoloq (diş həkimi) ixtisası üzrə bitirib. 2020-ci ildə Belqorod Dövlət Milli Tədqiqat Universitetində stomotoloq-cərrah ixtisasına yiyələnib. 2019-cu ildən bu günə qədər Regional büdcə səhiyyə müəssisəsi olan "Pristenskaya Mərkəzi Rayon Xəstəxanası"nda stomatoloq-cərrah vəzifəsində çalışır, eyni zamanda, stomatologiya şöbəsinin müdiridir. Elnur Məmmədov həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı Leyla xanımla birlikdə 4 övlad böyüdürlər: İsmayıl, Aliya, Aysu, Mədinə.Biz də “Borçalı” nəşriyyatının kollektivi adından Elnur həkimə sağlıqlı ömür, işərəfli fəaliyyətində bol-bol uğur, ailəsinə səadət və xoşbəxtlik arzulayırıq!..Sevgül SƏFƏRLİ,“Borçalı” nəçriyyatınınBaş redaktor müaviniZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.