FEYZİ TƏHMƏZOĞLU (1943) Səhiyyə, Poeziya, Bolus 22 октября 2024 916 0 1 2 3 4 5 Buludov Feyzi Təhməz oğlu - 1945-ci il sentyabrın 19-da qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndində anadan olmuş, 1952-ci ildə Kəpənəkçi kənd orta məktəbində 1-ci sinifə gedib, 1962-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib, tam orta təhsilli attestat almışdır. Elə həmin ildə də Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU-nun) texnologiya fakültəsinə qəbul olmuş, 2 il burada təhsil almış, 1964-cü ildə II kursu bitirməyə az qalmış bu təhsil ocağından sənədlərini geri götürərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna vermiş və həmin institutun müalicə-profilaktika fakültəsinə qəbul olmuşdur. 1970-ci ildə Tibb İnstitutunu müvəffəqiyyətlə bitirərək doğma ata yurdu Kəpənəkçi kəndinə qayıdmış və kənd ambulato-riyasının müdiri (baş həkimi) vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1991-ci ilə kimi çalışmışdır. SSRİ-nin süqutundan sonra 1991-1992-ci illərdə kənd uprava-sının sədri vəzifəsində işləmişdir. Sonrakı illərdə Bakının Lökbatan qəsəbəsinin Təcili Tibbi Yar-dım stansiyasında həkim işləmiş, 2001-ci ildən yenidən doğma Kəpənəkçiyə qayıtmış və 2006-cı ilə kimi kənd ambulatoriyası-nın direktoru vəzifəsində çalışmışdır. Bundan sonra təqaüdə çıxsa da, bu günə kimi həmyerlilərinə evdə yardım göstərir, əlindən gələn köməkliyi onlardan əsirgəmir.Feyzi Təhməz oğlu hərdən-bir şeirlər də yazır. Biz də Feyzi həkimə yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun şeirlərdən bir neçəsini dəyərli oxucularımıza təqdim edirik.Müşfiq BORÇALI,ZiM.Az NƏ GÖZƏLİYMİŞGözəl günlərimin gözəl dostları,Siznən keçən günlər nə gözəliymiş.Cavanlıq çağımın gənc yoldaşları,Siznən keçən günlər nə gözəliymiş.Gəzib dolaşardıq cümlə mahalı,Ürəyi fərəhli, başı havalı.Hərəmiz bir qıza vurğun, sevdalı,Siznən keçən günlər nə gözəliymiş.Ana təbiətin seyrinə vardıq,Hər bulaq başında bir süfrə qurduq.Sazınan, söhbətnən oturub-durduq,Siznən keçən günlər nə gözəliymiş.Nə tez gəlib keçdi bəxtəvər illər,Kəsildi gülüşlər, tutuldu dillər,Bizi qınayanlar indi deyirlər,Siznən keçən günlər nə gözəliymiş.Zaman hökm eylədi dağıldı xanə,Feyzi bu həyata qaldı biganə.Bir ömür yaşadıq sanki əfsanə,Siznən keçən günlər nə gözəliymiş. GEDİRSƏNMİ?Eşitmişəm yol üstəsən,Yurdu qoyub gedirsənmi?Bilirəm çox kədərlisən,Dərdi qoyub gedirsənmi?Dünya fani, həyat yalan,Kimdi bu cahanda qalan.Məzar daşından boylanan,Yardı... qoyub gedirsənmi?Qopsun tufan, vursun dolu,Bağlansın qürbətin yolu.Feyzi kimi vətən oğlu,Mərdi qoyub gedirsənmi?YAZIRAM Bir vaxt loğman idim, indi də şair,Havalanıb coşa-coşa yazıram.Yada düşür durna kimi gözəllər,Ala gözə, hilal qaşa yazıram.Çıxanda qarşına ayüzlü sona,De heç rəvadımı baxmamaq ona.Marala, cüyürə, ürkək ceyrana,Göydə qanad çalan quşa yazıram.Deyirəm nə yaxşı sevib-sevildik,Gülkün kərab içib, şənlənib güldük.Acılı-şirinli bir ömür sürdük,Cahan gəlsin deyə xoşa yazıram.Gedənlər getdilər, qalanlar qaldı,İmanlı kişilər ərşə ucaldı.Gənclik əldən getdi Feyzi qocaldı,Aylara, illərə, yaşa yazıram.VƏLƏSDİViran qalmış Şah sarayna bənzərsən,Necoldu gəlhagəl çağlar, Vələsdi.Salıb başlarını sənə yas tutur,Dörd yanında duran dağlar, Vələsdi.Bir yanı yarğandı, söykənib çaya,Bir yanı sıx meşə, mamırlı qaya.Moruq, alma, armud gəlməzdi saya,Təbiət salmışdı bağlar, Vələsdi.Hanı dəstə-dəstə axıb gələnlər,Gülgün şərab içib deyib-gülənlər.Dünyasın dəyişib getdi ölənlər,Pərən-pərən düşdü sağlar, Vələsdi.Qaytara bilmərik olub keçəni,Qutara bilmərik fələk seçəni.Hər dəfə görəndə kədərli səni,Feyzi də kövrəlib ağlar, Vələsdi. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.