PROFESSOR BƏDİRXAN ƏHMƏDLİNİN 3 CİLDLİK FUNDAMENTAL DƏRSLİYİ ÇAP OLUNUB

PROFESSOR BƏDİRXAN ƏHMƏDLİNİN 3 CİLDLİK FUNDAMENTAL DƏRSLİYİ ÇAP OLUNUBTƏBRİK EDİRİK!..

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor, Xəzər Universiteti Ədəbiyyat və Dillər Departamentinin müəllimi Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (Bakı, Qanun) adlı hər biri 650-700 səhifəlik 3 cildlik dərsliyi çap olunub.

İlk dəfə olaraq tək müəllifin bütünlüklə XX əsri əhatə edən dərsliyi bakalavr, magistr, doktorant və tədqiqatçıların ixtiyarına verilib.
Dərsliyin 1-ci cildi Azərbaycan milli hərəkat (1890-1920), 2-ci cildi Postcümhuriyyət və sovet (1920-1950), 3-cü cildi isə müstəqillik ərəfəsi və müstəqillik (1960-2020) dövrünü əhatə edir. Dövrün ədəbi prosesi, ədəbiyyatına yeni meyarlarla yanaşılır və yeni konsepsiya təqdim edilir.


Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Gülnar Səma ZiM.Az-a bildirib ki, dərslik-monorafiyada həm də XX yüzil Azərbaycan ədəbiyyatının yeni dövrləşdirmə konsepsiyası öz əksini tapır. Dərslikdə ədəbiyyatın ayrı-ayrı inkişaf meyilləri, istiqamətləri, problemləri və hadisələri təhlil edilir. İlk dəfə olaraq bütöv bir əsrin ədəbi prosesi yeni Avropa tipli ədəbiyyat tarixçiliyi baxımından ideoloji meyarlarla deyil, ədəbi yöndən tərəfsiz araşdırılır. Müəllif bir çox mürəkkəb, ziddiyyətli hadisələri, “izm”ləri, ədəbi cərəyanları, fərqli metodologiyanı və ədəbi prinsipləri özündə ehtiva edən yüzilliyin ədəbiyyatına özünəməxsus ədəbi, metodoloji kontekstdən yanaşır və mümkün olduğu qədər doğru bir konsepsiyadan çıxış edir. Repressiya, sovet ədəbiyyatı, mühacirət və legion ədəbiyyatı kimi problem də burada siyasi gözlüklə oxunmamış, ədəbi proses obyektiv şəkildə araşdırılmış, ədəbi şəxsiyyətlər yeni düşüncə ilə qiymətləndirilmişdir. Lakin onu da demək lazımdır ki, yüzillikdə yazıb yaradan bütün ədəbi şəxsiyyətlərin hamısına ayrıca oçerk verilməmişdir, burada yalnız ədəbiyyatın istiqamətini dəyişməyə çalışmış, özünü təsdiq etmiş sənətkarlara ayrıca oçerk vermək mümkün olub.
Dərslik müəllifin 25 il çalışdığı Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında yerinə yetirilmişdir.

Biz də dəyərli alimimiz, çox hörmətli professor Bədirxan Əhmədovu ürəkdən təbrik edir və ona şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Yeni nəşrlər, Humanitar elmlər
VAQİF SULTANLININ AZƏRBAYCAN  MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

VAQİF SULTANLININ AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

Yeni nəşrlər, BDU
“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

Humanitar elmlər, Dünya
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Humanitar elmlər
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Humanitar elmlər
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edi ...

İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edi ...

Humanitar elmlər
Gülnar Səma “İlin gənc alimi” seçilib

Gülnar Səma “İlin gənc alimi” seçilib

Humanitar elmlər
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

Yeni nəşrlər, Humanitar elmlər
Ədəbiyyat İnstitutu ilə  Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

"Zirvə"
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Bədirxan Əhmədov «Qızıl Kəlmə» mükafatına layiq görüldü

Bədirxan Əhmədov «Qızıl Kəlmə» mükafatına layiq görüldü

Elm
Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60

Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60

Elm, Borçalı, Başkeçid, Təbriklər, Arxiv
Rəy yazın: