ŞAHMƏRDAN ŞAHMƏRDANOV (1926-1970) Başkeçid, UNUTSAQ, UNUDULARIQ!.... 22 октября 2024 935 0 1 2 3 4 5 Təbiətin bitirdiyi gözəl-gözəl güllər-çiçəklər məktəblərə daşınır həmin gün.Suların səsi kövrəkləşir.Bulaqların nəğməsi ipəkləşir həmin gün.Göylər nur geyinir.Yerlər cənnətə dönür həmin gün.Günəş kimi parlaq, Ay kimi nurlu.Ali varlıqların Alisi. Sadələrin sadəsi olanların günüdür həmin gün.Öyrətməkdən, yazmaqdan, dinləməkdən, danışmaqdan yorulmayanların, Olimp bilikli, savadlı Lokomotivlərin günüdür həmin gün.Onun qarşısında Əmir Teymur kimi Fatehin baş əyib, əyildiyi gündür həmin gün. Yəni oktyabrın 5-i "Müəllimlər" günüdür.Ədəbiyyat - insanın daxili aləminin aynasıdır.Ədəbiyyat - mədəniyyətin, mənəviyyatın əlifbasıdır.Ədəbiyyat - zəngin nitq,rəvan danışıq, gözəl mühakimə, gözəl düşüncə tərzi deməkdir.Ədəbiyyat və Azərbaycan dilinin qrammatikasını mükəmməl bilən müəllim isə birbaşa mənəviyyat fakultəsidir.Bu məqamda bir insan düşür yada. O, insan ki, böyük ədəbiyyatçı, mükəmməl dilçi idi.Şahmərdanov Şahmərdan Əlləz oğlu - 1926-cı ildə qədim Borçalı mahalının Başkeçid elində, indiki Gürcüstanın Dmanisi rayonundakı Səfərli kəndində halal əməkli, zəhmətkeş ailədə dünyaya gəlmişdir. Atası Əlləz kişi öz dövrünün sözü keçən, kəndin qoçaq, bacarıqlı, imkanlı, səxavətli, varlı-hallı ağalarından biri olub. Sovet hökuməti qurulana qədər şəxsi mülkü-mülkiyyətləri varıydı. Öz əməyi ilə ballı-arıxanalı, mal-heyvan sürülü, bağ-bağça sahibi olan Əlləz babanın övladlarının içində ən hündür boylu-buxunlu olan Şahmərdanov Şahmərdan görünüşcə, zehniyyətcə o biri qardaş - bacılarından çox fərqlənirdi.O, ilk təhsilinə Səfərli kənd məktəbində başlamışdır. Həmişə yaxşı oxumuş, dərslərindən əla qiymətlər almışdır. Demək olar ki, gecə-gündüz kitab əlindən düşmürdü. Ədəbiyyatı və tarixi çox sevərdi, mütaliə meyilli idi. Oxuduğu bədii ədəbiyyatı təkrar-təkrar mütaliə edərdi.Şahmərdan Şahmərdanov səkkiz illik Səfərli məktəbini bitirdikdən sonra o vaxt Sarvanda (indiki Marneulidə) fəaliyyətdə olan Borçalı Pedaqoji Texnikumunda təhsilini davam etdirib. Daha sonra Tiflisdə A.S.Puşkin adına Pedaqoji İnstitutun Azərbaycan şöbəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə pedaqoji təhsil àlıb. Oranı bitirdikdən sonra Başkeçidin Məmişli kəndində müəllim işləyib. Bununla kifayətlənməyib, ali təhsil almaq üçün Bakı şəhərinə gedib. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstituta (indiki ADPU-ya) daxil olub. O, dövrün alimlərindən, akademiklərindən dərs alaraq, ali savadını, təhsilini daha da təkmilləşdirib. Yenidən doğma Borçalısına qayıdıb. Təkmil ədəbiyyat müəllimi kimi Səfərli kəndində müəllim fəaliyyətini davam etdirib.Şahmərdan müəllimin evində çox zəngin kitabxanası var idi. Onun kitabxanasında Şərq ədəbiyyatı, Avropa ədəbiyyatı, Qədim dünya ədəbiyyatı və müasir ədəbiyyatlar varıydı. Ona görə də Şahmərdan müəllim dünyada baş verən olaylardan, hadisələrdən, tarixlərdən xəbərdar, halı olan dünyavi bir insan idi. Ədəbi mütaliələrə görə hər dövrün adamı idi.Təhsil aldığı illərdə ən xırda məlumatları belə yaxşı öyrənib hər dərsi yaxşı öyrənib deyə yaxşı müəllim kimi hörmət qazanıb. Yaxşı dərs keçib. O, həm Azərbaycan dilinin qrammatikasını, həm də Azərbaycan ədəbiyyatını gözəl tədris edirdi. Kəndin aktiv-fəal vətəndaşı idi.O - haqq yollarının carçısı idi.O - ədalət aşiqi idi.O - rayon rəhbərləri ilə haqq-ədalət naminə döyüşürdü.Mütəmadi olaraq xalqının əzilən ruhunu, tapdanan hüquqlarını müdafiə edirdi.Şahmərdan Əlləz oğlunun Cahan xanımla evliliyindən beş övladı olmuşdur.Şahmərdanov Bəhram Şahmərdan oğlu - ADPU-nun riyaziyyat fakültəsini fərqlənmə diploma ilə bitirib.Şahmərdanov Cavanşir Şahmərdan oğlu - Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.Şahmərdanov Firdovsi Şahmərdan oğlu - Gəncə İnşaat Texnikumunu bitirib.Şahmərdanova Zöhrə Şahmərdan qızı - evdar xanımdır.Şahmərdanov Əlləz Şahmərdan oğlu – ustadır, təmirçi - ev sənətkarıdır.Şahmərdan müəllimin övladları ilə bərabər ali, ləyaqətli, ziyalı nəvələri var. Allah hamısını qorusun.Şahmərdan Əlləz oğlu Şahmərdanov - 1970-ci ildə vəfat etmişdir.Allah rəhmət eləsin. Məkanı cənnət olsun.Sevgül SƏFƏRLİ,“Borçalı” qəzetinin və“Borcali.org” saytınınBaş redaktor müaviniZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.